“Məhəmməd adı Hollandiyada çox məşhurdur”…


alt


Məhəmməd adı Hollandiyada çox məşhurdur
Bu, aparılan sorğunun nəticələrindən sonra məlum olub

Məhəmməd Hollandiyada ən çox sevilən ad hesab olunur. Bu ad Hollandiyanın böyük şəhərlərində yeni doğulan oğlan uşaqlarına ən çox verilən adlardan biridir. ANS PRESS-in “CNNTÜRK”ə istinadən verdiyi xəbərə görə, Hollandiyada fəaliyyət göstərən, islamın qatı əleyhdarı Azadlıq Partiyasının lideri Cert Vidersin tapşırığı ilə keçirilən sorğunun nəticələrinə əsasən bu qənaətə gəlinib.

Qeyd edək ki, Azadlıq partiyası Hollandiyaya müsəlman mühacirlərinin gəlməsinə qarşı çıxır və məscidlərin bağlanılmasını tələb edir.

Partiya üzvlərinin parlamentə təqdim etdiyi bu sorğu Sosial Sığorta təşkilatları tərəfindən cavablandırılıb.

Hollandiya Sosial Sığorta təşkilatının məlumatlarına görə, 2008-ci ildə Amsterdam, Rotterdam, Lahey və Utrext şəhərlərində doğulan oğlan uşaqlarına ən çox Məhəmməd adı verilib.

Məhəmməd ən məşhur oğlan uşaqlarının adları siyahısında ikinci sırada olan Jayden adından üç dəfə çox seçilir.

Azadlıq partiyası bu sorğunu “Telegraph” qəzetinin 2050-ci ilə qədər ABŞ-da yaşayan hər beş adamdan birinin müsəlman olacağına dair apardıqları sorğuya əsasən keçirib.

Xatırladaq ki, Hollandiyada müsəlmanlar arasındakı doğum nisbəti yerli əhalinin yerdə qalan sayına görə daha yüksəkdir.

Hazırda Hollandiyada 17 milyon əhalinin 5 faizini müsəlmanlar təşkil edir.

Angelocka

Şərhlər:

  1. MILAQROS dedi ki:

    cooooxx maraqlidi sagol canim

  2. Angelocka dedi ki:

    MILAQROS,
    Sende sagol omrum gunum opucuk opucuk

  3. Avtosh_227 dedi ki:

    cox sagol.ela xeber gore. angel

  4. МиниК_Сердце dedi ki:

    КРАСИВОЕ ИМЯ )НИЧЁ ТАК