QUDSİ HƏDİSLƏR

Q220;DS304; H399;D304;SL399;R

Məhəmməd peyğəmbərin (s.a.s) Allah-Təaladan rəvayətlə ifadə buyurduğu hədislərə “Qüdsi Hədis” deyilir. Peyğəmbərin (s.a.s) istədiyi ibarə ilə ifadə etmək üzrə bəzən Cəbrayıl (ə.s) vasitəsiylə və bəzən də vəhy, ilham və yuxu surətiylə Allah-Təaladan rəvayət etdiyi hədisdir. “Qüdsi hədislərin, bir tərəfdən ilk qaynaq olaraq Allah-Təalaya izafə edilməsi, digər tərəfdən Peyğəmbərin (s.a.s) hədisləri arasında və hədis ləfziylə zikr edilməsi, bunların bəzi istiqamətlərindən Hz. Peyğəmbərin hədislərinə bənzərliyini ortaya qoymaqdadır. Çünki Qur`ani-Kərim Allah kəlamı olub Peyğəmbərə (s.a.s) vəhy olunmuşdur; qüdsi hədislərin də ilk qaynağı Allah-Təala olduğuna və Peyğəmbər (s.a.s) tərəfindən ondan rəvayət edildiyinə görə, bunlar da vəhydir. Buna görə də, vəhy olmaq baxımından Qur`ani-Kərimlə hədisi-qüdsi arasında hər hansı bir fərq mövcud deyil. Bununla birlikdə Qüdsi hədislər Qur`andan sayılmazlar; “hər ikisinin də özlərinə xas xüsusiyyətləri vardır və bu xüsusiyyətlər ikisinin eyni şey olmalarına maneə təşkil edərlər.

Qüdsi hədislərlə Qur`ani-Kərim arasındakı fərq mövzusunda İslam alimləri iki görüş bəyan etmişlər:
A. Qüdsi hədislərin mənası və sözləri Allahdandır.
1. Bu hədislər Allaha nisbət edilmiş və “Qüdsi”, “ilahi” və “Rəbbani” deyə təvsif edilmişdir.
2. “Ey qullarım” kimi Allahı ifadə edən birinci şəxs əvəzlikləri istifadə edilmişdir.
3. Qüdsi hədislərin ilk qaynağı Allah Təaladır., xitab Onundur, Peyğəmbər (s.a.s) ravi vəziyyətindədir. Necə ki bu cür hədislərin başında ümumiyyətlə bu ibarələr görülər: “Rasulüllah Rəbbindən rəvayət etdiyi hədisdə belə buyurdu…” və ya “Rasulüllahın rəvayət etdiyi hədisdə Allah-Təala belə buyurdu… ” Bununla birlikdə Qur`ani-Kərimin xüsusiyyətlərinə sahib deyildirlər. Çünki; məna və söz baxımından Qur`ani-Kərimdəki i’caz qüdsi hədislərdə yoxdur. Qur`an təvatür (yalan ifadə olması mümkün olmayan ) yoluyla, qüdsi hədislər ahad yolla nəql edilmişlər. Qur`an ayələrinin məna ilə rəvayəti caiz deyil. Qur`an ayələri namazda oxunar, qüslsüz ikən oxunmaz və dəstəmazsız toxunulmaz. Qüdsi hədislər belə deyil (bk. Məhəmməd Accac əl-Hatib, əs-Sünnəsi Kable’t-Tedvin, Qahirə 1383/1963, s. 22).

B. Alimlərin çoxuna görə, qüdsi hədislərin mənası Allaha, ləfzi Peyğəmbərə (s.a.s) aiddir. Allahın vəhy, ilham və yuxu yoluyla bildirdiyi ilahi mesajları mənalarına uyğun ifadələrlə nəql etmişdir. Qüdsi hədislər Allahın qüdrət və əzəmətindən, rəhmətinin genişliyindən, lütfkarlığının bolluğundan danışarlar. Halal, haram şəklində əhkama aid olan movzulara toxunmazlar. Bu hədislərin sayı 100-ə yaxındir. Bəzi alimlər qüdsi hədisləri ayrı əsərlərdə yığmışlar. Bunlardan Abdurrauf əl-Münavi (1031/1622) “əl-İthafatü’s-Səniyyə bil-Ahadisi’l Qudsiyyə” adlı əsərində əlifba sırası ilə təsnif etmişdir (Kəttani, ər-Risaletü’l-Müstatrafə).
Bəzi qüdsi hədisləri nəzərinizə çatdırırıq: Əbu Hureyra Rasulullahın (s.ə.s) belə buyurduğunu rəvayət etmişdir: “Allah-Təala buyurdu ki; Adəm oğulunun hər əməli özü üçündür, ancaq oruc” belə deyil. Çünki o, sırf mənim razılığım üçün edilən bir ibadətdir. Onun mükafatını şəxsən mən verəcəyəm” (Müslim, Sıyam, 161,163). Yenə Əbu Hureyranin Rəsulu Əkrəmdən rəvayətinə görə, Allah-Təala belə buyurmuşdur: “Qulum bir yaxşılıq etməyə əzm edər lakin bir maneədən ötəri onu edə bilməzsə, onun üçün bir hasənə savabı yazaram. Əzm etdiyi yaxşılığı etsə on hasənədən yeddi mislinə qədər savab yazaram. Bir pislik etməyə təşəbbüs göstərər də imtina etsə, ona heç bir günah yazmaram. Əgər niyyətləndiyi pis işi etsə tək bu günah yazaram.” (Müslim, İman, 204). “Saleh qullarım üçün Cənnətdə, heç bir gözün görmədiyi heç bir qulağın eşitmədiyi və heç bir insanın düşünə bilmədiyi bəzi nemətlər hazırladım” (Müslim, Kitabü’l Cənnə, 2,3,4)

MILAQROS

Şərhlər:

  1. Vefali Oglan dedi ki:

    Gozel Hedisleridi ALLAH Senden RAZI olsun AMIN ♥♥♥

  2. Admin dedi ki:

    Cox sag ol MILIM ALLAh razi olsun.Senin hemiwe islam xeberlerin gozel olur.elecede butun xeberlerin.axi onu CANIM DOSTUM yerlewdirir

  3. MILAQROS dedi ki:

    Sitat: vefali_oglan
    Gozel Hedisleridi ALLAH Senden RAZI olsun AMIN ♥♥♥

    AMIN.sendende

    Sitat: Admin
    Cox sag ol MILIM ALLAh razi olsun.Senin hemiwe islam xeberlerin gozel olur.elecede butun xeberlerin.axi onu CANIM DOSTUM yerlewdirir

    caaannnnn menim ship shirinim beyendinse coooxxxx sevindim opucuk

  4. Angelocka dedi ki:

    MILAQROS,
    Cooooooooooooooxxxxxxxx saaaggggolllll Milim cox gozel deyerli xebere gore ne deyeceyimi bilmirem cox gozeldi bitanem allah razi olsun minnetdaram canim menim opucuk opucuk