Ya Fatimə


Adın həzrətlərin ikincisi Ya Fatimə
Ruhun möminlərin haqq səsi Ya Fatimə
Nəfəsin peyğəmbərin nəfəsi Ya Fatimə
Varlığın bu dünyanın müjdəsi Ya Fatimə
Behiştin ilk xatunu,yiyəsi Ya Fatimə!

Atan Allah rəsulu, özün ismət tacısan
Qardaşın olmasa da möminlərə bacısan
Səni əfsunlamadı nə şöhrət, nə da ad-san
İmam Həsən Hüseynin anası Ya Fatimə
Əmir-əl möminin sonası Ya Fatimə!

Sən xatuni qiyamə, sən ləyaqət timsalı
Gözlərində olmamış dünyanın cah-cəlalı
Sən yerin məlakəsi, səmaların hilalı
Bütün Ali xislətin gözəli Ya Fatimə
Anaların ulusu, əzəli Ya Fatimə!

Sinəndə çarpaz dağdır Kərbəla müsibəti
Kim görmüş sən gördüyün əzabı, əziyyəti
Dağlar səndən öyrənmiş dözümü,dəyanəti
Xeyməsi qəm yyuvası dərd-məkanı Ya Fatimə
Dözümə mat qalıb bu cahan Ya Fatimə!

Qəm yeli hücum edib sinən üstə dayandı
Sənin nalələrinlə göyün qübbəsi yandı
Bütün müslümlərə əzabların əyandı
Qüssə yüklü karvanın sorvanı Ya Fatimə
Bu ötəri dünyanın mehmanı Ya Fatimə!

Zəhralığı qazandın sən öz əməllərinlə
Kəbəyə işıq verdin müqəddəs əllərinlə
Vaizlərindən biri bizləri də dinlə
Ömrüm gümün fədadır isminə Ya Fatimə
Bircə rəhmət bəxş elə cisminə Ya Fatimə!

Ya Fatime

Şərhlər:

  1. Tix_Tix_Xanim dedi ki:
    Tesekkurler
  2. mirashka dedi ki:

    TEWEKKURLEEEEEEEEEER

  3. Angel_a dedi ki:

    Tesekkur Allah razi olsun

  4. _SAFURA_ dedi ki:

    Allah razi olsun

    twk

  5. WiRiNiM dedi ki:

    Allah razi olsun
    tewekkuller

  6. EQoiSTKa dedi ki:

    …ELa ALLAX RAZI OLSUN…!

  7. UNDERCOVER dedi ki:

    4ox saol Allah razi olsun

  8. Imperator dedi ki:

    Allah razi olsun

  9. TARKAN dedi ki:

    sag ol gozel hem de maraqli idi twk

  10. jasminka dedi ki:

    ALLAH RAZI OLSUN AMIN!!!

  11. Ya Fatime dedi ki:

    Allah cumlemizden razi olsun InseAllah
    polo,
    Sen de cox sagol Allah seni her iki dunyada xosbext etsin.Allahin sevdiyi bende olasan InseAllah gul

  12. polo dedi ki:

    cox sagol \"YA FATIME\" yazdigin bu gozel sozlere gore allah razi olsun ellerin derd gormesin . bu dunyanin en uca xanimindan yazdigin ucun allah senden razi olsun applause

  13. Agresiv_qiz dedi ki:

    tesekkurler .allah razi olsun. applause

  14. gozel_qiz dedi ki:

    TWK MARAQLIDIR

  15. DaRk_AnGeL dedi ki:
    Cox sagol Allah razi olsun senden