Özünüzə dəyər verməyi öyrənin

alt

Hər kəs bilir ki, öz şəxsiyyətinə hörmət etmək və özünü sevmək mütləqdir. Eyni zamanda özünə hörmət qoymayan və sevməyən insan başqasını sevə və hörmət qoya bilməz. Lakin həqiqi, real olaraq bunu həyata keçirmək və istəmək hər kəsdə alınmır.
Əksəriyyət məlum olan və ya olmayan səbəbdən özlərindən bir o qədər də razı deyillər: Onlarda bəzi keyfiyyətlər və bəzi xüsusiyyətlər vardır ki, daim bundan narazıçılıqlarını bildirirlər. Bunu çox vaxt özümüzə lazım olan qiyməti və dəyəri verə bilməməyimiz ilə əlaqələndirmiş oluruq.

Nə üçün biz özümüzə lazım olan dəyəri verə bilmirik?

İlk öncə qeyd edim ki, özümüzə dəyər vermə hər şeydən öncə ətrafdakı insanların bizə verdiyi dəyər nəticəsində formalaşmış olur artıq bunu belə qəbul etmiş oluruq. Xüsusi olaraq yeniyetmələr tamamilə öz hərəkətlərini, fəaliyyətlərini analiz etmə kimi qabiliyyətində olmadığı halda ətrafdakıların düşüncəsinə əsasən dəyişməyə çalışırlar.
Bundan əlavə qeyd etmək lazımdır ki, yaşamımız boyunca biz mütəmadi olaraq real obraz olan

“Mən”-i, (əslində biz “O”-yuq), ideal obraz olan “

 Mən”-lə müqayisə etmiş oluruq( kim ki, olmaq istəyirik). Əgər real olan “Mən” öz yerini asanlıqla ideala verərsə həmin an özümüzə olan dəyərimiz və qiymətimiz alçalmış olur. Nəticə olaraq daim özümüzdən narazıçılıqlar baş qaldırmış olur. Mütəmadi olaraq səbəb axtarırıq və düşünürük. Özümüzə dəyər vermə alçaldığı zaman isə biz artıq öz fəaliyyətimizdən heç bir uğur gözləmirik, biz sadəcə uğursuzluqlardan qaçmaq və gizlənmək istəyirik. Əgər hətta biz uğur əldə etmiş olsaq belə nəticəni xarici faktorlarımızla əlaqələndirmiş oluruq. Bu zaman isə insanda qapalılıq yaranmış olur, insan özünə qapanır.

Unutmayın ki bizim bütün düşüncələrimiz material xarakter daşımaqdadır.

Ona görə: Əgər siz inanırsınızsa siz İNSANSINIZ-böyük hərflərlə, Əgər siz bilirsiniz ki, Siz dünyanın ən gözəl qadınısız, Əgər siz sözün əsl mənasında Kişinizsə, bu zaman həm görkəm, həm davramış və nəticə olaraq sizin bütün qüvvəniz daxili vəziyyətinizə yönəlmiş olacaq. Kim ki, özünü alçalmış hiss edir və özünə yetərincə qiymət verə bilmir, həyatını başqaları tərəfindən dəyərləndirilməyə buraxmasın. Çıxış yolu hər zaman vardır….

ÖZÜNÜZƏ DƏYƏR VERİN….

Ətrafdakı insanlar sizin layiq olduğunuz dəyəri sizə verə bilir?

Özünüzə dəyər verməyi bacaran yoxsa daim özünüzü tənqid edən insansınız?

NURA21

Şərhlər:

  1. KurQAN dedi ki:
    cox gozel yazi idi,….yerine duwdu bu yazi….indi bezi insanlar bunu mutleq oxumalidi…tewekkur Nura
  2. SoN_NeFeS dedi ki:

    hmmmmmmmm podumayu

  3. ...::EMERALD::... dedi ki:

    SUKUR ETRAFİMDAKİLAR MENE DEYER VERİR.MENDE HEMCİNİN

  4. BlAcKsTaRiN dedi ki:

    tewekkur..!!!

  5. polo dedi ki:

    maraqli idi cox sagol

  6. DaRk_AnGeL dedi ki:

    Cox sagol gozel sozlerdi her bir insan ozune deyer vermelidir

  7. TARKAN dedi ki:

    sag ol gozel sozlerdi tesekkur minnetdaram

  8. New_Moon dedi ki:

    Цzьnьzə dəyər verməyi bacaran yoxsa daim цzьnьzь tənqid edən insansınız?
    Hec Birinnen:))))Cox Sagol Xeber Ucun

  9. UNDERCOVER dedi ki:

    4ox saol maraqli xebere gore

  10. mirashka dedi ki:

    Цzьnьzə dəyər verməyi bacaran yoxsa daim цzьnьzь tənqid edən insansınız?
    2ci

    twk

  11. EQoiSTKa dedi ki:

    …Men Ozume Yetirence Xetta Xedunen Artig Deyer Verenem…Sanx Hebre Gore…

  12. _SAFURA_ dedi ki:

    men ozume deyer veren insanlardanam

  13. RED DEVIL dedi ki:

    ozume 4ox deyer verirem ve ozumu 4ox seven biriyem)) twk