Qırıq qəlbi təmir etmək artıq mümkündür.

Qırıq qəlbi təmir etmək artıq mümkündür.

Amerikalı
tətqiqatçıar, stressli ya da romantik hadisələrlə əlaqəli tanınmış bir
vəziyyət olan “qırıq ürək sindromu”na tutulan 70 xəstə üzərində
araşdırma etdi.

Xəstələrin hamısı, yüzdə 20-si kritik də
olsa, ya aspirin ilə ya da beta blokerlər, ACA inhibitörləri və
statinlər kimi ürək dərmanlarıyla yaxşılaşdırıldı. Amerikan Kardiyoloji
jurnalında nümayiş olunan bir araşdırmada da, bu sindroma ehtimalla
stress hormonlarındakı artımın səbəb olduğu ifadə edildi.

Tibbdə
“Takotsubo kardiyomiyopati” olaraq bilinən “qırıq ürək sindromu”, ilk
dəfə 1990-cı illərin başlarında Yapon elm adamları tərəfindən təyin
olundu.

Bu sindromun əlamətləri sinə ağrısı və nəfəs darlığı
kimi infaktı xatırlatsa da dərhal müalicə edildiyi təqdirdə, keçici və
tamamilə sona çatdırıla bilən bir sindrom şəklində görülür.
Araşdırmaçılar qırıq ürək sindromunun, qışda görülən ürək böhranlarının
əksinə, bahar və yaz aylarında ortaya çıxdığını da ortaya qoydu.

Araşdırmaçılardan
Miriam xəstəxanasından həkim Richard Regnante, bu sindromla əlaqədar
hələ də öyrənəcəkləri daha çox şey tapılmasına baxmayaraq, bunun,
xəstələr ilk 48 saatda müalicə edildiyi müddətcə ölümlə
nəticələnmədiyini ifadə etdi.

Araşdırmanın, İyul 2004 ilə Aprel
2008 arasında ABŞın Rhode Island əyalətindəki iki xəstəxanada yatan 70
sindrom xəstəsi üzərində edildiyi qeyd edildi.

 

admin

Forgənc saytının yaradıcısı :)

Şərhlər:

  1. Angelocka dedi ki:

    Aaaaaa ne maraqlidi hmm bilmirdim cox sagol dostikim elin qolun var olsun hec vaxt yorulmayasan bele gozel maraqli xeberler yerlewdiresen Amin gul

  2. Admin dedi ki:

    Angelocka,
    deymezz Dostikkk ))Sizler sagolunki xeberleri oxuyursunuz rey yazirsiniz)))

  3. MILAQROS dedi ki:

    mmmmm dogurdanda maraqlidi,gor neler vare

  4. Бакинка dedi ki:

    maraqlidi