Bir Shehidin Vesiyyeti


“Ey Rəbbim! Köksümü açıb genişlət. İşimi yüngülləşdirDilimdəki düyünü aç ki, sözümü anlasınlar!” (Taha, 25-28)
Salam olsun sənə ya Əba Əbdillah (İmam Hüseyn), şəfaətçilərin şəfaət etdiyi o gündə mənə şəfaət et!
Salam olsun Həzrəti Qaimə, gözlənilən O Höccətə (İmam Mehdi). İmam Xomeyninin ruhuna salam olsun!
Salam böyük rəhbərim və öndərim Seyyid Əli Xameneiyə! Hizbullahın rəhbərinə salam olsun!
İslami müqavimətin Seyyidüş Şuhədası Abbas Musəviyə və Şəhidlərin Şeyxi Rağıb Hərbə, İslamın və İslami müqavimətin bütün şəhidlərinə, bütün mücahidlərə, cənubun və qərbi Bəqanın müqavimət göstərən xalqına salam olsun!
Bizləri dininə hidayət edən və Əmərəlmöminin Əli ibn Əbu Talibin (a) və Əhli Beytin davamçıları edən Allaha həmd olsun. Allahdan diləyim qiyamət günündə onların, bizim və bütün Müsəlmanların şəfaətçiləri olmalarıdır.
Salamdan sonra sizlərə vəsiyyətimi yazıram.
Allahın lütfü və köməyilə bu gün İslami müqavimətin döyüşçülərindən biriyəm. Vətənimin azadlığına qovuşdurulması və Uca Allahın dininin müdafiə olunması üçün bu birliyə qatıldım. Allahdan məni öz yolunda şəhadətə layiq etməsini arzu edirəm.
Allaha şükrlər olsun ki, atamın razılığını alaraq təhsilimi tərk edib, İslami müqavimətin və Hizbullah döyüşçülərinin sırasına qatılmaq şərəfinə layiq edildim, uzun zamandır arzuladığım şeyi edə bildim. Livanın yüksək dağlarında din, vilayət və İslam Ümmətinin bayrağını daşıyaraq uşaqlar, yaşlılar və bütün məzlum xalqı müdafiə etdiyim üçün Allaha şükr edirəm; Ümidvaraq Allahın və xalqın düşmənləri olan sionistlərlə döyüşmək mənə vacib olan vəzifəni ləyaqətlə yerinə yetirə biləm və ya zəfərə yaxud da Haqq yolunda şəhadətə nail olum.
Əziz atam…
Ağam, Vəlim və Əminim, Rəhbər, Ustad və Mürşidim…
Salam sənə ki, həm atam, həm ağam, həm də rəhbərim idin… Ürəkdən salamlar olsun sənə…
Salam sənə doğulduğun, böyüdüyün və qıyam etdiyin gündə, salam sənə oxuyarkən, danışırkən, yatarkən və qalxarkən…
Ey mənim əziz Atam,
Məni sən tərbiyə etdin, məni öyrətdin və irşad etdin, inşallah sənin arzuladığın kimi bir insan olaram. Sizdən istədiyim yeganə şey mənim üçün dua etməniz və insanın atasından, həyat yoldaşından və uşaqlarından qaçdığı qiyamət günündə mənə şəfaət etməyinizdi. Mənim üçün çox əhəmiyyətli olan şey; İslami müqavimətin öndərliyi, Hizbullah və xüsusilə İslam ümmətinin döyüşçülərinin zəfəri üçün -bu ümmətə şərəf, zəfər və əzəmət gətirən bu kəslərin cihad vəzifələrinin ifasında Allahın köməyini alması üçün- dua etmənizdir. Onlar sizin və Vəliyyi Əmri Müslimin Ayətullah Xameneinin dualarına çox ehtiyacı vardır.
Əziz atam,
Sizdən xahişim məni bağışlamanız, mənim üçün dua etməniz və haqqınızı halal etmənizdir… Haqqınızı halal edin, Haqqınızı halal edin !
Sevimli anam…
Allahın salamı sənə olsun…

hz_yusif

Şərhlər:

  1. Ya Fatime dedi ki:

    Allah sizden razi olsun axira qeder oxudum cox gozeldi insanin icini acan sozlerdi Allah komeyniz olsun InseALLAH

  2. RED DEVIL dedi ki:

    ALLAH RAZI OLSUN,SUPERIYDI….

  3. DaRk_AnGeL dedi ki:

    Cox sagol ALLAH razi olsun senden

  4. UNDERCOVER dedi ki:

    4ox saol Allah razi olsun

  5. EQoiSTKa dedi ki:

    …ALLAX RAZI OLSUN ELA…

  6. ANGEL16 dedi ki:

    təşəkkurlər

  7. SoN_NeFeS dedi ki:

    tewekkurler maraqlidi

  8. polo dedi ki:

    cox sagol dostik ALLAH xatirne VETEN yolunda qurban qetmek savab isdir

  9. Ya Fatime dedi ki:

    jasminka,
    baciwkam vurusmaga hazir olmaqla olmeye hazir olmaq eyni seydide.Vurusanda olmey de olur. Ona gore olmeye hazir olursanki vurusa gedirsende

  10. jasminka dedi ki:

    Yusif Wehid olmagi aglinin ucundan bele kecirme veten ucun olmeye yooox vuruwmaga hazir ol oke???

  11. Umidlerin izi ile dedi ki:

    cooox sagol coox gozel xeber idi ALLAH razi olsun…