Ayaqqabıçı və uşaq

alt
Ayaqqabıçı, yeni gətirdiyi malları vitrinə yerləşdirərkən, küçədəki bir uşaq onu izləməkdə idi. Məktəblər bağlanmaq üzrə olduğundan, idman ayaqqabılarına rəğbət çox idi.
Hərçənd mallar lüks sayılmazdı amma, kiçik bir dükan üçün kafi idi. Onların ən gözəlini ön tərəfə qoyunca, uşaq vitrinə doğru bir az daha yaxınlaşdı. Lakin bir qoltuqağacı istifadə etməkdə idi. Həm də çətinliklə… Adam ona bir daha nəzər saldı. Üstündəki şalvarın sağ qismi, dizinin alt qisimindən sonra boş idi. Buna görə də sağa sola uçuşurdu. Uşağın baxdığı ayaqqabılar, sanki onu özündən keçirmişdi. Bir müddət elə dayandı. Daldığı xülyadan ayılıb yola qoyulduğunda, adam dükandan çölə atılıb:
— Balacaa! deyə səsləndi. Ayaqqabı almağı düşündünmü? Bu ilki modellər çox gözəldir! Uşaq, ona dönərək:
— Həqiqətən çox gözəllər!- deyə təbəssüm etdi. Amma mənim bir qıçım doğuşdan əskikdir.
— Məncə əhəmiyyətli deyil!.- deyə, irəli gəldi adam. Bu dünyada hər şeyiylə tam insan yoxdur ki! Kiminin əli əskik, kiminin də qıçı. Kiminin də ağılı ya da ınancı!
Kiçik uşaq, bir şey söyləmirdi. Adam isə danışmağı davam etdirdi:
— Kaş ki, ınancımız əskik olacağına, ayaqlarımız əskik olsa idi.
Uşağın başı yaxşıca qarışmış idi. Bu səfər adama doğru yaxınlaşıb:
Anlaya bilmədim!- dedi. Niyə elə olsun ki?

Çox sadə!- dedi, adam. Əgər inancımız yoxsa, cənnətə girə bilmərik. Amma ayaqlar yoxsa, problem deyil. Onsuz da orada bütün əskiklər tamamlanacaq. Hətta şikəst insanlar, sağlamlara nisbətlə, daha çox mükafat görəcəklər…
Kiçik uşaq, təbəssüm etdi. O günə qədər çəkdiyi ağrılar, yüngülləşmiş kimi idi. Adam, vitrinə işarə edərək:
— Baxdığın ayaqqabı, sənə yaraşar!- dedi. Geyinib yoxlamaq istəyərsənmi?
Uşaq, başını yanlara yelləyib:
-Üzərində 30 lirə yazılıb, dedi. Almam mümkün deyil ki!
Endirim mövsümünü, sənin üçün bir az önə alaram!- dedi adam. Bu vəziyyətdə 20 lirəyə düşər. Onsuz da sən təkini götürəcəksən, o da 10 lirə edər. Uşaq bir az düşünüb:
Ayaqqabının digər təki işə yaramaz!- dedi. Onu kim alacaq ki?
Amma uzatdın haa! deyə güldü adam. Onu da, sağ ayağı əskik olan bir uşağa sataram.
Kiçik uşağın ağılı, bu sözlərə yatmışdı. Adam, davam edərək:
— Üstəlik də şagirdsən deyilmi?- deyə soruşdu.
— İkiyə gedirəm!- deyə atıldı uşaq. Üçə keçdim sayılar.
— Lap yaxşı! -dedi adam. 5 Lirə də şagird endirimi etsək, geri qalar 5 lirə. O da bazarlıq payı olar. Belə isə ayaqqabı sənindir, satdım getdi!
Ayaqqabıçı, uşağın çaşmış baxışları arasında dükana girdi. İçəridəki rəflər onun bəyəndiyi modelin eynisiylə dolu idi. Amma adam, vitrində olanı çıxartdı. Bir stul götürüb döndükdən sonra, uşağı oturdub yeni ayaqqabısını geydirdi. Və çıxartdığı köhnəni göstərərək:
— Mənim satış əməliyyatım bitdi!- dedi. Sən də mənə, bunu satsan məmnun olaram.
— Zarafatmı edirsiniz? deyə kəkələdi uşaq. Onun dabanı deşilmək üzrədir. Köhnə bir ayaqqabı, pul edərmi?
Sən çox cahil qalmısane, ay dost… — dedi adam. Antikvar əşyalardan xəbərin yox hər halda. Bir antikvar nə qədər köhnə isə, o qədər çox pul edər. Buna görə ayaqqabın, məncə ən az 30- 40 lirə edər.
Kiçik uşaq, bir-birinin ardı ilə yaşadığı şokları üzərindən ata bilməmişdi. Mütləq bir yuxuda olmalı idi. Həm də həyatındakı ən gözəl yuxu. Adamın, həyəcandan tərləyən ovuclarına sıxışdırdığı kağız pullara göz gəzdirdikdən sonra, 10 lirəni geri verərək:
— Mənə görə 20 lirə kafi… -dedi. Endirim mövsümünü başlatdınız axı!..
Adam onu qıra bilməyib pulu götürdü. Və bu arada yanağına bir öpüş qondurdu. Nədənsə içi içinə sığmırdı. Əgər bütün mallarını bir gündə satsaydı da belə bir xoşbəxtliyi tapa bilməzdi.
Uşaq, yavaşca yerindən qalxdı. Sanki qoltuqağacına ehtiyac duymurdu. İsti bir təbəssümlə təşəkkür edib:
Atam haqlı imış!- dedi. “Şikəst olduğum üçün, kədərlənməmə heç ehtiyac yoxdur!” demişdi.

