koreyada sevgi ehvalati


alt
Qədim zamanlarda bir birilərini dəli kimi sevən 2 sevgili varmış.Bunlar hər zaman deyərmişlər gülərmişlər.Zaman keçir və bunlar artıq yavaş-yavaş evlənmək barəsində düşünməyə başlayırlar.Amma ondan qabaq hələ oğlanın əsgərliyə getmək məsələsi ortaya çıxır.(Məlumat üçün onu deyim ki o vaxt Koreyada əsgərlik 5 il çəkərmiş.İndi isə 2 ildir). Oğlan fikirləşir,fikirləşir,axırı sevgilisi ilə görüşür və ona bu sözləri deyir:’Sevgilim,5 il bilirsən ki az müddət deyil.Çox şey ola bilər 5 ilə.Bilmirəm,bəlkə sən mənə olan sevgindən vaz geçəcəksən,bəlkə də mən,bəlkə də hər ikimiz.Bəlkə də zaman və məsafə bizim sevgimizə heç təsir etməyəcək,bilməz olmaz.’ Bu an qız oğlanın sözünü kəsərək ‘Mən səni ömrümün sonunadək sevəcəm’-deyir.Oğlan cavabında ‘Gülüm,heç kəs 1 il və ya 5 il sonra nə olacağını əvvəlcədən deyə bilməz.Sən deyirsən 5 il də keçsə sevərəm səni görmədən.Bu,sadəcə olaraq sənin indi üçün olan fikrindi.Mən də indi elə fikirləşirəm,ama həqiqətən də 5 ilə sevgi qalarmı bir birimizi görməsək,onu nə yazıq ki heç birimiz deyə bilmərik.İndi mən sənə söz verim ki 5 il sonra mən yenə də səni sevəcəm və biz evlənəcəyik.Sən də evdəcə otur məni gözlə,hamı da sənin sevgilin olduğunu bilib sənə elçi gəlməsin.Mənimsə 5 il sonra tutalım sənə olan hisslərim bitdi və aydındır ki onda biz evlənməyəcəyik (Koreyada cavanlar yalnız bir birilərini sevdikləri halda evlənirlər).Onda mənə deməzsən ki bunu o vaxtdan deyərdin də mənə?!! Ona görə də sənin ömrünün 5 ilini deyil yalnız 1cə ilini daha istəyirəm.1cə il məndən cavab gözlə,mən əgər görsəm ki 1 ilə sənə olan sevgim dəyişmir.Onda 5 il ərzində özümdən arxayın olaram ki səni həmişəlik sevəcəm.Hə,deməli belə,mən düz 1 il sonra sənə böyük bir buketdə gül göndərəcəm.Bütün gülləri sayarsan,əgər güllərin sayı 100 olsa ‘məni 4 il də gözlə,sən mənimsən yenə də’ anlamını verəcək 100 gül.Ama əgər 1cə dənə olsun gül əkshik olursa,məsələn,99 olsa o deməkdir ki artıq mənim sənə olan sevgim bitibdir,gözləmə artıq,öz həyatını qur…’ Oğlan bu sözləri deyir və qızın alnından öpüb yola düşür… Beləcə oğlan gedir əsgərliyə,yavaş-yavaş əsgərliyini çəkir və 1 il gəlib keçir.Oğlan söz verdiyi kimi qıza bir buket gül və içində də bir kağız göndərir.Buket qıza çatdırılır.Qızın az qalır ürəyi partlaya o an.Fikri təbii ki o güllərin sayında olur,tez elə bayırdaca yolun ortasında başlıyır gülləri saymağa.İlk dəfə sayır ürəyinə həmən iynələr batır,çünki ilk saydığında 99 dənə sayır.