Lətifələr

alt
1
Bir gün bir xan məclisdə dedi ki, hər kim öz övrətindən razıdırsa, ayağa dursun. Hamı qalxdı, ayağa durdular, məgər şəxsi ki, qalxmadı.

Xan dedi: – Ey şəxs, məgər sən övrətindən razısan ki, ayağa qalxmadın?
O cavab verdi ki, yox sənə fəda olum, bu gün övrətim qıçıma belə vurubdur ki, qıçım şikəst olubdur. O səbəbdən qalxmadım.

2
Bir gün Şirvanın xanı Mustafa xan mərhum məclisdə bir tərəkəmədən soruşdu ki, ey şəxs, allah neçədir?
Tərəkəmə fikir edirdi, xanın dalında duran naziri xandan məxfi beş barmağın yuxarı tutdu, yəni deginən ki, allah beşdir.
Xan qəzəbnak olub dedi ki, ey heyvan, nə danışırsan, neçə allah beşdir?
Tərəkəmə ərz elədi ki, allah sənin nazirüvə bəla versin, mən on deyəcəkdim, o, beş barmağını yuxarı tutdu. Onunçün mən beş dedim. Xan, allah ondur.

3
Bir gün Mustafa xan mərhum, bir şəxsdən soruşdu ki, ey şəxs, toyuğun harası yeməlidir və çox ləzzətlidir?
Ol şəxs cavab verdi ki, dərisi hər yerindən ləzzətlidir.
Xan ona xələt verdi.
Bir gün Mustafa xan mərhum, bir şəxsi-digərdən soruşdu ki, camış ətinin harası ləzzətlidir və yeməlidir?
Çün bu şəxs görmüşdü bir nəfər toyuğun dərisini ləzzətli dedi, xan ona xələt verdi, bu da təqlidən dedi ki, camış ətinin hər yerindən ləzzətli gönüdür.
Xan ona qəzab edib, məclisdən ixrac elədi.

4
Bir gün Şamaxıda bir nəfər şəxs bəd əzzöhr vəfat eləmişdi. Qəbiristana adam göndərdilər ki, qəbir qazsın. Görkən qəbri qazdı. Meyit sahibləri məsləhət görmədilər ki, dar ikindi vaxtı xalqa zəhmət versinlər. O gecə meyiti evdə saxladılar ki, səhər dəfn eləsinlər.
Xalq dedi ki, qəbrin ağzı açıq qalmaq yaxşı deyildir, şəhərə vəba naxoşluğu düşər, gərəkdir ki, haman qazılmış qəbirdə bir nəfər adam bu gecə yatsın, sabah meyiti dəfn edərik.
Qəzara, bir nəfər çoban qəbiristan kənarında qoyunlarını otladırdı, çobana on manat pul verib razı elədilər ki, çoban qəbirdə yatmışdı. Yanında bir böyük dəyənəyi var idi. Şəhərdə iki nəfər lotu dedilər ki, elə bu çoban on manatı yesin getsin? Bu gecə birimiz Münkər və birimiz Nəkir surətində gedib çobandan on manatı alarıq.
Bəs hər biri bir ağ kəfən taxıb, ağacın başına əsgi və neftlə lopa qayırıb gəldilər çobanın üstünə. Çoban nə Münkər bilirdi, nə Nəkirdən xəbəri var idi. Gəldilər çobana dedilər ki, “Mən rəbbükə?”1
Çoban dedi ki, mən ölməmişəm, mən bir nəfər diri çobanam. Mənə on manat pul veriblər ki, bu gecəlik bu qəbirdə yatam. Hələ ölən sabah gələcək, gedin sabah gəlin.
Lotular əlində olan lopaların silkələyib çobanı vurdular, dedilər: “Mən rəbbükə?”
Çoban yalvardı ki, mən ölməmişəm, qulaq asmayıb çobanı lopa ilə vurdular. Çoban qəbirdən qalxıb Münkərin kəlləsindən bir dəyənək vurdu, dərhal məğzi-səri tökülüb, həlak oldu. O biri yoldaşı üz qoydu şəhərə qaçmağa. Çoban onu qova-qova saldı şəhərə. Meyit olan evin yanında bir xəraba hamam var idi, lotu qaçıb gizləndi ol xəraba olan hamamda. Çoban fəryad elədi ki, ay camaat, bir çıraq gətirin. Çobanın sədasına xalq cəm oldular. Gördülər haman çobandır ki, on manat alıb qəbirdə yatmışdı.
Dedilər ki, ey çoban, nə var?
Dedi ki, Münkərlə Nəkir səhv edib, məni ölən bilib, qəbiristana gəlib məndən bir para sözlər xəbər alırlardı. Dedim ki, mən ölməmişəm, meyit hələ sabah gələcək. Qanmadılar, əllərində olan gürzi-ətəşin ilə məni vurdular. Mən qəbirdən qalxıb Münkərin kəlləsindən bir dəyənək vurmuşam, beyni dağılıb ölübdür. Amma Nəkir zərbi-şəstimi görüb qaçdı. Onu qova-qova salmışam bu xarabaya. Allah xatirinə bir çıraq gətirin, əgər onu da öldürsəm, dəxi qəbirdə olanlarımız rahat yatarlar, Münkər və Nəkirin şərlərindən salamat olarlar.
Bunlar dedilər ki, yəqin çobanı vahimə basıbdır. Çobanı bir dillə yola saldılar. Sabah qəbiristana gələndə gördülər bir nəfər lotunun kəlləsi dağılıbdır. Tanıdılar. Yoldaşını dəxi bildilər ki, kim imiş və üçün qəbiristana gediblərmiş – hamıya məlum oldu.

