QƏRİBƏ BƏXT


Səhər idi. Dan yeri təzəcə sökülürdü. Hər tərəfdə qəribə sakitçilik vardi. Sanki nəsə olacağini hiss edirdi. Bütün bunlarin yalniz bir hiss olduğuna özünü inandirib,ürəyini sakitləşdirdi. Nə biləydi ki,bütün bunlar onun gələcəyindən xəbər verir. Onunla üzbəüz duran qara taleyi hiss etmirdi. Ancaq buna baxmayaraq qəlbinin narahatliği onu çox sixirdi. Birdən qapi döyüldü. Bu qapi çağirişi başqa çağirişlara bənzəmirdi. Eyni vaxtda telefon da zəng çaldi. Çaş-baş qaldi. Bilmədi zorla döyülən qapiya tərəf getsin ya da ki səhərdən narahatçiliq keçirdiyi ürəyini rahatlada biləcək xoş xəbərlər verə bilən ancaq yenə də içindəki pis hissin yaxşi hissdən çox olacağina ümid etdiyi telefona cavab versin. Bir anliq çarəsi kəsildi. Ayaqlari qapiya tərəf getsə də ürəyi telefonda qaldi. Birdən qapini açmağa özündə güc topladi. Ancaq bu qapinin arxasinda onu hər cür “sürpriz”in gözlədiyinə də özünü inandirmişdi. Və nəhayət qapini açdi. Gələn qonşuluqda yaşayan qoca qadin idi. O qadin ki heç vaxt qulaği sakitlik çəkməmiş,cavan yaşda oğlunu və yoldaşini itirmiş qadin.. .. .. . Taleyi gətirməmiş bir insanla səhər-səhər söhbət etmək nə qədər çətin olsa da onu rahatlatmaq məni də səhərki pis düşüncələrdən yayindirirdi. Çünki öz dərdini unutmaq üçün ən yaxşi vasitə başqasinin dərdini dinləməkdir. Belə də etdim. Onunla bir qədər danişib dərdləşdik. Sanki qarşimdaki qonşum yox ikinci mənim idi. Sanki güzgünün qarşisinda oturub öz-özümlə danişirdim. Çox keçmədi qadin ağir bir addimla ayağa durdu və evə getdi. O evə getdi mən isə düşüncələrimlə yenə də baş-başa qaldim. Ürəyimin bir parçasi yarim bu gün gələcəkdi. Söz vermişdi ki necə olursa olsun mütləq özümü bakiya tez çatdiracam. Ancaq nə biləydim ki. ,səhər özümü rahatlatmaq məqsədilə musiqiyə qulaq asmaq üçün yandirdiğim radiodan qəzaya uğramiş avtomobil barədə xəbər eşidəcəm. Özü də avtomobilin rəngi də mənim bəxtim kimi qara olacaqdi,mən bunu hardan biləydim axi hardan?

Günortadan xeyli keçməsinə baxmayaraq , oğlu qayitmayan analardan fərqlənməyərək zəng gözləyirdim. Gözləyirdim ki o,bakiya gələn kimi həmişəki yerdə ağacin altinda yenə görüşüb,hisslərimizi bölüşəcəyik. Mən çox həvəsli idim. Axi onu çox sevirəmvə ya sevirdim. Eh.. .. .. .. . Amansiz həyat qovuşmaği gözü götürməyən tale,bəxt niyə beləsən axi?