Özünü topluyub rahatlaşıb bir daha sayır ki bəlkə həyəcandan səhv saya.Oturub yerə rahat-rahat yenə başlayır saymağa.Ama nə yazıq ki sayı yenə 99 dənə eləyir.Beləcə qız dəfələrlə sayır,başqalarına da saydırır,ama sayı yenə 99 olur.Nəhayət,vəziyyəti anlayır və özünü yerə çırparaq ağlamağa başlıyır.Sora təxmini 1 ay sonra özünə gəlir… Olanlardan xəbər tutmuş bunu sevən başqa oğlan buna elçi gəlir.Elə onunlaca evlənməyə razılıq verir.Və beləcə də oğlanı ürəyində o biri oğlanla reallıqda isə bu oğlanla yaşamağa başlayır.Bu axınla 4 il də keçir,və 5 il necə deyərlər gəlib keçmiş olur.Oğlan ilk olaraq qızın axtarışlarına başlayır.Qızı tapır,və qız ondan niyə gəldiyini soruşur.Oğlanınsa hələ xəbəri yoxdu ki bu artıq evlidi.Oğlan deyir necə yəni sevgilim,bu nə deməkdi ki niyə gəlmisən.Bunu demişdi ki o tərəfdən 3 yaşında bir oğlan bu qıza səslənib ‘ana,acmışam’ deyir…Bu an oğlanın sanki ürəyinə iynələr sancılır,vəziyəti dərhal anlayır.Və sanır ki sadece olaraq qız bunu 5 il gözləmək istəməyib,sevməyib bunu,başqasını sevib evlənib.Oğlan üzünü çevirib oranı tərk etmək qərarına gəlir.Ama sonra ürəyi dözmür və 1cə dənə sual verir ki ‘Nə zaman unutdun məni?‘ Qız ağlayaraq deyir ki ‘Sən heç nə dediyini bilirsən?Sən deyildin mənə 99 gül göndərən,insafsız,indi də gəlib özünü bilməməzliyə qoyursan?!!’ Oğlan bir anlıq susur,fikirləşir.Sonra hər şeyin niyə belə olduğunu başa düşür.Qıza deyir: ‘Sən niyə o kağızı açıb oxumadın axı!’ deyir və özünü saxlaya bilmir ürəyinin ağlamasını gözlərində də göstərir.Qız isə tez içəri qaçır,bu müddət ərzində qoruyub saxladığı o gül buketini açır və içindən həmən oğlan deyən kağızı tapır.Kağızda yazılanı oxuyur : ‘Bir an belə fikrimdən çıxmayan sevgilim,söz verdiyim kimi gülləri göndərdim.Say bunları,bircə şeyi unutma ki 100cü gül dünyadakı güllərin ən gözəli,ən təravətlisi olan elə Sən özünsən…’ Bu an sanki bütün dünya qızın başına yıxılır,heç nəyin geri qayıda bilməyəcəyini anlayıb bu əzabdan qurtarmağın yolunu bircə özünə qıymaqda görür.Əlinə bıçaq alıb özünə batırmaq istəyəndə birdən çöldən qışqırıq səsləri gəlir:’Burda biri özünü öldürüb ay millət’.Qız bunun kim ola biləcəyini dərhal anlayıb tez bayıra qaçır…Ama nə yazıq ki artıq gecdi,oğlan artıq sevən ürəyinə mismar sancmışdı.Bu an qız da tez o mismarı çıxardıb özünə sancmaq istəyəndə oğlu gəlib anasını qucaqlayaraq ‘etmə ana’ deyir.Anası sevgilisinin adını vermiş oğlunun bu hərəkətinə görə mismarı əli gəlmir ürəyinə batırsın.Götürüb gözlərinə batıraraq: ‘Sizsiz hər şeyin günahkarı!’ deyir


