“Solaxaylıq iblis əməlidirmi?”…

alt

Solaxaylıq iblis əməlidirmi?
Uşağınız solaxaydırsa, onu sağ əllə yazmağa məcbur etməyin

Avqustun 13-ü dünyada Solaxaylar günü kimi qeyd edilir. İlk dəfə bu gün Britaniya solaxaylar klubunun təşəbbüsü ilə 1992-ci ildə qeyd edilib.

Bu gün dünya əhalisinin təxminən 10 faizi solaxaydır. Solaxaylığın əsasən genetik olaraq ötürüldüyü bildirilir. Onu yaradan səbəb isə beyinin sağ yarımkürəsinin sol yarımkürəyə nisbətən daha çox fəal olmasıdır. Psixoloqlar solaxayların daha çox yaradıcı və həssas insan olduğunu bildirirlər.

Ətrafımızdakı predmetlər sağ əllə işləyənlər üçün nəzərdə tutulub. Solaxaylar isə bu vəziyyətə uyğunlaşmağa məcburdular.

Orta əsrlərdə solaxaylıq iblis əməli hesab edilirdi

Həm xaçpərəstlər, həm də müsəlmanlar solaxaylığı şər qüvvələrlə bağlayırdılar. Şəriət qanunlarına görə, “natəmiz” əllə xörək yemək və yuyunmaq qadağandır. Belə münasibət təkcə dində deyil, nağıllarda da özünü göstərir. Bir çox Şərq və Qərb nağıllarında “sağla getsən xoşbəxtlik, solla getsən bədbəxtliklə üzləşəcəksən” ifadəsinə rast gəlinir. Elə müasir dövrümüzdə də solaxaylar üçün bütün qapılar açıq deyil. Məsələn, Yaponiyada ər arvadının solaxay olduğunu bilərsə, onu boşaya bilər.

Qədimdə Avropada solaxayları təqib edirdilər. Amma zaman və elm sübut edib ki, bu insanlar digərlərindən heç nə ilə fərqlənmirlər.

Müəyyən edilib ki, solaxay insanlar kompüter oyunları oynayarkən və ya idmanla məşğul olarkən daha sürətlə düşünə bilirlər. Bunu Avstraliya Milli Universitetinin tədqiqatçıları deyirlər. Neuropsychology jurnalında dərc edilmiş elmi işdə deyilir ki, solaxaylarda beynin yarımkürələri arasında əlaqə daha sürətlə yaranır. Beyində informasiyanın çevik ötürülməsi solaxaylara həyatın müəyyən sahələrində üstünlük verir. Ekspertlərə əsasən, solaxaylar beynin hər iki tərəfindən daha asanlıqla istifadə edə bilirlər.

Alimlər indiyədək solaxaylığın yaranma səbəbləri ilə bağlı ümumi bir fikrə gələ bilməyiblər

Ən geniş yayılmış mülahizə beynin sağ və sol yarımkürələri arasındakı funksiyanın bölüşdürülməsidir. Daha bir tarixi versiya da var. Bu nəzəriyyəyə görə, solaxaylığın köklərini uzaq keçmişdə – meymunların yerin üstünü tərk edərək, ağaclara çıxdığı vaxtda axtarmaq lazımdır. Amerikalı linqvist Piter Makieyledə görə, ulu babalarımız – hominidlər sağ əldən budaqlardan tutmaq, sol əldən isə qidanı ağızlarına aparmaq üçün istifadə edirdilər. 8-10 milyon il sonra iqlim dəyişiklikləri hominidləri yenidən torpağa qaytarır. Və sərbəst qalan sağ əl ov ovlamaq, əmək alətlərinin hazırlanmasında istifadə edilir. 1921-ci ildə psixologiya ilə bağlı nəşrlərin birində solaxaylar kəmağıllar kimi göstərilir. XX əsrin sonunda isə tamam başqa bir nəzəriyyə ortaya çıxır. Bir sıra dahi şəxsiyyətlərin, rəssamların, ixtiraçıların, aktyorların solaxay olduğunu nəzərə alaraq, bu təzahür dahiliyin əlaməti kimi qiymətləndirilməyə başlanır.

Solaxaylıq qüsur yox, beyin quruluşundan asılı olaraq, irsən keçən psixi hərəkətdir. Sağ əl beynin sol yarımkürəsi, sol əl isə sağ yarımkürəsi ilə idarə edilir. Alimlərin fikrincə, istənilən informasiyanı sağ yarımkürə daha tez mənimsəyir. Və bu üzdən də solaxaylar informasiyanı tez və effektli qəbul edirlər. Solaxaylar xüsusi istedada malik olurlar. Psixoloqların hesablamalarına görə, solaxaylar arasında istedadlı insanlar 20 faiz, sağ vərdişlilərdə isə 5 faizdir.

