Aglama Qerenfil

 

Ağlama qərənfil, ağlama daha…


Ey, Vətən rənginə boyanan çiçək,

Gör, nələr gətirdi başına fələk.

Ey, bütün güllərdən qiymətli, baha.

Səni and verirəm Şəhid ruhuna

Ağlama qərənfil, ağlama daha.

Fəryadın yetişdi günəşə, aya,

Dərdlərin gəlmədi hesaba, saya.

Axan gözyaşların döndü dəryaya.

Son qoy bu naləyə, son qoy bu aha,

Ağlama qərənfil, ağlama daha.

Ağlama, onsuz da ürəyim qandır,

Dünya gözlərimdə qara dumandır

İntiqam hissiylə, çevir, amandır

Düşmənin qəlbini bir nişangaha,

Ağlama qərənfil, ağlama daha.

Ağlama goy sənin haqlı qəzəbin,

Son nidası olsun geyzin, əsəbin.

Sənin ki, böyükdür kökün, əslin,

Bağla ümidini böyük Allaha

Ağlama qərənfil, ağlama daha.

Ağlama qərənfil, düşməni ağlad

Ölməz şəhidlərin ruhunu yaşat.

Bir gün güldürəcək bizi də həyat

Xalqımız çıxacaq nurlu səhərə,


Ağlama qərənfil, ağlama daha.

Firuze

Şərhlər:

  1. choSen dedi ki:

    AZERBAYCAN-in tarixi ucun qerenfil azliq eleyer….bizim qedim ve shanli tariximiz var…
    ..::Askim::.. cox sag ol

  2. BadBoy dedi ki:

    Firuze Cox sag Ol Minnetdaram Allarina saglig!!!

  3. cema dedi ki:

    Allah wehidlerimize rehmet elesin….

  4. ...::EMERALD::... dedi ki:

    ELLERINE SAGLIQ

  5. Бакинка dedi ki:

    twklllllllerrrr

  6. Miss_Azericka dedi ki:

    Cox sag Ol elaaaaaaaaaaaaaaaaa gul greeting give_rose ok give_rose give_rose

  7. merry-girl dedi ki:

    SAG OL.MARAQLIDIR

  8. ELIK28 dedi ki:

    cox sagol elaaaaaaa)))))))!

  9. _Sia_ dedi ki:

    Ağlama qərənfil, düşməni ağlad
    Ölməz şəhidlərin ruhunu yaşat.
    Bir gün güldürəcək bizi də həyat
    Xalqımız çıxacaq nurlu səhərə,
    Ağlama qərənfil, ağlama daha.

    Gozel nitqiniz var.

  10. genc qiz dedi ki:

    superdi.ozun yazmisansa,daha da superdi