Dünyanın qəribə 10 məxluqu

alt

Bu məxluqları Arizona Dövlət Universitetinin nəzdindəki beynəlxalq araşdırmalar İnstitutu seçib.

Dünyanın qəribə 10 məxluqu

Mütəxəssislər minlərlə bitki, canlı və mikroorqanizmlər arasından qalibləri seçməyə çalışıblar. Reytinq siyahısına ötən il Peruda aşkarlanan zəli başçılıq edir. Cəmi 5 sm boyu olan zəli böyük və kəskin dişlərə sahibdir. Buna görə də ona “Tyrannobdella rex” (qəddar kral zəlisi) adı verilib. Ən maraqlısı isə odur ki, o insan burnunun selikli qişasında tapılıb.

İkinci “Halieutichthys intermedius” adlı balıqdır. O, tullana bilir və əlləri olan uçan siçana (yarasaya) bənzəyir.

Dünyanın qəribə 10 məxluqu

Siyahıda həmçinin CAR-da aşkar edilən tullana bilən, həmcinslərindən böyük ayaqları ilə fərqlənən, xarici görünüşünə görə isə çəyirtkəyə bənzəyən hamam böcəyi (tarakan), Qərbi Afrika savannalarından müəyyən edilən “Philantomba walteri” adlı yeni növ antilop, Fillipində yaşayan iki metrlik parlaq rəngli vegeteryan varan “Varanus bitatawa”, hördüyü torun davamlılığı ilə fərqlənən “Caerostris darwini” adlı Madaqasqar hörümçəyi, orxideyanın nadir növlərinin tozlandırıcısı olan sisəy, pasla qidalanan bakteriyalar, sualtında bitən, qaranlıqda işıq saçan göbələk və sairə daxil edilib.

Dünyanın qəribə 10 məxluqu

“The Daily Mail”ə açıqlama verən reytinq siyahısını tərtib edən komissiyaya rəhbərlik edən professor Meri Ceymsin sözlərinə görə, bu məxluqların hər biri bizim planetin tarixi haqqında məlumat verir: “Onlar hər biri mozaikanın bir hissəsidir. Bu mozaika bizə Dünyada vahid biosfer çərcivəsində həyatın necə davam etməsini nümayiş etdirir”.

UNDERCOVER

Şərhlər:

  1. ZoRRo_BaKu dedi ki:

    Sagol maraqli xebere gore

  2. new_frend dedi ki:

    cox maraqlidir twk

  3. jasminka dedi ki:

    ay men hec adina da bexma qistemirdim wekli gorende dedim yeqin fotolardir axir ki riske gedib baxdim tewekkurler maraqlidir

  4. DaRk_AnGeL dedi ki:
    Cox sagol dosi xebere gore
  5. NiyaZ dedi ki:

    Bi seyi basa dusmedim ee..Sekilde sag terefde yuxaridaki heyvan insanin gozunun icinde olur?

  6. fanya_ya dedi ki:

    Chox saq ol qaqaw……qewweeeeeeeeey xabardu
    Xoshuma galdi

  7. O_Z_I_L dedi ki:

    MARAQLIDI twk twk twk SUPER

  8. UNDERCOVER dedi ki:

    her birinize bir-bir twk edirem.rey yazan elleriviz agrimasin

  9. Alone Girl dedi ki:

    elinize sagliq eladi twk

  10. EQoiSTKa dedi ki:

    …SPOSiBKi…

  11. new girl dedi ki:

    cox sagol maraqli idi

  12. Imperator dedi ki:

    Cox saqol brat maraqlidi

  13. kama_94 dedi ki:

    Ellerine salik maraqli xeberdi.

  14. _Anonimka_ dedi ki:

    tesekkurler maraqlidi

  15. Angel_a dedi ki:

    TEWEKKURLER

  16. BlAcKsTaRiN dedi ki:

    irgenc gorunurler

  17. NiyaZ dedi ki:

    Maragli xeber idi…Thnx..

  18. TARKAN dedi ki:

    MARAQLI IDI BROTHER twk twk twk

  19. Sabiw dedi ki:
    Cox saq ol Dostik
  20. Tix_Tix_Xanim dedi ki:

    Cox saq ol Dostik