Əksər valideynlər uşaqlarının solaxay olduğunu bildikdə onları sağvərdişli etməyə tələsirlər

Sağ ələ keçmə solaxaylar üçün əsl stressdir. Balaca solaxayın problemi onun əlindəki qələmi soldan sağa keçirmək istədikdə başlayır. Qətiyyən belə etmək olmaz. Əks halda uşaqda nevroz, diqqətsizlik, yaddaşın zəifləməsi və yazıda problemlər yarana bilər. Əslində isə uşağın “hamı kimi” olmaması qorxulu deyil. Sadəcə olaraq, onun tərbiyəsində bəzi qaydalara əməl etmək lazımdır. Adətən, biz gündəlik həyatda sol əldən istifadə edənləri solaxay adlandırırıq. Solaxaylıq və soləllik anlayışları eyni deyil. Solaxaylıq daha geniş anlam olaraq özünü bütün cüt orqanlarda göstərir. Solaxay həm də solayaqlı, solqulaqlı və solgözlü olur. Bunu müəyyən etmək asandır. Amma bunu uşağın beş yaşından sonra müəyyənləşdirmək lazımdır. Aparıcı gözü müəyyənləşdirmək üçün kağız vərəqini boru şəklində burun və uşaqdan onun vasitəsilə nəyəsə baxmağı xahiş edin. O, “boru”nu hansı gözünə tutsa, o da “əsas” sayılır. “Əsas” qulağı tapmaq üçün isə stolun üstünə saat qoyun. Uşağa onun taqqıltısına qulaq asmağı təklif edin. Hər şey onun hansı qulağı ilə qulaq asacağından asılı olacaq. Əli müəyyən etmək isə daha asandır. Uşağın hansı əllə qaşıq tutduğuna, şəkil çəkdiyinə, topu atdığına diqqət edin. Amma “imtahanın” məqsədini uşağa bildirməyin. Uşağınızın solaxay olduğuna əmin olduqdan sonra siz onda maraqlı cizgilər görəcəksiniz.

Solaxayların, adətən geniş fantaziyaları, hissiyyatları, musiqi duyumları və yaxşı yaddaşları olur. Bundan başqa, onlar istənilən məkanda asanlıqla istiqamətlənir, orijinallığı və obrazlı düşüncələri ilə fərqlənirlər. Buna səbəb, solaxaylarda adı çəkilən keyfiyyətlərə cavab verən beynin sağ yarımkürəsinin inkişafıdır.

Sağvərdişlilərdə inkişaf etmiş sol yarımkürə isə riyazi bacarıqlar, məntiqi düşüncə və oxuma-yazma texnikasına görə cavabdehdir. Solaxayların bəziləri “solaxaylıq kompleksi”ndən əziyyət çəkirlər. Problem onların azlığındadır. Həyatda həqiqətin güclülər və ya çoxluğun tərəfində olması faktdır. Əgər uşağa onun əksəriyyətdən fərqləndiyi deyilməsə, problem olmaz. Psixoloqların fikrincə, solaxay uşaqlarda kompleks valideynlərin günahı ucbatından yaranır. Bəzən isə buna müəllim, məşqçi və s. diqqət edir. Belə halda həmin adamlarla söhbət aparmaq lazımdır. Əks halda uşaq özünəqapalı və qaraqabaq ola bilər. Solaxayların sol əlini çox erkən yaşlardan inkişaf etdirmək lazımdır. Solaxaylar, adətən, şəkil çəkəndə, plastilindən nəsə yapdıqda ehtiyatsız olurlar. Buna səbrlə yanaşmaq lazımdır. Yaddan çıxarmayın ki, belə uşaqlar obrazlı fikirləşir və yaradıcı olurlar.

Solaxaylar məişətdə digərlərindən fərqli olaraq, daha tez-tez narahatlıqlarla üzləşirlər

Çünki istifadə etdiyimiz bütün əşyalar və mexanizmlər sağ əl üçün nəzərdə tutulub. Solaxay sağ əllə işləməyi öyrənə bilər, amma dərhal reaksiya göstərmək lazım gəldikdə o, bilmədən solla hərəkət edəcək. Bəzi fərziyələrə görə, solaxaylar alkoqola daha meyllidirlər və sağvərdişlilərdən 9 il az yaşayırlar. Amma onların üstünlükləri də var. Məsələn, solaxaylar çəngəl və bıçaqla yeməyə tez alışırlar. Sağvərdişlilər üçün çəngəli sol əldə tutmaq nə qədər çətindirsə, solaxaylar üçün heç bir problem yoxdur. İdman sahəsində də üstünlük çox vaxt solaxayların tərəfində olur. Alimlərin fikrincə, solaxayların sayının artması cəmiyyətin intellektual səviyyəsini qaldırır. Son yüz ildə Böyük Britaniyada solaxayların sayı dörd dəfə artıb. Bunun səbəbini qadınların daha yaşlı vaxtlarında ana olmaları ilə əlaqələndirirlər. Statistikaya görə, onların uşaqlarının solaxay olmaq şansı daha çoxdur.

London Universitetinin tibb fakültəsinin alimləri bildirirlər ki, solaxayların sayının artması cəmiyyətin intellektual səviyyəsinin yüksəlməsi və hətta riyaziyyat, incəsənət və idman sahələrində əsl dahilərin yaranmasına gətirə bilər.

