Umidsiz sevgim

Haram olsun sənə verdiyim ürək,
Sən dəmi qəlbimdən keçən bir külək,
Görən heç qalıbmı sevən mənimtək,
Özümün özümə yazığım gəlir.

Sənli günlərimdi ən xoş xatirəm,
Onunla başladı mənim faciəm,
Sənsiz keçirdiyim hər bir saniyəm,
Gözümdən süzülən yaşa bənzəyir.

Deyirdin ağlama dözə bilmirəm,
Gözümü gözündən çəkə bilmirəm,
Deyirdin bəs sənsiz qala bilmirəm,
O yalan sözlərə yazığım gəlir.

Bilməzdim sevgimə boyun əyəcəyəm,
Səni sənsiz sənsizlikdə sevəcəm,
Bilməzdim bu sözü bir gün deyəcəm,
Ölən sevgimizə yazığım gəlir.

Verdiyin əzabla alışır sinəm,
Bəlkə göz yaşımla söndürə biləm,
Hər gecəm yuxusuz ağlayır qələm,
Korlanan vərəqə yazığım gəlir.

Ümidim ümidsiz ümidə qalıb,
Gözlərin gözümdən gözünü alıb,
Deyəsən bu ürək artıq qocalıb,
Saf, təmiz qəlbimə yazığım gəlir.

Sənə qurban verdim bilsən nələri,
Sən də zaman kimi dönmədin geri,
Sənə həsr etdiyim üçün bu şeri,
Yazdığım şerimə hayıfım gəlir.
Ümidsiz sevgimə yazığım gəlir

new girl

Şərhlər:

  1. ...::EMERALD::... dedi ki:

    SUPER.CANİM COX SAG OL

  2. SoN_NeFeS dedi ki:

    gozlerim gormedi coox balaca yazilibb)))

  3. QaRaCa dedi ki:

    Seire gore cox sagolun

  4. DaRk_AnGeL dedi ki:

    Cox sagol weire gore

  5. _Aynur_ dedi ki:

    tewekkurler…

  6. Nadejda_Lyubvi dedi ki:

    gozel serdi amma srift balacadi oxuya bilmedim

  7. new girl dedi ki:

    deymez siz sagolun werhlere gore ve beyendiyiniza gore

  8. ANGEL16 dedi ki:

    Qeweng weirdi cox sag ol

  9. Angel_a dedi ki:

    kas ki o umidsiz sevgim ele umidsiz olaraq qalardi.kas ki onla hec sevgili olmasaydim indi bu gunde olmazdim.
    cox sag ol xebere gore

  10. new girl dedi ki:

    beyendiyinize sevindim werhlere gore coox sagolun

  11. Tix_Tix_Xanim dedi ki:

    Tesekkurler

  12. New_Moon dedi ki:

    Ьmidim ьmidsiz ьmidə qalıb,
    Gцzlərin gцzьmdən gцzьnь alıb,
    Deyəsən bu ьrək artıq qocalıb,
    Saf, təmiz qəlbimə yazığım gəlir.
    .
    Red Pis Alinmiyib Cox SAgol Xeberi Gonderende Red Eliyende..Ela Weirdi

  13. jasminka dedi ki:

    caaaaaaaaaaanim chooox sevindim olmedin bu gunu de gordun xeberin cixdi sag elin menim bawima weire geldikde wirift balacadir sonra oxya bilsem oxuyacam canim okiwmi?

  14. alibank dedi ki:

    Seirin muellifi menem.bunu bura qeyd etseydiz yaxsi olardi…Mehemmedeli.