5
Qarabağlı Talıb xan, nağıl edirlər ki, bir gün şikara getmişdi. Bir qırqovul tutmuşdu. Axşam mülazimlərinə dedi ki, siz bu qırqovulu buxarıda şişə çəkib bişirin, mən yorulmuşam, bir qədər yatım, durub yeyəcəyəm.
Talıb xan yatdı. Nökərlər qırqovulu bişirdilər, özləri yedilər. Şişi boş buxarının yanına söykədilər. Iki-üç saatdan sonra Talıb xan xabi-qəflətdən bidar oldu, dedi ki, gətirin qırqovulu.
Nökərlər hamı şəhadət verdilər ki, ağa, sən qırqovulu yedin, yatdın. Talıb xan dedi ki, doğrudur: çünkü ciyərim çox yanır, məlum ki, yemişəm, yatmışam. Bəs bir qədər su verin. Suyu içdi, yenə yatdı.

SAFURA

Şərhlər:

  1. Sabiw dedi ki:

    Tewekkurler canimm

  2. Agresiv_qiz dedi ki:

    men de burda gulmeli bir sey gormedim vallah.yenede emeye hormet sagol twk

  3. Alone Girl dedi ki:

    xixixixixixixixi gulmeliydi sarcasti xaxa smile biggrin pardon

  4. TARKAN dedi ki:

    OOOOOOOOOUUUUUUUUUU VERY FUNNY EXCITING

  5. kama_94 dedi ki:

    Sag olun gulduk …uzunuz gulsun xer vaxt..)))))))))

  6. YEDiNKA dedi ki:

    Yaxwi idiler applause .beyenmeyenler olsada sen yaz men oxuyub gulecem =)))))

  7. QENKA dedi ki:

    Chox gulmeli idi… twk….

  8. ZoRRo_BaKu dedi ki:

    CooooooooX SagoL MaraqlidiR

  9. Alone Girl dedi ki:

    elinize sagliq twk

  10. O_Z_I_L dedi ki:

    ELA XEBERDI GULMEKTEN OLDUMEEEEEEEEEEEEE

  11. new_frend dedi ki:

    maraqli letifelerdi twk

  12. _SAFURA_ dedi ki:

    beyenenlere tewekkur edirem. beyenmeyenler de oz xeberine baxsin

  13. ...::EMERALD::... dedi ki:

    ALLAH SENI GULDURSUN

  14. NURA21 dedi ki:

    2
    Bir gьn Şirvanın xanı Mustafa xan mərhum məclisdə bir tərəkəmədən soruşdu ki, ey şəxs, allah neзədir?
    Tərəkəmə fikir edirdi, xanın dalında duran naziri xandan məxfi beş barmağın yuxarı tutdu, yəni deginən ki, allah beşdir.
    Xan qəzəbnak olub dedi ki, ey heyvan, nə danışırsan, neзə allah beşdir?
    Tərəkəmə ərz elədi ki, allah sənin nazirьvə bəla versin, mən on deyəcəkdim, o, beş barmağını yuxarı tutdu. Onunзьn mən beş dedim. Xan, allah ondur.

  15. New_Moon dedi ki:

    Eziyyete Gore Cox SAgol Oxumadim Cunki Menlik Deyil

  16. UNDERCOVER dedi ki:

    burda gulmeli he4 ne goremdim.4cu letife idi yoxsa hekaye??

  17. _Aynur_ dedi ki:

    Letifelere gore cox saq ol…

  18. _Anonimka_ dedi ki:

    UNDERCOVER,

    burda gulmeli he4 ne goremdim.4cu letife idi yoxsa hekaye??
    aha ele mende

  19. Alone Girl dedi ki:

    elinize sagliq eladi xebein twk

  20. DaRk_AnGeL dedi ki:
    Cox sagol ellerin derd gormesin
  21. Alone Girl dedi ki:

    eline sagliq twk

  22. Tix_Tix_Xanim dedi ki:

    applause Tesekkurler

  23. nurlana77 dedi ki:

    xaxaxaxxaaxxaaaxaaxxaaxax komp elaaaaaa twkrler