alt
Beləcə də bir birini dünyalar qədər sevən bu 2 cavan bir birinə qovuşa bilmir.Biri torpağın altında qaranlıqda yatır,biri isə üstündə qaranlıq dünyasında yaşayır!

new girl

Şərhlər:

  1. ...::EMERALD::... dedi ki:

    ELLERINE SAGLIK

  2. Krasav4ik_i dedi ki:

    Cox sagolun Ama Menim Coxlu soz olanda oxumaga sebrim catmir twk

  3. new girl dedi ki:
    deymez sizde sagolun oxudugunuz ucun haminiza twk edirem
  4. Alone Girl dedi ki:

    hii deymez baciw Rufo hec de seviyyesiz deyil yende oz fikrin sevgini kim yasayibsa bawa duwer heart

  5. DaRk_AnGeL dedi ki:

    Cox sagol xebere gore

  6. UNDERCOVER dedi ki:

    hovsele yoxdu oxumaga.yenede 4ooox saol

  7. LESYAM dedi ki:

    Oxumuwdum bunu bilirdim ama tekrar oxumaqda xowuma geldi.gozel idi.kewke hec bir sevgi bele bitmese[i]

  8. ZakonLubvi dedi ki:

    heart cooooooooooook sag ol eladiiiiiiiiiii

  9. jalicka dedi ki:

    tesekkurler twk

  10. new girl dedi ki:

    deymez caniklerim sizde rey yazdiginiza gore mende size twk edirem heart heart heart

  11. meleyim dedi ki:

    bele sevgi hadiseleri cox olub

  12. Nadejda_Lyubvi dedi ki:

    twk

    MENİM XEBERLERİM NİYE REDAKTE OLUNMUR

  13. EQoiSTKa dedi ki:

    Nu Da Vpecetlayuwe…SPOSiBKi..

  14. fanya_ya dedi ki:

    Chox saq ol xabara gora

  15. WiRiNiM dedi ki:

    oxumuwdum bunu yene de tewekkuller

  16. Lubov dedi ki:

    Mence bele ideal sevgi yoxdur indi neki 5 il hec 5 saniye ne qiz oqlani nede oqlan qizi gozlemez tessekur gozel herkaye idi

  17. Alone Girl dedi ki:

    twk elive sagliqqqqqqqqqqq gozeldir coxx agladimm agla

  18. SoN_NeFeS dedi ki:

    tewekkur angel applause

  19. kaktus dedi ki:

    canik twk maraqli melumatdi
    twk give_rose twk give_rose twk give_rose

  20. Miss_Azericka dedi ki:
    ELLERINE SAGLIK
  21. tiqlapalasar dedi ki:

    duzun deyim yalniz axirinci cumleni oxudum ve basa dusdum:)) applause aze good amma sevgi hekayelerinden zehlem gedir tongue

  22. Rufo dedi ki:
    Ne seviyyesiz yazilib… sozler cox usaqvari yazilib
  23. Tix_Tix_Xanim dedi ki:

    Hamisini oxudum.Hem kederlendim,hem eseblesdim.Qiz gulleri 500 defe sayib,amma kicik bir mektubu oxumayib(((Belke 100cu gulu almaqa hec pulu yox imis yaziq oqlanin(((

  24. New_Moon dedi ki:

    Cox SAgol Xeber Ucun

  25. BlAcKsTaRiN dedi ki:
    siz niye meni agladirsiz her zaman axi niyeeeee???/

    cox superdi twekkur cox sagol.
    cry cry agla agla cray cray

  26. King_Of_THE_SKY dedi ki:

    Yaxsi baxin 2-ci xeberdi bu .. COXDAN YAZILMIWH XEBERDI .. 100 Gul hekayesi yazin Goreceksiz .

  27. azeri_lady dedi ki:

    AYYY super. Men bunu oxumusdum ve aglamisdim oxuyarken. Tekrar oxumaq super oldu. Cox tesekkur. Ellerin derd gormesin…

  28. 90_EJ_062 dedi ki:

    maraqli idi cox sagol(

  29. new girl dedi ki:

    rey yazan elleriniz var olsun coox sagolun