“Xalq artistləri Flora Kərimova və Faiq Ağayevin məhkəmə prosesi keçirilib”


alt

Xalq artistləri Flora Kərimova və Faiq Ağayevin məhkəmə prosesi keçirilib
Tərəflər bir- birlərini əxlaqsızlıqda və mənəviyyatsızlıqda suçlayıblar

Bu gün Yasamal Rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə xalq artistləri Flora Kərimova və Faiq Ağayevin məhkəmə prosesi keçirilib. Məhkəmə qızğın mübahisə şəraitində keçib. Proses ərəfəsində tərəflər bir-birlərini əxlaqsızlıqda və mənəviyyatsızlıqda suçlayıblar.

Prosesdə iştirak edən İslam Partiyasının sədri Tahir Abbaslının vəkili Yunus Vəliyev xalq artisti Faiq Ağayevin imamlarımızın adından öz mənafeyinə görə istifadə etməsinə etirazını bildirib. Flora Kərimovanın vəkili Qurban Məmmədov Faiq Ağayevin öz bəyənnaməsində məqsədli şəkildə Flora Kərimovanın dilindən imamlarımız haqqında təhqiredici ifadəri yaymaqla müsəlmanlarda Flora Kərimovaya qarşı nifrət yaratmaq, işgüzar nüfuzuna xələl gətirmək və bununla onun həyatının təhlükə qarşısına qoyulması üçün edilmiş bir addım kimi qiymətləndirilməsinin və böhtan kimi qəbul olunmasını tələb edib.

Faiq Ağayevin şahidləri qismində iştirak edən köməkçisi Oktay Quliyev və səs rejissoru Cahangir Əliyev Faiq Ağayevin sözlərinin doğruluğunu və Flora Kərimovanın həqiqətən də imamlarımız barədə təhqiredici ifadələr işlətdiyini təsdiqləyiblər. Flora Kərimova çıxışını rus dilində başladıqda, F.Ağayev “Azərbaycan Məhkəməsində dövlət dilində çıxış edilməlidir” deyə etirazını bildirib. F.Ağayevin vəkili Kamil Məmmədov çıxışında F.Ağayevin F.Kərimova haqqında yaydığı açıqlamaların müdafiə xarakterli olduğunu söyləyib. Daha sonra F.Kərimova F.Ağayevi homoseksuallıqda suçlayıb və bu faktı sübut edən videoçarxın ekspertizaya göndərilməsini və özünün də ekspertizadan keçməsini tələb edib. Flora Kərimovanın vəkili tərəflər arasında baş verən sonuncu insidentdə iştirak edən müğənni Əli Mirəliyevin şahid qismində məhkəməyə çağırılmasını istəyib.

Təhqirlərə dözmədiyini söyləyən F.Ağayev lazım gələrsə hər hansı ekspertizadan keçməyə hazır olduğunu deyib. Müğənni bu təhqirlər davam edərsə, F.Kərimovanın qanun çərçivəsində cəzalandırılmasına nail olacağını qeyd edib. Çıxışının sonunda müğənni F.Ağayev hakim Elçin Qurbanovdan İslam Partiyasının sədri Tahir Abbaslının, həmçinin F.Kərimovanın ona qarşı qaldırdığı mülki iddiaların təmin olunmamasını tələb edib. Bununla belə Faiq Ağayev öz iddiasının təmin olunmasını və F.Kərimovanın onun anasından və özündən üzr istəməsinin təmin olunmasını tələb edib.

Avqust ayının 21-də 09:30-da keçiriləcək növbəti məhkəmə prosesində işlə bağlı qətnamə çıxarılacaq.

Xatırladaq ki, iyulun 18-də Apellyasiya Məhkəməsində Flora Kərimovanın Faiq Ağayevə qarşı iddiası üzrə məhkəmə prosesi olub. Məhkəmə F.Kərimovanın Ağayevə qarşı qaldırdığı iddiasını təmin edib. Flora Kərimova Faiq Ağayevə qarşı CM-nin 147.2 (böhtan) və 148-ci (təhqir, kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddələri ilə xüsusi ittiham qaydasında cinayət işinin başlanması və onun məsuliyyətə cəlb olunmasını istəyirdi.

Fevralın 26-da Yasamal Rayon Məhkəməsində hakim Svetlana Əhmədovanın sədrliyi ilə keçirilən məhkəmədə Faiq Ağayevin hərəkətlərində cinayət xarakterinin olmadığı sübuta yetirilmiş və Flora Kərimovanın şikayəti ilə bağlı müraciətin müddətinin gecikməsi əsas gətirilərək iddiası təmin olunmamışdı. Bununla razılaşmayan F.Kərimova Apellyasiya Məhkəməsinə müraciət etmişdi.

Angelocka

Şərhlər:

  1. MILAQROS dedi ki:

    zehlem gedir ikisenede,Faiq ozunen cox razidi,Florada ki,ozun ushaq kimi aparir,bir shey olan kimi qacir mehkemeye ele bil mamsini yanina qacir ya_dobryi

  2. Angelocka dedi ki:

    MILAQROS,
    xaxa aydaa meleyim allah seni guldursun ne qeder guldum mamasinin yanina xaxa hec menimde xowum gelmir ikisindende amma xeberdide yerlewdirdim ki melumatimiz olsun oyna

  3. Avtosh_227 dedi ki:

    bunlar da xestedirler eeee.delidir bunlar vallah

  4. МиниК_Сердце dedi ki:

    МНЕ НЕ НРАВИТСЯ ОНА

  5. Бакинка dedi ki:

    МиниК_Сердце,
    i am toj)