Amerikalı mütəxəssislər “Eurovision-2012”yə arena tikintisi üçün Bakıdadır

alt

“Eurovision-2012” Beynəlxalq Mahnı Müsabiqəsinin keçiriləcəyi məkanının layihəsini hazırlamaq üçün ABŞ-dan tikinti şirkətinin mütəxəssisləri Bakıya dəvət olunub.

Hazırda əsas variant kimi Dövlət Bayraq Meydanında ən azı 20 min nəfərlik üstüörtülü arenanın tikintisi gündəmdədir. Lakin ehtiyat variant qismində müsabiqənin Tofiq Bəhramov adına Respublika stadionunda təşkili də istisna deyil. Artıq mərkəzi arenanın sənədləri “Eurovision-2012”nin təşkilat komitəsindədir.

Təşkilat Komitəsi Dövlət Bayraq Meydanı variantında israrlı olsa da, bu layihənin reallaşmasında bəzi problemlər yaranıb. Bunlar ərazinin kiçikliyi, avtomobil dayanacaqları üçün sahənin kifayət qədər olmaması, arenanın tutumunun gözlənilən tamaşaçı sayından azlığı, tikinti işlərini həyata keçirmək üçün vaxt darlığıdır.

Bu baxımdan, Respublika stadionunun imkanları genişdir. Mərkəzi arena hazırda 30 min tamaşaçı tutumuna malikdir. Stadionu, üzərində rekonstruksiya işləri aparmaqla, 40 min nəfərlik də etmək olar. Digər tərəfdən, idman qurğusunun ərazisi kifayət qədər böyükdür. Gələn ilin mayında keçiriləcək müsabiqəyədək bu arenanın təhvil verilməsində də problem yoxdur.

Qeyd edək ki, bir neçə gün öncə gənclər və idman naziri Azad Rəhimov “Eurovision-2012” üçün 3 variantın olduğunu bildirib. O, Tofiq Bəhramov adına Respublika stadionu və Dövlət Bayraq Meydanı ilə yanaşı, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin də adını çəkib. A.Rəhimov İdman-Konsert Kompleksinin tamaşaçı tutumunun 10 min nəfərə çatdırılacağını deyib. Lakin Avropa Yayım Birliyi müsabiqənin ən azı 20 min tamaşaçı tutumuna malik arenada keçirilməsini istəyir. Bu səbəbdən, sonuncu variantdan imtina olunub.

ADMIRAL-711

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    gorekde nece olur…ugurlar…xebere gore cox sag ol emi oglu=)
  2. DaRk_AnGeL dedi ki:
    Cox sagol gorekde neyniyecekler
  3. ...::EMERALD::... dedi ki:

    XEBERE GORE SAG OL

  4. МиниК_Сердце dedi ki:

    plani gormushem… superdir eee hemin arena…

  5. Alone Girl dedi ki:

    eurovsionun sevevine baki gozellewir nee supeyyy

  6. WiRiNiM dedi ki:

    tewekkuller maraqli xeberdi

  7. Alone Girl dedi ki:

    twk gelin sevinek baki gozellewir

  8. SAFURA dedi ki:

    gorek nece olacaq?! umarim cooooooooooook guzel olur.

  9. Sabiw dedi ki:

    TEWEKKURLERR…

  10. UNDERCOVER dedi ki:

    mownu pul buraxacaqlar aaa .teki yaxwi olsun

  11. fanya_ya dedi ki:

    Xmmmm uqurlar
    chox saq ol malumata gora

  12. DaviDoFF dedi ki:

    1 il erzinde deiwecekler bakini =)

  13. kaktus dedi ki:

    yeqin ki her wey yaxwi olar 1 ile choix wey etmek olar

  14. Lubov dedi ki:

    Mence mukemel olar

  15. BlAcKsTaRiN dedi ki:

    gorey nece olgey Baki,teze asfatlamisdilar yene sokeceyler…

  16. Alone Girl dedi ki:

    heeee ele eliyecekler ki baki donecek Londona sag olun elinize sagliq twk

  17. selena_gomez dedi ki:

    xee yaxwidida baki gozellewir twk

  18. Tix_Tix_Xanim dedi ki:

    Yaxsi olar Insallah,eminemki hami bizim olkenin gozelliyinden danisacaq

  19. Emo_Girl dedi ki:

    insallah 1ilde her seyi duzelderler duzelse her sey super olacaq

  20. Miss_Azericka dedi ki:
    xebere gore cox sagol
  21. Optimist... dedi ki:

    gorek nolacaq…INSALLAH yaxsi duzelderler.