Dil düz olmasa Qəlb saf olmaz


Sizə heç bir əhəmiyyəti və xeyiri olmayan sözlərdən dilinizi saxlayın. Həqiqətdə Adəm övladının xətalarının çoxu dilindən çıxar. İnsanda dil kimi çox günah baş verən ikinci bir üzv yoxdur. Elə buna görə də susmaq hikmət qapılarındandır. Sizi cənnətə aparan xeyirli sözlərdən başqasını dilinizə gətirməyin. Hədisdə var ki, mömin bəndənin susduğu vaxtlarını onun üçün savab yazarlar. ?Hər kəs hər iki dünyada salamat qalmaq istəyirsə öz dilini qorusun.? Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: ?Möminin nicatı dilini qorumaqdadır?. ?İnsanın cəhənnəmə düşməsinə səbəb onların dillərinin törətdiyi bəlalardan bşaqa bir şey varmı?!? Bəndənin qəlbi saf olmasa imanı düz olmaz. Dili düz olmasa qəlbi saf olmaz. Çünki mö᾽minin dili qəlbinin arasında olar. Danışmaqdan qabaq deyəcəyi söz haqda fikirləşər. Münafiqin qəlbi isə dilinin arxasında olar və dilinə gələni deyər, xeyir-şərini fikirləşməz. Susmaq peşmançılıq gətirməz. Nə çox söz-söhbət var ki, dünyada və axirətdə peşmançılıq gətirər. Kişi öz dilinin altında gizlənib. Ey insan, danışmaqdan qabaq düşün və onu ağılın süzgəcindən keçir. Əgər Allaha xatir olsa danış, yoxsa sakit ol, sus, dinmə! Nə gözəl deyilib: ?Dil çox başları bəlaya salıbdır, o bizimlə birgə doğulmuş düşmənimizdir?. Hədisdə var ki, elə bir bədən üzvü yoxdur ki, deməsin: ?Səni Allaha and verirəm, məni əzaba düçar etmə.? Deyiblər ki, əgər danışmaq və susmağın eyiblərin görsətmək istəsək danışmaq gümüşdürsə, susmaq isə qızıldır. Bəzən müəyyən səbəblərə görə danışmaq qızıl olar, sükut isə heç; Məsələn, əxlaqdan, şəri qaydalardan danışmaq, yaxud nəsihət etmək. Hətta bəzi hallarda sükut öldürücü zəhər kimidir. Məsələn, əmr be məruf və nəhy əz münkər zamanı susmaq, düz yola gəlmək istəyənlərə yol göstərməyib susmaq və s. Allah taala sizi bəyəndiyi işlərdə müvəffəq və gələcək günlərinizi isə keçmiş günlərinizdən xeyirli etsin.

ZoRRo_BaKu

Şərhlər:

  1. Agresiv_qiz dedi ki:

    twk allah razi olsun.hec olmasa sen dindar movzu yazanda sevgi xeberleri bir az yaddan cixir

  2. RED DEVIL dedi ki:

    ALLAH RAZI OLSUN….

  3. PiKasso dedi ki:

    Bismillahir-rahmanir-rahim.

    Allah razi olsun.

  4. ANGEL16 dedi ki:

    ALLAH razi olsun cox sag ol

  5. mirashka dedi ki:

    tewekkurler qewey xeberdi=))

  6. New_Moon dedi ki:

    Allah taala sizi bəyəndiyi işlərdə mьvəffəq və gələcək gьnlərinizi isə keзmiş gьnlərinizdən xeyirli etsin.
    .
    Allah Razi Olsun

  7. QaRaCa dedi ki:

    Allah razi olsun.Gozel maraqli ve xos xebere gore tesekkurler

  8. emo15 dedi ki:

    tesekkurler

    allah razi olsun

  9. Tix_Tix_Xanim dedi ki:

    Allah razi olsun

  10. Angel_a dedi ki:

    cox sag ol Allah senden razi olsun

  11. Imperator dedi ki:

    elaaaaaa Allah razi olsun

  12. _Sia_ dedi ki:

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…