Qırılmış qəlb


alt
Tərəddüddə idim…Bir ağırlıq çökmüşdü ürəyimə. Unutmaq istəyirdim.
 
Zamanın axışına buraxmaq istəyirdim özümü. Ancaq alınmırdı… Vicdan əzabı deyəsən bu idi. İştaham qaçmışdı. Yemək belə yeyə bilmirdim. Düşüncələr və xəyallar gedərək məni əsir etmişdi. Artıq ruhumun düz ortasında məhkəmə salonu qurulmuşdu.
Nəfsim vəkil, vicdanım hakim, müttəhim mən, zərərçəkən bir Qırıq Qəlb…
Bir qəlb düz ortasından yarılıb iki yerə… Hər tərəfi yara içindədir. Əli ilə məni göstərir.
«Günahkar sənsən, məni qırdın» dedi.
Kimsə kənardan durmadan gülür, nəfsim isə məni müdafiə etməyə çalışır. Sən haqlı idin, haqlarını müdafiə etdin-deyir. Ancaq nəfsim nə qədər müdafiə etsə də, vicdanımın üzü gülmür. Nəfsimin səsi artıq batıb, ancaq məhkəmə salonunda hələ də məni müdafiə edir.
Qırıq Qəlb ortada dayanıb, gözlərindən yaş axır. Vicdanım məni günahkar bilir. Getdikcə böyüyən bir qayanı çiyinlərimə yükləyir. Daşıyacaqsan-deyir. Cəzam nə qədər davam edəcək deyə soruşuram. Qəlbi göstərir. «O qırıq olduğu müddətdə cəzalısan» deyir.
Bir qəlbə baxıram, bir də çiynimdəki qayaya.
Nə edəcəyəm-deyə düşünürəm. Bu zaman ağıl yanıma gəlib, qulağıma nəsə pıçıldayır. «Tək çarən var, get yanına, üzr istə, könlünü al» deyir.
Qürur çıxır qarşıma:
— Heç vaxt üzr istəmə, günahı var idi. Sən məni qırmamalısan.
— Bu daşı çiynimdən ala bilərsənmi? — deyə qışqırıram.
— Xeyr, əlimdən gəlməz — deyir.
— O zaman get!
Yenə qəlbə baxıram.O da küskün halda göz ucu ilə mənə baxır. Hafizəm qəlbin mənə etdiyi yaxşılıqları xatırladır. Getdikcə acım artır.
Səhər vaxtı iki ağ mələk yanıma gəlir. Biri təvazökarlıq, digəri mərhəmət. Qollarıma girirlər, vicdanım da arxadan itələyir, qəlbə doğru gedirəm. Yeridikcə ayağımıın altında səslər gəlir. Baxıram, qürurum və nəfsim ayaqlarımın altında parçalanır.
Qırıq Qəlbin yanına çatdım. Məsum gözləri yaşlar içində mənə baxır.
Peşmanlıq içində deyirəm:
— Əff et. Sən haqlı idin. Barışsan, söz verirəm, bir daha səni qırmayacağam.
Tərəddüdlə mənə baxır. Peşman olduğuma inanır.
Barışaq deyirəm, boynunu qucaqlayıram. Ağlayıram. O da məni qucaqlayır. Göz yaşlarım Qırıq Qəlbin üzərinə töküldükcə, çatlaqları bağlanır. Əvvəlki halına dönür. Ancaq diqqətlə baxdıqda hələ də izləri görünürdü.
— Zamanla onlar da sağalacaq-deyir.

P.S görürsənmi, bir qəlb qırdıqda nələr baş verir? Əgər bu dəqiqə qırdığın bir qəlb varsa, əmin ol ki, təmir olunacağı anı gözləyir. Həm öz vicdanına, həm də qırdığın qəlbə bu qədər əzab vermə…

New_Moon

Şərhlər:

  1. EQoiSTKa dedi ki:

    …SPosiBo…

  2. TARKAN dedi ki:

    cox sag ol thank you very much

  3. New_Moon dedi ki:

    Cox SAgolun
    .
    Imperator,
    drinks

  4. _Anonimka_ dedi ki:

    tesekkur super xeberdi

  5. QENKA dedi ki:
    Gozel xeberdi…. tewekkur…

    twk cry cry
  6. s_y_a_m_a dedi ki:

    Maraqli movzu idi heart heart heart

  7. UNDERCOVER dedi ki:

    4OX SAOL MARAQLI XEBERE GORE

  8. emo15 dedi ki:

    menim qelbimi cox adamlar qirib of cry

  9. Alone Girl dedi ki:

    cox sag ol cry cry cry

  10. Демон dedi ki:

    P.S — gцrьrsənmi, bir qəlb qırdıqda nələr baş verir?
    mamed kleyinnen yapiwdirda) oldurub e Kitaysi qelblere ne gelib)

  11. merry-girl dedi ki:

    Sitat: New_Moon
    merry-girl,
    Cox SAgol Canik Redakte Superdi Elleruve Sagliq

    BUYUR DOSTIK))))

  12. merry-girl dedi ki:

    COX SAG OL DOSTIK GOZEL MOVZUYA GORE

  13. Nadejda_Lyubvi dedi ki:

    mende Zamanın axışına buraxmaq istəyirdim цzьmь.

  14. New_Moon dedi ki:

    EQoiSTKa, give_rose
    LadyGirl,Sizde Kiminse Qelbinizi Qirmagina Izin Vermiyin
    Nadejda_Lyubvi, give_rose
    merry-girl,
    Cox SAgol Canik Redakte Superdi Elleruve Sagliq opucuk

  15. Angel_a dedi ki:

    twk yaxsi xeberdi.men bilmirem kiminse qelbin qirmisam ya yox.amma qirmisamsa da bilerekden etmemisem

  16. Imperator dedi ki:

    …Superdir CoX Saqol Brat Maraqlidir Eladir… friends

  17. ZoRRo_BaKu dedi ki:

    TwK Maraqlidir

  18. jasminka dedi ki:

    twkler maraqlidir

  19. Agresiv_qiz dedi ki:

    of ya of.xebere gore tesekkurler super xeberdi. applause