New_Moon

Şərhlər:

  1. merry-girl dedi ki:

    Cox sag ol dostik ellerine sagliq redakt edende oxudum kovreldim cry

  2. mirashka dedi ki:

    cox maraqlidir twkler

  3. NURA21 dedi ki:
    TSEKURLERRRRRRRRR
  4. New_Moon dedi ki:

    fanya_ya,
    Cox SAgol Canik Esas Oduki Insanliq Olsun greeting give_rose
    .
    .
    Haminiz Cox SAgolun Beyendiyinize Sevindim

  5. DaRk_AnGeL dedi ki:

    Cox sagol dosi gozel xeber idi ellerine sagliq

    Cox sagol dosi gozel xeber idi ellerine sagliq

  6. _Aynur_ dedi ki:

    Maraqli xebere gore cox saq ol…

  7. New_Moon dedi ki:

    DaRk_AnGeL, greeting
    _Aynur_, give_rose
    Cox SAgolun

  8. Imperator dedi ki:

    cox saqol brat maraqlidi

  9. QENKA dedi ki:

    Maraqlidir… Allah razi olsun…. twk…. applause

  10. Alone Girl dedi ki:

    yeri var eladi twk

  11. New_Moon dedi ki:

    QENKA,
    Alone Girl,
    Cox Sagolun

  12. NiyaZ dedi ki:

    Tesirlidir…Xebere gore Tshk

  13. _SAFURA_ dedi ki:

    cox tesekkurler

  14. Alone Girl dedi ki:

    eline sagliq ela twk

  15. Tix_Tix_Xanim dedi ki:

    Allah razi olsun

  16. New_Moon dedi ki:
    merry-girl,
    Seninde Ellerine SAgliq Canik Redakte Ucun Cox SAgol
  17. SoN_NeFeS dedi ki:

    tewekkur coooox maragli idi twk

  18. jasminka dedi ki:

    chooooooooooox superdir

  19. _Anonimka_ dedi ki:
    ayda ne superdi deli cox sagol bayaca
  20. meleyim dedi ki:

    tesirlidi tsk

  21. new girl dedi ki:

    cox tesirlidi twk kovreldim cox maralidir ellerine sagliq


    applause applause applause

  22. Agresiv_qiz dedi ki:

    maraqli ve duygusal di.tesekkurler twk applause twk

  23. EQoiSTKa dedi ki:

    Respekt…SPOSiBKi…

  24. UNDERCOVER dedi ki:

    4ox saol qaqaw maraqli xebere gore

  25. 90_EJ_062 dedi ki:

    maraqli idi cox sagol:)

  26. WiRiNiM dedi ki:

    supperdi tewekkuller bele insanla cooooooooooox azdi heyifler olsun ki

  27. Nadejda_Lyubvi dedi ki:

    maraqli idi tskler

  28. Angel_a dedi ki:

    maraqliydi tsk

  29. fanya_ya dedi ki:

    Doqurdan da eladir insan baxmir bir ayaqi var bir ali var gerak onun yawamaqa havasi olsun. Insan kor ola-ola dunyalari ala bilar Yena da deyiram gerak insanda cesaret olsun…Chox Saq Ol New_Moon xabara gora oxudum chox xoshuma galdi….Ele xoshuma galmiwdi ki, mani oxutdurmaqa mecbur etdi. Sanin butun xabarlarin hamiwa maraqli i gozal olur. Bir daha TAWAKKURLAR!

  30. Pî§KøpÂT dedi ki:

    tewekkurler