Çobanyastığı falı

Sevir – qəlbinin həyəcənla döyündüyünü ilk dəfə əlimlə toxunduğumda hiss etmişdim. Sevməsə niyə həyəcanlansın ki. Yanında olmaq ona sevinc, sevgi, həyəcandırsa, deməli sevir.

Sevmir – Son günlər soyuluğunu hiss etmişəm. Bəlkə artıq keçib? Bəlkə soyuyub hissləri, donub bəlkə mənə qarşı. Əvvəlki kimi baxmır nə gözləri, nə ələri əvvəlki tək isti deyil. Həyəcanı da bir kənara çəkilib. Yəqin ki daha sevmir.

Sevir – Bəzən çox darıxdığını hiss edirəm. Zəng edib danışmadan səsimi dinlədiyini. Sonra səbəbsiz mesajlarını oxuyuram. Mən unutdu dediyimdə xatirələrində yer aldığımı. İstisini hiss edirəm. Sevgisinin istisini. Onu mənə his etdirirsə deməli sevir.

Sevmir – Amma bir gün hər şey bitə bilər demişdi. Əmin deyil. Ya mənə, ya hisslərinə. Əmin deyil bizə? Ehtimallarla yaşamaq sıxır ürəyi. Kaş gözlərimə baxıb qəti ola bilsəydi. Kaş nöqtələrdən qaça bilsəydik də yeni vergüllər qoysaydıq cümlələrin sonuna. O bacarmasa, yəqin ki sevmir.

Sevir – Arzularımı həyata keçirməyi sevir. Gülləri necə çox sevdiyimi bilir. Bəzən güllərə qərq edir. Xoş sözlərini əkshik etmir. Qəlbimə dəydiyini xatırlamıram. Bəzən layiq olduğumdan artıq etdiyini düşünürəm bu məni utandırır. Sonra.. düşünürəm hər gücə uzun – uzun..Bəlkə də sevir.

Sevmir – Saatlara mənsizliyi dözür. Xatırlatmasam bəzən heç yadına belə düşmədiyimi düşünürəm. Gözündən uzaq olduqca könlü də uzaq olur. Niyəsini soruşmuram. Cavabı eşidə biləcək ürək mi var məndə?! Yəqin ki sevmir.

Sevir – Ayrılmaq asan olsaydı ona, yəqin ki uzaq düşərdi. Unutçmaq asan olsaydı ayrılıb gedərdi. Bitirərdi hər şeyi. Amma etmir. Edə bilmir yəqin ki. Yoxsa niyə bu qədər gözləsin ki? Niyə bu qədər səbirli, təmkinli davransın? Yoxsa niyə çəksin nazımı.Əgər nazım onu yorursa. Əgər mənimlə xoşdursa deməli sevir.

Sevmir – Yəqin ki bir gün bitəcək .O gedəcək, hər şey heç olmamış kimi silinəcək. Məndə xatirələr qalacaq, onda xəyallar qurulacaq. Tərəddüdə ala bilibsə məni… belə ağrı verirsə yoxluğunun qorxusu… tərk etmək ehtimalı yaradıbsa məndə… eh… yəqin ki sevmir…

İndi atın çobanyastığılarını bir kənara. Atın tərəddüdü, ehtimalı, onsuzluğu. Əgər yanınızdadırsa indi o. Əgər sizinlə birlikdədirsə. Sahib çıxın qəlbinizə əgər qəlbinizdədirsə o, sahib çıxın ona. Sabaha saxlamayın. Sabah gecdi. Elə indi!

Angel_a

Şərhlər:

  1. jasminka dedi ki:
    TEWEKKURLER SON SOZLER LEZZET ELEDI AMMA ELE BIRISINI TAPMAQ….
  2. RED DEVIL dedi ki:

    fala inanmiram,nu sozderi superdi twk

  3. Emo_Girl dedi ki:

    cox sagol xebere gore ela idi

  4. NeRMiS dedi ki:

    [hide]Bezen Bitmek Bilmeyen Derdler Yagis Olub ustune Yagar! Ama Rengarenk Goyqursagi da Yagisdan Sonra cixar…[/hide]

  5. Angel_a dedi ki:

    TARKAN,
    deymez

  6. SmaLL_DoLL dedi ki:

    GozeL S0zlerDi

  7. TARKAN dedi ki:

    Angel_a,
    sag ol Angel_a cox cox cox haa gozel sozlerdi sag ol

  8. Angel_a dedi ki:

    jasminka,
    Taparsan canim

  9. Angel_a dedi ki:

    …::EMERALD::…,
    Emo_Girl,
    RED DEVIL,
    deymez