Sevginin fesilleri

alt

Fəsillər üzrə sevgi

Hər münasibət bir bağa bənzəyir. Əgər yaşıllaşması, gül-çiçəklərlə dolu olması istənilirsə, nizamlı olaraq su verilməlidir. Gözlənilməyən hava dəyişimiylə yanaşı, fəsillər də nəzərə alınmalıdır. Bunun üçün özəl qayğı lazımdır. Yeni toxumlar əkilməli və yabanı otlar təmizlənməlidir. Eynilə bunun kimi, sevginin sehrini canlı tutmaq üçün də fəsillərini başa düşməli və sevginin özünəməxsus ehtiyaclarını ödəməliyik.

Sevginin fesilleri

*Sevginin Baharı*

Aşiq olmaq bahar kimidir. Sonsuza qədər xoşbəxt olacağıq deyə bir duyğuya qapılırıq. Sevgilimizi sevməmək ağlımızın ucundan belə keçmir. Bu bir saflıq dövrüdür. Hər şeyin qüsursuz sanıldığı, hər şeyin möhtəşəm şəkildə hərəkət etdiyi sehrli bir dövrdür. Seçdiyimiz insan eyni ilə bizə uyğundur. Lap istədiyimiz kimidir. Heç nə düşünmədən şansın üzümüzə güldüyünü bütün dünyaya bağıraraq demək istəyirik…

Sevginin fesilleri

*Sevginin Yayı*

Sevgimizin yay fəsli boyunca sevgilimizin düşündüyümüz qədər qüsursuz olmadığını və münasibətimiz üzərində çalışmalı olduğumuzu, bir daha gözdən keçirməmizin vacib olduğunu başa düşərik. İncikliklər və xəyal qırıqlıqları ortaya çıxar.

Yabanı otların kökündən təmizlənməsi, qızmar günəş altındakı bitkilərin daha artıq sulanması vacib olar. Artıq sevgini vermək də, istədiyimiz sevgini almaq da o qədər asan deyil. Hər zaman xoşbəxt və sevgi dolu olmadığımızı görüb anlayarıq. Bizim sevgi haqqında xəyal etdiyimiz tablo deyil bu. Çox cütlüklər bu nöqtəyə gələndə xəyal qırıqlığına uğrayar. Münasibətlərini bir daha gözdən keçirmək istəməzlər. Bir-birlərini günahlandırar və sonda bezərlər. Sevginin hər zaman asan olmadığını, ara-sıra diqqət istədiyini görməzlər.

Sevginin yay fəslində öz sevgi ehtiyacımızı ödədiyimiz qədər qarşımızdakı insanın-sevgilimizin də ehtiyaclarını ödəməliyik. Bunlar öz-özünə həll ola bilməz…

 Sevgi diqqət və qayğı, anlayış tələb edir.

Sevginin fesilleri

*Sevginin Payızı*

Yay fəsli müddətincə bağımıza yaxşı baxmışıqsa, bunun nəticəsini görərik. Payız fəsli gəlir. Bu qızıl dövrdür. İstər özümüzün, istərsə də sevgilimizin qüsurlarını qəbul edən və anlayışla qarşılayan daha ağlıbaşında bir sevgidir yaşadığımız. Bu bir bölüşmək dövrüdür. Yay vaxtı çox çalışdığımız üçün indi istirahət edə bilər və yaratdığımız sevginin, eşqin ləzzətini duya bilərik…

Sevginin fesilleri

*Sevginin Qışı*

Sonda hava yenidən dəyişər və qış başlanar. Qışın soyuq ayları müddətincə təbiət içinə qapanar. Bu bir düşünmə və yenilənmə zamanıdır.

Münasibətlərdə üzləşmə zamanıdır. Qapağımızın açılıb, qəmlə dolu duyğularımızın ortaya töküldüyü zamandır. Sevgilimizi deyil, özümüz-özümüzü gözdən keçirdiyimiz zamandır. Günahları, səhvləri özümüzdə axtardığımız zamandır. Yaraların sağaldığı, dərdlərin azaldığı zamandır. Həqiqətən seviriksə, itirmə qorxusunu yaşadığımız zamandır.

Sevginin fesilleri

P.S: Bes sizin sevginiz hansi feslini yasayir???

azeri_lady

Şərhlər:

  1. Alone Girl dedi ki:

    men baharda birde yayda vuruluram eee eline sagliq twk

  2. UNDERCOVER dedi ki:

    menim sevgim he4 bir fesili yawamir.4unki sevgilim yoxdu

  3. O_Z_I_L dedi ki:

    SUPER BEYENDIM ELADI

  4. fanya_ya dedi ki:

    Chox SaQ Ol!

  5. DaRk_AnGeL dedi ki:

    Sevmirem ona gorede deye bilmerem))))

  6. jasminka dedi ki:

    menim sevgimin fesli yoxdur chunki sevdiyimde yoxdur

  7. _Anonimka_ dedi ki:

    Agresiv_qiz,
    he can ele mende basa dusmurem

  8. YEDiNKA dedi ki:

    heart heart heart
    Cox gozeldir,oxudum amma yeqin sevende bawa duwecem twk

  9. Agresiv_qiz dedi ki:

    _Anonimka_

    QATILIRAM CANIM BU SEVGI NECE OLAN WEYDISE HAMI YAPISIB ONUN ETEYINDEN

  10. new girl dedi ki:

    thanks maraqlidir

  11. TARKAN dedi ki:

    THANK YOU VERY MUCH EXCITINK

  12. NiyaZ dedi ki:

    Thnx 🙂 Maragliydi 🙂

  13. Tix_Tix_Xanim dedi ki:

    Sevgim 5ci fesilini yasayir

  14. kama_94 dedi ki:

    Mence sevgi ele her fesilde sevgidi )))))))))))
    sagol maraqli movzudu.

  15. BlAcKsTaRiN dedi ki:
    ,em sevgimi her deqiqe her saniye her milli saniye ureyimde yasayiram,yasamadigim mikro saniyede olmur…..! utancaq
  16. Angel_a dedi ki:

    duzdu sevgi her fesilde sevgidir,ancaq burda yazilanlara esasen deye bilerem ki menim sevgim ilin dord feslinde bahari yasayir
    twk xebere gore

  17. _Anonimka_ dedi ki:

    ewi ne fesil hec sevgilim var ki tesekkurler super xeberdi

  18. NURA21 dedi ki:

    *Sevginin Qışı*
    Sonda hava yenidən dəyişər və qış başlanar. Qışın soyuq ayları mьddətincə təbiət iзinə qapanar. Bu bir dьşьnmə və yenilənmə zamanıdır.

  19. SoN_NeFeS dedi ki:

    teewekkurlerrrrrrrr

  20. polo dedi ki:

    maraqli idi amma sevgiye sozun duzu cox inanmiram twk