Solaxaylar, əsasən yaradıcı istedadlarına görə fərqlənirlər

Rəssamlar, artistlər, siyasi xadimlər arasında onlar çoxluq təşkil edirlər. Solaxaylar arasında Yuli Sezar, Makedonyali İsgender, Napoleon Bonapart, Cörçil, Ronald Reyqan, Corc Buş, Bill Klinton, Fidel Kastro, Mahatma Qandi, Vladimir Putin, Barak Obama kimi siyasi xadimlər var. Həmçinin Aristotel, Fridrix Nitse, Frans Kafka, Lev Talstoy, Mark Tven kimi yazıçılar, Betxoven, Motsart, Şopen kimi musiqiçilər, Rafaello Santi, Mikalenjelo, Pablo Pikasso kimi rəssamlar soloxay olublar. Merlin Morno, Anjelina Colie, Silvestr Staloni kimi aktyorlar da soloxaydırlar. Bu siyahını artırmaq da olar. (Mənbə: “Bizim əsr”)

“Solaxayları hərəkətləri sağ əllə etməyə məcbur etmək olmaz”

Solaxayları ilk gündən valideyinləri, sonradan isə pedaqoqlar sağ əldən istifadə etməyə məcbur edirlər. Psixoloq Dəyanət Rzayev isə bildirir ki, solaxay uşaqları hərəkətləri sağ əllə etmək, həmçinin sağ əllə yazmağa məcbur etmək olmaz: «Soloxayların vərdişlərini faciəyə çevirmək lazım deyil. Uşağı məcbur etmək olmaz ki, yazını sağ əllə yazsın. Məcburetmələr uşaqda psixi travmalara gətirib çıxarır. Çünki uşağın təbiəti bir şey deyir, insanlar isə onun əksinə çıxırlar».

Psixoloqun sözlərinə görə, soloxayları hərəkətləri sağ əllə etməyə məcbur etdikdə problemlər ortaya çıxa bilər: «İnsan solaxaydırsa, nə qədər çalışsa da, müəyən hərəkətlərində solaxaylıq özünü göstərəcək. Bu zaman o, özünü yarımçıq hiss edir, həmişə özünə nəzarət etməyə çalışır. Elə uşaqlar var ki, yaxınlarının məcbur etməsini normal qəbul edir, amma elələri də var ki, çox həssasdırlar və daxilən narahat olurlar. Bu, onlarda kompleks yaradır».

D.Rzayevin sözlərinə görə, valideynlərin solaxay uşaqlarını vərdişlərini tərgitməyə məcbur etməsi bir sıra şayiələrlə bağlıdır. «Məsələn, deyirlər ki, solaxaylar guya az yaşayır, yaxud onların «bəxtləri olmur», yəni bədbəxt olurlar və sair. Amma bu fərziyə sübut olunmayıb. Yaxud onların tərs və inadcıl olması ilə bağlı fikirlər də sübuta yetirilməyib. Solaxay insanlar istedadlı olurlar». Onun fikrincə, burada dində göstərilən «sağ əllə etmək lazımdır» kimi fikirlərin də təsiri var.

“Solaxay şagirdlərə sol əllə yazmağı öyrədirik”

İbtidai sinif müəlliməsi Gülabə İsmayılova isə bildirir ki, solaxay şagirdləri sağ əllə yazı yazmağa, şəkil çəkməyə məcbur etmək doğru deyil. O bildirir ki, sovet dövründə solaxay uşaqları sağ əllə yazmağa məcbur edib: «Tək mən yox, hamı belə edirdi. Bu, yuxarıdan gələn göstəriş idi. İndi isə elə etmirik. Solaxay şagirdlərə sol əllə yazmağı öyrədirik. Düzdür, bu, digərlərinə nisbətən çətindir. Amma əlindən tutub yazmağı öyrədirik».

Xətai rayonunda orta məktəblərdən birində müəllimə işləyən G.İsmayılova qeyd edir ki, hazırda dərs dediyi sinifdə bir soloxay şagird var: «Məktəbə gələndə yazıb-oxumağı bilirdi və sol əllə yazırdı. Valideyni dedi ki, əsəbi olduğundan, onu sağ əllə yazmağa məcbur etməyim, bu, ona pis təsir edə bilər. Mən də valideynlə razılaşdım. Həmin şagirdim əlaçıdır və sinifdə üç fəal şagirddən biridir». Bununla belə, müəllimə solaxaylar arasında zəif şagirdlərin də olduğunu bildirir.

Angelocka

Şərhlər:

  1. MILAQROS dedi ki:

    Min shukur ki,men solaxay deyilem yahoo

  2. Angelocka dedi ki:

    MILAQROS,
    Cann birtanem mende cox wukur yahoo

  3. Avtosh_227 dedi ki:

    tewekkurler.cox sagol…

  4. МиниК_Сердце dedi ki:

    MENLIK DEYIL))

  5. fanya_ya dedi ki:

    bilmiram solaxaylar neca yazirlar no man saqayam)))))))))))))))))) happy