Birdən mobil telefonuma bir zəng gəldi. Dəstəyi götürüb tez alo………… Dedim. Ancaq bu gələn səs onun səsi deyildi. Sanki qulağim da dilə gəlib ona yad olan səs haqqinda mənə məlumat verirdi. Tamamilə başqasinin səsi idi bu. Mənə ürəyimin bir parçasi olan………………… Ilə bağli elə xəbər verdi ki,bir anliq yuxuda olduğumu hiss etdim. Anidən ayildim,gördüm yox bu həqiqətdir. Onun aşağida,binanin altinda olmasi xəbərini mobili telefonuma zəng vuran mənə xəbər verdi. Elə sevinirdim ki hisslərimi heç cür başa sala bilmərəm. Bu hisslər sözlə ifadə olunub ancaq yaziya gələ bilməyəcək dərəcədə qəlizdir. Mən aşaği düşdüm. Düşdükcə sanki pilləkənlər azalmaqdansa çoxalirdi,gözümün önü qaralirdi,başim hərlənirdi. Aman allah niyə mən yox,məhz o öldü. Niyə,niyə………………… Niyə bu qədər əzab çəkirəm. Gəlişini canli yox onun ölüsünü görməklə qarşiladim. Axi niyə,mən səni bu qədərmi az sevirdim. Canli-canli səndən doymadiğim halda,sanki ölün mənə bəs etdi. Haminin istədiyi yaninda ,yarini qolunu taxmiş vəziyyətdə yanimdan ötür. Sanki hami mənə aciq verirdi. Sanki hami ironiyali gülüşlərlə bu sənin cəzandi çək deyirdi. Bir anliq məngöz yaşalarina qərq olaraq sən torpağa getməmiş torpaq sənin ruhunu soyutdu. Səni mənə unutdurdu. Sən getdin torpağa, mən isə hər gün xoş xəbərlərlə telefona qulağimi zilləyib əvvəlki həyatimi davam etdirdim. Sənə bir şeyi etiraf edimmi necə ki sən vəfasizliq edib məni tək qoydun ,mən də vəfasizliq edib özümə başqa yar tapacam. Ancaq inan ki bunlar hamisi həyatdan hayfimi almaq üçün atdiğim bir addimdir. Günah nə məndə,nə sənin ölmüş ruhunda,nə də yalandan səni sevirəm deyib həyatdan hayfimi almaq üçün gəzdiyim insandadir. Bütün günahlar vəfasiz həyatdadir.

Az sonra qapinin zili çaldi. Sanki məni kimsə yerimdən tərpətdi. Ayilib 1-2 saniyə ətrafa göz gəzdirdim. Bayaqdan gördüklərimi sanki indi görmürdüm. Qapi isə susmadan çalirdi. Yerimdən tez qalxib qapiya getdim. Qapini açanda gözlərimə inanmadim. O,ürəyimin ,ruhumun ,qəlbimin sahibi gəldi. Onu elə qucaqlayib bağrima basdim ki………………… Görən niyə bayaqdan taleyimdən bəxtimdən şikayət edirdim. Bu yuxu idimi,yoxsa artiq həyat da insafa gəldi. Yoxsa həyat mənim səsimi milyonlarla insanin səsi bilib bu tərsliyindən,şiltaliğindan vaz keçdi. Yox,yox bu həqiqətən yuxu idi. Geyindim. Əvvəlcə ürəyimi,canimi salamladim. Ondan mənimlə 1stəkan çay içməyini xahiş etdim. Ancaq o da həyat kimi daima tələskən olduğu üçün çay içməyə macal vermədi. Ancaq imkanim pencəyimi götürüb birgə evdən çixmağimiza çatdi. Həmişəki kimi o dərsə ,mən də işə getdim

P.S muellif : BY_KurQAN

KurQAN

Şərhlər:

  1. WiRiNiM dedi ki:

    TEWEKKULLER SUPPER YAZMISAN ELLERINE SAGLIK

  2. New_Moon dedi ki:

    Cox SAgol Brat Maraqli Hekaye Ucun

  3. DaRk_AnGeL dedi ki:

    Cooox sagol gozel xeber idi

  4. Imperator dedi ki:

    KurQAN,
    Halaldi Ne Deyim=) friends

  5. mirashka dedi ki:

    KurQAN,tewekkur

  6. polo dedi ki:

    ellerin derd gormesin applause

  7. UNDERCOVER dedi ki:

    4ox saol qaqaw.zordu yeri var

  8. merry-girl dedi ki:

    ellerine sagliq

  9. Imperator dedi ki:

    OZUN YAZIBSANSA HALAL OLSUUN SSSUUPERDI

  10. KurQAN dedi ki:

    Imperator,

    OZUN YAZIBSANSA HALAL OLSUUN SSSUUPERDI


    ozum yaziram qaqawim.sadece bir muellim var onunla meslehetlewib duzeliw edirik birlikde hamsi oz zehmetimdi

  11. Agresiv_qiz dedi ki:

    b]KurQAN[/b],
    ozun yazmisan?

  12. ...::EMERALD::... dedi ki:

    SAG OL KURQAN SUPER XEBERDI…

  13. KurQAN dedi ki:

    Agresiv_qiz,

    ozun yazmisan?


    beli

  14. Tix_Tix_Xanim dedi ki:
    Tesekkurler,ellerin derd gormesin,o gun olsun oz kitabivi yazasan,menede pulsuz hediyye edesen=)))
  15. EQoiSTKa dedi ki:

    …SpS ELLeruve Saglig…

  16. jasminka dedi ki:

    Sitat: Imperator
    OZUN YAZIBSANSA HALAL OLSUUN SSSUUPERDI

  17. Optimist... dedi ki:

    OZ DUSUNCELERINDISE, HALAL OLSUN. TESEKKURLER…