“25 yaşlı qız ay yarım ərzində 7 dəfə ərə gedib”


alt

25 yaşlı qız ay yarım ərzində 7 dəfə ərə gedib
Həbs edilən qız sevginin və kişi eqoistliyinin qurbanı olduğunu deyib

Misir polisi bu günlərdə Xurqada şəhərindən olan 25 yaşlı ofisiant qızı çoxərlilikdə ittiham edərək həbs edib. ANS PRESS-in “Əl-Məsri əl-Yaum” qəzetinə istinadən verdiyi xəbərə görə, həbs, qızın ərə getmək üçün seçdiyi növbəti oğlanın sevgilisinin əşyaları arasından toyadək imzalanan altı kəbin müqaviləsi aşkar etməsindən sonra baş verib.

Belə ki, gələcək ər sevgilisini döyəcəyi ilə hədələyərək onun ay yarım ərzində yeddinci dəfə ərə gedəcəyini etiraf etməsinə nail olub.

Polis aydınlaşdırıb ki, ofisiant hər altı-yeddi gündən bir ərə gedirmiş.

Hazırda qız həbsdədir və məhkəmənin qərarını gözləyir. Lakin o, heç nədə günahkar olmadığını, sevginin və kişi eqoistliyinin qurbanı olduğunu bildirib

Angelocka

Şərhlər:

  1. MILAQROS dedi ki:

    uydaaaaaaa camahat 1 defe gucnen ere gedir sen buna baxe 7 defe ere gedim qocaqdida xaxa

  2. Angelocka dedi ki:

    MILAQROS,
    Aydaa allah guldursun seni meleyim mende ele bu xeberi ilk defe gorende sen dediyin solzeri dedim xaxa halaldi vallah ne deyek xaxa

  3. МиниК_Сердце dedi ki:

    ОГОООО. мда уж..