Muqeddes ruh kimdir?

alt

Müqəddəs Ruhun kimliyini müəyyən etmək üçün bir çox yanlış anlayışlar var.

Bəziləri Müqəddəs Ruhu mistik qüvvə kimi, digərləri isə Müqəddəs Ruhu Allahın, Məsihin davamçılarına verdiyi qeyri-insani qüvvə kimi başa düşürlər. Bəs Müqəddəs Kitab Müqəddəs Ruhun kimliyi haqda nə deyir? Sadə sözlərlə – Müqəddəs Kitab deyir ki, Müqəddəs Ruh Allahdır.

Müqəddəs Kitab həmçinin bizə deyir ki, Müqəddəs Ruh şüuru, emosiyaları və iradəsi olan Şəxsiyyətdir.



Muqeddes ruh kimdir?

Müqəddəs Ruhun Allah olması Həvarilərin İşləri 5:3-4 də daxil olmaqla Kəlamın bir çox yerlərində aydın görünür. Bu ayədə Peter Hananya ilə üzləşir, Onun nə üçün Müqəddəs Ruhu aldatdığını və “insanlara yox, Allaha yalan söylədi”yini deyir. Bu, Müqəddəs Ruha yalan söyləməyin Allaha yalan söyləmək olduğunu aydın göstərən bəyanatdır. Biz həmçinin Müqəddəs Ruhun Allah olduğunu öyrənə bilərik, çünki O Allahın atribut və xüsusiyyətlərinə malikdir. Məsələn, Müqəddəs Ruhun hər yerdə mövcud olması faktı Zəbur 139:7-8-də görünür

 “Haraya gedim ki, ruhun orada olmasın? Haraya qaçım ki, hüzurunda olmayım? Əgər göylərə çıxsam, Sən oradasan, ölülər diyarında yatsam, Sən oradasan.”

 Sonra biz 1Korinflilərə 2:10-da Müqəddəs Ruhun hər şeyi bilmə xüsusiyyətini görürük.

“Bizə isə Allah bunları Öz Ruhu ilə açdı; ona görə ki, Ruh hər şeyi, Allahın dərin düşüncələrini belə araşdırır. Çünki insanın düşüncələrini, insanın özündə olan ruhundan başqa, hansı insan bilər? Beləcə də Allahın düşüncələrini Allahın Ruhundan başqa heç kim bilmir.”



Muqeddes ruh kimdir?

Biz Müqəddəs Ruhun həqiqətən Şəxsiyyət olduğunu öyrənə bilərik, çünki Onun şüuru, hissləri və iradəsi var. Müqəddəs Ruh düşünür və bilir (1Korinflilərə 2:10). Müqəddəs Ruh kədərlənir (Efeslilərə 4:30). Müqəddəs Ruh bizim üçün vəsatət edir (Romalılara 8:26-27).

Müqəddəs Ruh Onun iradəsinə uyğun olaraq qərar verir (1Korinflilərə 12:7-11). Müqəddəs Ruh Allahdır, Üçlüyün üçüncü Şəxsiyyətidir. Allah olduğu üçün O İsanın vəd etdiyi kimi Təsəlliverici və Məsləhətçi kimi fəaliyyət göstərir

(Yəhya 14:16, 26; 15:26).

ZoRRo_BaKu

Şərhlər:

  1. ZoRRo_BaKu dedi ki:

    Buyurun Eziz FoRGenC

  2. UNDERCOVER dedi ki:

    4ox saol qaqaw Allah razi olsun

  3. Alone Girl dedi ki:

    gozeydiii twk

  4. Agresiv_qiz dedi ki:

    ellerinize saglik twk

  5. fanya_ya dedi ki:

    Buyurduq i oxuduq! Chox saq ol xabara gora

  6. mirashka dedi ki:

    ZoRRo_BaKu,
    cooox twk

  7. Alone Girl dedi ki:

    eline sagliq twk

  8. _Anonimka_ dedi ki:

    tesekkurler maraqli xeberdi

  9. EQoiSTKa dedi ki:

    … GOY XELE RUXLAR CUMLEMiZU QORUSUN SPOSiBKi…MARAQLIYDU…

  10. ZoRRo_BaKu dedi ki:
    EQoiSTKa,
    Tewekkuler
  11. hz_yusif dedi ki:

    COX SAGOL MARAQLIDI

  12. Imperator dedi ki:

    Cox maraqlidi saqol

  13. NiyaZ dedi ki:

    Ucluyun ucuncu Şəxsiyyətidir.
    Bu ne demekdir anlamadim..

  14. kama_94 dedi ki:

    Emeye xormet sagol.

  15. jasminka dedi ki:

    twk maraqli xeberdir

  16. _Sia_ dedi ki:

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…