Meleklerin sirli istiqametleri..

alt
İslami elmlər terminologiyasında isə nurdan yaradılmış, yeməyən, içməyən, kişilik və dişiliyi olmayan, yatmayan, gəncliyi və qocalığı olmayan və günah işləməyən, ağırlığı olmayan, lətif, ruhani və nurani varlıqlardır.

Mələklərə iman İslamın təməl şərtlərindən biridir.

Çünki onlar varlığı ilə sabitdir.

Hər nə qədər onları gözlərimizlə görmək mümkün deyilsə də, ağlan inkarını tələb edəcək bir səbəb də yoxdur.

Mələklərin varlığı və onlara inanmanın fərziyyəti ilə birlikdə xüsusiyyətlərini, vəzifələrini və növlərini də belə açıqlamaq mümkündür:

1- Mələklər, nurdan yaradılmış, nurani və ruhani varlıqlardır. Onlarda; yemək, içmək, kişilik, dişilik, evlənmək, yatmaq, gənclik və qocalıq kimi insanlara aid xüsusiyyətlərdən heç biri yoxdur. Quranda belə buyurulmaqdadır:



“Göylərdə və yerdə kimlər varsa, Onun xidmətindədir.



Onun hüzurunda olanlar, ona ibadət barəsində qürurlanmazlar və yorulmazlar. Onlar, bezib usanmadan gecə gündüz təsbeh edərlər.” (Ənbiya, 21/19-20)

2- Mələklər Allaha üsyan etməzlər. Hansı iş üçün yaradılmışlarsa o işi edərlər. Daimi olaraq Allaha ibadət və itaət edərlər

Quranda bu xüsusa belə işarə edilmişdir:

“Çünki onlar üstlərindəki Rəblərindən qorxarlar və özlərinə nə əmr olunsa onu edərlər.”
 (Nəhl, 16/50), “Şübhəsiz Rəbbin qatındakılar ona qulluq etməkdən əsla qürurlanmazlar. onu təsbeh edər və tək ona səcdə edərlər” (Ə’RAF, 7/206).


3- Mələklər bir anda Allahın əmr etdiyi bir məkandan digər bir məkana intiqal edəcək, hətta yerləri və göyləri gəzəcək bir qabiliyyətdə yaradılmışlar.

Onların qanadları vardır. Bu mövzuda Qurani Kərimdə belə buyurulmaqdadır:
 “Göyləri və yeri yaradan, mələkləri iki, üç, dörd qanadlı elçilər edən, Allaha həmd olsun. O, yaratmada (istədiyinə) dilədiyi qədər çox verər. .”(Fatır, 35/1)


Mələklər çox az bir zamanda çox uzaq yerlərə gedə bilərlər. Ancaq onların gəlib getməsi, enməsi və çıxması bizim vəziyyətimizə bənzəməz. İnsanların hərəkətləriylə müqayisə edilməz. Quran bu mövzuda da belə xəbər verir:
“Mələklər və Ruh (Cəbrayıl) oraya miqdarı (dünya ili ilə) əlli min il olan bir gündə yüksəlib çıxar.” (Məaric, 70/4).


4- Mələklər, Allahın əmrləriylə fərqli şəkillərə girə bilərlər. Məsələn Cəbrayıl Peyğəmbərə gəlirkən bəzən əshab-ı kiramdan Dıhye adındakı səhabə kimi görünmüş, bəzən də kimsənin tanıya bilmədiyi bir xarici kimi gəlmişdir. (Müslim; İman; 1).



Hz. İbrahim Hz. İsaya göndərilən mələklərin də bir insan şəklində göründükləri yenə Quranda xəbər verilməkdədir

5- Mələklər gözlə görülməzlər. Gözlə görülməyişləri onların yox olduqlarından deyil, gözlərimizin o qabiliyyətdə yaradılmamış olmasındandır.

Mələkləri gözlərimizlə müşahidə edə bilməyişimiz onları inkar etməmizi tələb etməz. Çünki gözümüzlə görmədiyimiz halda varlığını qəbul etdiyimiz çox şey vardır.

Ağıl, ruh, zəka, sevinc və kədər kimi halları bunlardan saya bilərik. O halda mələklərin varlığına da ruhumuz və ağılımız kimi inanmaq məcburiyyətindəyik.

Mələklər, qeybi tək başlarına bilə bilməzlər. Ancaq Allah tərəfindən özlərinə qeyblə əlaqədar bir məlumat verilmişsə, bu məlumatları ölçüsündə belə bilərlər. Bu barədə Cənabı Haqq belə buyurmaqdadır:

“Allah Adəmə bütün adları, əşyanın adlarını və nə işə yaradıqlarını öyrətdi. Sonra onları əvvəl mələklərə ifadə edib “Əgər siz sözünüzdə sadiq sinizsə, bunların adlarını mənə deyin”
 dedi.


Mələklər,
 “Ya Rəb! Səni nöqsan sifətlərdən tənzih edər, kamal sifətləri ilə təvsif edərik ki, sənin bizə öyrətdiklərindən başqa bizim məlumatımız yoxdur. Şübhəsiz alim və hakim olan ancaq sənsən” dedilər.” (Bəqərə, 2/31-32)


Mələklər vəzifələri cəhətdən bir neçə qrupa ayrılar. Mələklər yerdə, ərşdə və ya səmada olmazlar. Yerdə olanlara ərzi, göydə ol/anlara səmavi, ərşdə olanlara isə ərşi deyilir.

Mələklər yükləndikləri vəzifələr etibarilə fərqli adlarla xatırlanmışlar. Bunlardan dördü, böyük mələk olaraq bilinməkdədir:
Cəbrayıl, Mikayıl, İsrafil və Əzrail. Bilinən digər mələklər də bunlardır: münkər-Nekir, Kiramən katibin (Hafaza), Hamelesi Ərş, Qəmli, Zəbani, Malik, Rıdvan.

Sabiw

Şərhlər:

  1. Sabiw dedi ki:

    xaminiza twkler

  2. RED DEVIL dedi ki:

    maragliydi twk

  3. SoN_NeFeS dedi ki:

    minnettaram angel applause angel angel

  4. ...::EMERALD::... dedi ki:

    ELİNE SAGLİK

  5. DaRk_AnGeL dedi ki:

    Cox sagol ellerin derd gormesin

  6. TARKAN dedi ki:

    sag ol axira kimi oxudum maraqli idi sag ol

  7. New_Moon dedi ki:

    Maraqli Idi Cox SAgol give_rose

  8. Emo_Girl dedi ki:

    Xebere Gore Cox Sagol

  9. UNDERCOVER dedi ki:

    4ox saol canik

  10. mirashka dedi ki:

    TEWEKKURLEER

  11. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir.

    ALLAH Razi olsun !…