HİDAYƏT YOLU – QURAN

Qurani-Kərimin hər bir müsəlmanın həyatında əhəmiyyəti və rolu haqqında heç nə demək istəmirik. Bunun haqqında o qədər yazılar yazılıb ki, artıq məlumatlarla sizləri yormaq fikrində deyilik. Bu müqəddəs kitabın, biz müsəlmanların həyatındakı əhəmiyyətindən heç də az əhəmiyyəti olmayan başqa bir məsələ var ki, bizlər ola bilsin ondan uzağıq, yaxud da qafilik. Bu məsələ, bizlərin Qurani-Kərimə yanaşmağımız, ona verdiyimiz önəm, ona olan münasibətimiz haqqındadır. Müsəlman şəxs, Allahın bəndəsi, Onun buyuruqlarına hansı qəlblə, hansı hisslərlə, hansı rəftarla yanaşır?! Qurani-Kərimi sadəcə müqəddəs bir kitab hesab edərək, öpüb gözümüzün üstünə yaxınlaşdırıb sonra rəfdə lap yuxarı başdamı yerləşdiririk?! Yoxsa hər dəfə qohumlarımızdan ya doğmalarımızdan rəhmətə gedən olanda yadımıza düşür və bir Yasin oxutduduruq?! Ya həqiqətən özümüz hərdən açıb oxuyuruq, ərəbcə bilməsək də, tərcüməsini nəzərdən keçiririk?!
Rəbbimizin nazil etdiyi bu kitabı müqəddəs sayaraq həmişə hörmət etməklə, ona and içməklə, ölülərə oxutmaqla, bəzən oxumaqla hər şey bitirmi?!

Qurani-Kərim bütün bəşəriyyətə hidayət yolunu göstərən bir nurdur, müsəlmanların qəlbini rahat edən bir şəfadır, onları doğruldan və həyatda azmağa qoymayan bir çıraqdır, onlar üçün qanun, hikmət və düsturdur. Bu müqəddəs kitab əbədi olaraq dəyişilməyən, hər zamana və məkana aid olan və müqəddəsliyini itirməyən bir vəhydir. Lakin… çox təəssüf ki, həyatın keşməkeşli günləri, məşğuliyyətləri, ailə problemləri, cəmiyyətin iztirabları, müsibətlər və hər cür hadisələr Qurana olan münasibətimizi dəyişdirmişdir. Halbuki, bütün bu olanlardan çıxış yolunu biz, Qurani-Kərimə yönəlsək, sidq ürəklə ona üz tutsaq tapa bilərik. Allah Təala öz elçisi Muhəmmədi (s.a.s) bizlərə göndərərək və ona Quranı vəhy edərək belə vəzifələndirdi ki, Quranda olanları bizə çatdırsın və bəyan etsin. Həmçinin hər bir müsəlmanın da borcudur ki, Qurani-Kərimdə buyurulanlara əməl etməklə yanaşı, buyuruqları başqalarına çatdırsın və xatırlatsın. Uca Rəbbimiz buyurur ki: “…Sənə də Zikri (Quranı) nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən və bəlkə onlar fikirləşələr.” (ən-Nəhl, 44).
Bəs əgər biz Qurani-Kərimə düzgün münasibət bəsləməsək, onu anlaya bilməsək, içindəkilərin əhəmiyyətini dərk etməsək və özümüz də orada əmr olunanları həyata keçirməsək, başqalarına necə başa sala bilərik?!

MILAQROS

Şərhlər:

  1. Admin dedi ki:

    Cox sga ol MILIM menim ALLAH RAZI OLSUN GOZEL XEBERDIR

  2. Vefali Oglan dedi ki:

    Mьəllif: MILAQROS

    Cox Sagol .. ALLAH Razi Olsun .. QURANi KERIMDEn AYELER YAZSAN GELEN XEBERDE .. SENE Minnetdar Olaram

  3. MILAQROS dedi ki:

    Admin, sende sagol dostik,cox sevindim

    vefali_oglan,bash uste,nezere alaram

  4. Angelocka dedi ki:

    MILAQROS,
    Cox sagol omrum allah razi olsun gozel xeber idi allah savaba yazsin amin inwallah opucuk gul

  5. the 13th Warrior dedi ki:

    MILAQROS—-Allah razi olsun cox gozel movzudu.

    Bax tesevvur ele ki, menim sevdiyim qiz mene mektub gonderib. Mende onu opub qoyuram servantin ustune ki, sonra, bir- nece ilden sonra oxuyaram. Men bunu ederem? elbetteki etmerem. Ancaq cox tesuufler olsun ki, Her weyi yaradan Allahin bize gonderdiyi kitabi opub servantin ustune qoymuwuq.Bu ne derecede duzgundu uwaqlar?