Dahi və divanə insanlar

Edgar Po əsər yazamışdan öncə saatlarla oturub yemədən içmədən ağ kağıza tamaşa edirmiş.

George Sand hər gün 11 saat işləyirmiş. Əgər o romani 10.30 saata bitirərdirsə. Mütləq yarımsaatlıq kiçik bir hekayədə yazarmış.

Fransalı təmsil yazan Lafonten yazmamışdan öncə ilhamlandığını heçkəsdən gizlətmirmiş, küçədə ətrafdakı insanları nəzərə almadan yazdığı heyvanların səslərini çıxarır, cümlələri xüsusi intonasiya ilə küçədə yüksəkdən söyləyirmiş.

Bernard Şou bir şey yazmamışdan öncə rezin botinkalar və qara axıracan düymələnmiş plaş geyinər, başına isə şlyapa taxaraq gedib bazarın bir küncündə otururmuş. Bazarda insan çox olduğundan əsər yazmaq onun üçün dahada asan olurmuş.

Alexander Duma (ata) xüsusi dördkünc kağızlarda yazırmış əsərlərini. Əgər kağız bitərdisə, dərhal yazısını yarımçıq saxlayarmış.

Bir gün Amper evdən çıxarkən ağaca təbaşir ilə yazmışdır: “Amper axşam olacaq evdə” O özü işdən biraz tez qayıtdığı üçün yazını oxuyub təzədən geri dönərək işə getmişdir. Çünki, son zamanlar o hətta özünün Amper olduğunu belə unudurmuş.

Eynşteyn bir gün öz dostunu görərkən: Axşam bizə gəlin professor Stimsonda bizimlə olacaqdı. Dostu isə təəccüblə deyir: Stimson elə mən özüməm! Eynşteyn isə cavabında: Bunun heç bir fərqi yoxdur yenədə dəvətlisiniz!

Alman bəstəkarı Şumanın 24 yaşında psixiki tutmaları başlamış 46 yaşında tamamən ağlını itirmişdir. Onun gözünə musiqi oxuyan əşyalar görünürdü. O yatarkən çarpayının mahnı oxuyaraq onu yatmağa qoymadığından şikayətlənirmiş.

İngilis yazıçısı Harrington bütün günü süpürgə ilə küçədə qaçırmış. Bunun səbəbini isə o belə izah edirmiş: Fikirlər mənim ağzından quş və arı şəklində çıxır. Mən isə süpürgə ilə onları qovuram.

İtalyan filosofu Kardano elə zənn edirmiş ki, bütün dövlət rəhbərliyi onu təqib edir. Hətta yeməkdən belə imtina etmişdir. O, fikirləşirdi ki, onun yediyi yeməyin içinə zəhərli kimyəvi maddələr qataraq onu öldürmək istəyirlər.

Motsart maniyadan əziyyət çəkirdi. O düşünür ki, bütün İtaliya əhalisi onu izləyir. Ona görə o evdən çölə çıxmırmış.

İbsen sərxoş olarkən hərşəyi cırıb-atırmış. Hətta özünün illər sərf etdiyi yazıları o bir günün içərisində məhv edirmiş. Ayılndan sonra isə ağlıyaraq yenidən yazmağa başlayırmış.

Van Gog sutkalarla fasiləsiz olaraq rəsm çəkirmiş, vedrələrlə abset (yovşan arağı) içirmiş, öz sol qulağını kəsmiş, 37 yaşında isə özünə qəsd etmişdir. Onun ölümündən sonra isə həkimlər dahi rəssama 150 müxtəlif tibbi diaqnoz qoymuşdurlar.

Şiller yalnız stolun üstündə çürümüş və qurdlu alma görərəkən ilhamlanaraq əsər yazırmış.

Hayden öz zümrüd üzüyündən heçvaxt ayrılmırmış. O, üzüyünə baxa baxa yazırmış əsərlərini.

Roman yazarkən Zolya özünü stula bağlayırmış.

Myusse öz şerlərini iki nəfərlik şamlar düzülmüş stolda romantik abu havada yazırmış. O iki nəfərlik masada təzahüründə olan xanımı fikirləşərək ona şerlər həsr edirmiş. Əslində isə həyatda belə bir şey yox idi.

Şarlotta Bronte roman yazarkən hər bir səhifədən bir gedib kartof təmizləyirmiş sonra yenidən əyləşib romana davam edirmiş.

Flober əsər yazarkən qəhrəmanların şəkillərini qarşısına qoyaraq onlarla danışıb, ağlayıb, gülürmüş. Daha sonra əsgər kimi addımlayaraq öz əsərlərinə ad fikirləşirmiş.

polo

Şərhlər:

  1. Agresiv_qiz dedi ki:

    aydaaaaaaa bu boyda metni oxumaqcun adama hevsele lazimdiye.maraqli xebere gore tesekkurler. twk

  2. Optimist... dedi ki:

    TESEKKURLER…

  3. Agresiv_qiz dedi ki:

    LadyGirl,
    yaxwi yaxwi bagisla hormetli adminka oxuyaram indi. pray
    )))))))))))))))))))))

  4. polo dedi ki:

    cox sagol ve siz sagolun

  5. Ya Fatime dedi ki:

    maraqli xeberdi oxudum cox sagol

  6. DaRk_AnGeL dedi ki:
    Cox sagol maraqli xeber idi
  7. SoN_NeFeS dedi ki:

    Edgar Po superrrrrrrrr))

    applause tewekkur ela xeberdi

  8. CooL_Man dedi ki:

    cox sag ol dostum