Gözəllik təbii qidalardan başlayır

alt

Gözəl görünməyi, təravətli dəriyə sahib olmağı hansı qadın istəməz ki.

Bu gözəlliklərə çatmaq isə daha çox öz əlimizdədir. Gözəlliyi təkcə krem və pudralarda, ya da ətirlərdə axtarmaq doğru deyil. Dərinin təravətli olmasına, qırışların aradan qalxmasına təbii yolla da nail olmaq mümkündür. Bu işdə qidalanma da az rol oynamır. Bu səbəbdən vitaminlə zəngin olan meyvə və göyərtilər dərinin sağlam olması üçün az əhəmiyyət daşımır.
Tərkibində inqredientlər olan hazır yeməklər, eləcə də hisə verilmiş ət, soyuducuda uzun müddət saxlanılan xörəklər dəri üçün son dərəcə təhlükəlidir.

Həm orqanizm, həm də canlı və parlaq dəri üçün bol miqdarda çiy meyvə, göyərti, eləcə də meyvə-tərəvəz sularından istifadə etmək məsləhətdir. Çiy meyvə-tərəvəz məhsulları dərini qoruyur, təzələyir, elastikliyini təmin edir və gözəlləşdirir.

Ən təsirli dəri “krem”lərindən biri də sudur. Tərləyərkən bədəndəki toksinlər, artıq maddələr dəri vasitəsilə xaric olunur.
Bu bir faktdır ki, insan yaşlandıqca dəri öz rütubətliliyini və elastikliyini itirir. Bunun qarşısını almaq üçün isə bolluca su içmək məsləhətdir. Ancaq qazlı sular istisna olmaqla… Çünki qazlı sular sidikqovucu xassəyə malik olduğu üçün su itkisinə səbəb olur.

C vitamini dərinin elastikliyini artırdığı üçün tərkibində bu vitamin olan məhsullardan çox istifadə etmək lazımdır.
Maqnezium orqanizmdəki artıq maddələrin xaric edilməsinə kömək edir, bədəni həddən çox duz və digər toksinlərdən təmizləyərək hüceyrələrin rahat fəaliyyətinə şərait yaradır. Qısası, qidalanarkən meyvə və göyərtilərdən daha çox istifadə edin ki, dəriniz həm qırışmasın, həm də gözəl və təravətli olsun…

NURA21

Şərhlər:

  1. SoN_NeFeS dedi ki:

    tewekkurler

  2. Jelannaya_013 dedi ki:

    maraxli idi twk ellerine saglix…

  3. Ulichka dedi ki:

    Eh, 5 gunluk dunyadi. Yeyin, icin, kef eliyin… Eleye qalsa herweyde bir ziyan var daa… Xebere gore thanks.

  4. _Anonimka_ dedi ki:

    tesekkur canimbacisim

  5. new girl dedi ki:

    cox sagol maraqlidir ama men xarici gozellikdense daxili gozelliyi daha usdun tuturam

  6. Emo_Girl dedi ki:

    Cox sagolun maraqli xebere gore tesekkurler twk

  7. fanya_ya dedi ki:

    Thanks for news!

  8. ...::EMERALD::... dedi ki:

    ELLERİNE SAGLİK

  9. Yena dedi ki:

    MUELLIFE TWK EDIREM MARAQLI IDI twk applause

  10. _SAFURA_ dedi ki:

    xebere gore tesekkurler

  11. UNDERCOVER dedi ki:

    mende gozelliy qidalardan bawlamir.mende gozelliy anadan gelmedi:)))))

  12. kama_94 dedi ki:

    Ellerine salik ela …emeye xormet.

  13. Демон dedi ki:

    ГозЯллИк ЁХ Бир Хамам))

  14. jasminka dedi ki:

    sag ol amma xarici gozellik geldi-gederdi daxili gozellik ise senindir

  15. EQoiSTKa dedi ki:

    MENiM BULARA EXTiYACIM NETU…YA i TAK KRASSAViCA…NUUU SPOSiBKi TRUDU UVAJUXA…

  16. Tix_Tix_Xanim dedi ki:

    Qazli sulari onsuzda icmirem,5 il olar artiq.A tak,gunde 3-4 litr su icirem)Amma men bunsuzda qesexem=)))

  17. YEDiNKA dedi ki:

    ELLERIN DETD GORMESIN.ALLAH CEMI MENKIMI IWTAHASIZLARE NORMAN QIDALANMDA QISMET ETSIN,QALDIKI DERIMIN GOZELLEWMESI UCUN YEMEK cranky

  18. Alone Girl dedi ki:

    eline sagliq gozel sozlere ve gozel xebere gore ellerin derd gormesin applause

  19. Бакинка dedi ki:
    ellerine saglix.. greeting