Təxəyyül səyyahı

T601;x601;yy252;l s601;yyah305;
Bəzən bir uşaq gördüyümdə istər istəməz öz keçmişimə səyahət edirəm. Təxəyyül səyyahı oluram. Bu bir kəşf deyil. Nə dərələri, nə təpələri, nə dağları, nədə ki, obaları gəzirəm. Bənzəri olmayan bir səyahətdir bu. Həmin an aşiqlərin belə üzündə olmayan təbəssümə sahib oluram və gözlərim yumulur…..

Qabağımda yelləncəyim.,. Hər səhər qapını açdığımda mütləq 1-2 dəqiqə də olsa yellənirəm yelləncəyimdə. (bu bir əyləncə deyil, həyatdır) Acqarınına, oynamq həvəsiylə küçəyə can atıram. Birdən zərif bir toxunuşla anam əlimdən tutur və yanağmı incəliklə cimdikləyərək səhər süfrəsinə otuzdurur məni. Axı küçədə oynayan həmyaşıdlarım var. Yalvar yaxar”ana nə olar qoy gedim də”,gəlib yeyəcəm yeməyimi. Və anam taki qapıya qədər əlində bir parça çörək, zorlada olsa yedizdirməyə çalışır məni. (bu dünyanın ən gözəl ülvisidir)


Muradına çatmış bir aşiq kimi, dostlarıma salam verib qatılıram onların oyununa. Mənə maraqlı deyil onlar nə oynayırlar, pis və ya yaxşı şeylər edirlər. Düşünmədən, incələmədən qatılıram onlara. Oynamaq həvəsi kimi dünyada heçnə ola bilməz.( o həvəs kimi güclü heçnə olmur insan ömründə). 


Günorta:
Saat 2. Anam: “bala evə gəl”. Ana 5 deq gelirəm. 20 dəqiqə belə keçdi. Birdə: “eşitmədin sən məni”. Eşidirəm sadəcə o qədər qızğın olur ki, uşaqlardan ayrılmaq istəmirəm heç. Və anam gəlir əlimdən tutaraq adətən ayaqlarımı yerdən üzür. Bəzən 1-2 kötək vurur yancağıma və zırıltı səsi bütün məhəlləni götürür :)). Tələmtələshik elə yeyirsən ki, günorta yeməyini mədən tab gətirmir (yəqin hamının başına gəlib :D) Bu arada yatmaq əmri gəlir. Günortanın qızğın vaxtı. Əsl futbol havası. Sən yasdığa baş qoyursan küçədən top səsi gəlir (heç bir sevən insan bu qədər qısqana bilməz əmin olun :D) Gözləyirsən anan yatsın sən əkiləsən aradan. Və sən bunu edirsəndə. İradən güclü deyil həvəsin güclüdür sadəcə. 

Qaçırsan evdən uşaqlara və topa qovuşursa (Leyli Məcun, Fəhad və Şirin məhəbbət belə o qovuşmadan lərzəyə gələr :D) Oynayırsan doya doya. İçində bir qorxu var. Birdən anam oyana və görə ki, mən yoxam. Axı o gəlib aparar məni. Çaqqal kimi tətikdə olursan. Gözün həm topda həmi də evin səmtində olur. Qorxun böyük, həvəsinsə nəhəng olur o an. Bəzən oyunu sonacan bitirirsən bəzənsə anan həvəsini qursağında qoyur. Amma sən yenə də xöşbəxt olursan.


Axşamçağı:
Ən sevdiyin gün arası. Artıq günəş öz yatağına çəkilir, istirahət üçün sənsə anandan icazə belə almırsan. Çünki o qonşularla qapı həndəvərində oturub söhbət edir. Sənsə həvəslə məhəlləyə qaçırsan. Axşama kimi vur tut, gezlənpaç, qaçdı tutdt, futbol (qızlarınsa təbii ki, öz oyunları). Gecə qan tər içində evə gəlirsən. Əjdaha kimi yemək yedikdən sonra, üstünə yenicə dəmlənmiş bir çay yağ kimi gedir və sən 22:00-a kimi televizora sevimli cizgi filmlərinə baxırsan. Cizgi filmin ən gözəl, ən maraqlı yerində “yat” əmri gəlir. Biraz diribaşlıq etsən də atanın bir sözü ilə otağına yollanırsan. Və sevincli bir şəkildə yatırsan. Çünki bilirsən ki, bunların hamısı sabah yenə təkrarlanacaq. Qələbə sənindir.

Və təəssüf ki, gözümü açıram. Əlimdə bir qələm,qabağımda bir yığın sənət və mən bu sənətləri bircə bircə incələməliyəm. Buda son 


Onu deyim ki, uşaqlıq illərinin unudulmamazlılğı (qisməndə olsa) elə yazdıqlarımda gizlidir. Ləçəyi də, böcəyi də.:D 


P.S. Kədərlənməyin bəlkə kimsə zaman maşınını icad elədi. Xoş günlər hər birinizə.

balaca

Şərhlər:

  1. ANGEL16 dedi ki:

    Maraqli xebere gore twk

  2. New_Moon dedi ki:

    Maraqli Xebere Gore Cox SAgol

  3. fanya_ya dedi ki:

    Super puper! Chox xoshuma galdi! Chox saq ol xabara gora yazan ellariniz var olsun!:)

  4. Imperator dedi ki:

    Cox SAgol maraqlidi

  5. new girl dedi ki:

    maraqlidir thanks

  6. Agresiv_qiz dedi ki:

    tesekkurler cooooooox maraqli xeberdi twk

  7. DaRk_AnGeL dedi ki:

    Cooox sagol dosi superrr xeberdi ellerine sagliq

  8. Nadejda_Lyubvi dedi ki:

    Maraqli xebere gore twk

  9. ...::EMERALD::... dedi ki:

    SAG OL BALACA

  10. _Aynur_ dedi ki:

    Tewekkurler…

  11. merry-girl dedi ki:

    tesekkurler maraqlidi

  12. jasminka dedi ki:

    maraqli yaziya gore twk

  13. _Anonimka_ dedi ki:

    cox super yazidi tesekkur

  14. Gunes dedi ki:

    superdi cox sag ol

  15. Tix_Tix_Xanim dedi ki:

    Tesekkurler

  16. BlAcKsTaRiN dedi ki:

    indi vaxt qoki cixram sabah ozuycam twk

  17. gozel_qiz dedi ki:

    COOOOOOOOOOOOOX SAG OL MARAQLI XEBERE GORE

  18. UNDERCOVER dedi ki:

    4ox 7aol maraqli xebere gore

  19. TARKAN dedi ki:

    cox sag ol minnetdaram