Düşünmə məni!


Düşünmə məni!

Mən sənin ömrünə həsrət gətirdim…
Əlvida, sevgilim, düşünmə məni!
Özüm bilə-bilə səni itirdim…
Əlvida, sevgilim, düşünmə məni!

Könül səni sevdi, sənə isindi,
Yadigar qalası sözün, səsindi.
Təki sən xoşbəst ol, mənim bəsimdi!
Əlvida, sevgilim, düşünmə məni!


 
  

“Səni itirmərəm” dedim and içib,
Bildim ki, ürəyim tək səni seçib.
İndi o vədlərdən çox zaman keçib…
Əlvida, sevgilim, düşünmə məni!

Söylədim: Ömrünə gecikdim bir az…
Sən dedin: Sevməyin zamanı olmaz.
Amma ayrılırıq. gəməmiş bu yaz,
Əlvida, sevgilim, düşünmə məni!


 
  

Demə, vəfasızam, xəyanətim var!
İsmətim, qürurum, dəyanətim var!
Unutma, səndə bir əmanətim var!
Əlvida, sevgilim, düşünmə məni!

Yazma mənim üçün bu səmli seri,
Bir söz vermişəm mən, almaram geri.
İndi dağıtma gəl, sən göyü-yeri,
Əlvida, sevgilim, düşünmə məni!


 
  

Mən heç olmamışam…, unutmalısan!
Bu yükü qəlbindən sən atmalısan!
Qayğısız günlərə qayıtmalısan!
Əlvida, sevgilim, düşünmə məni!

İstərəm yanımda olasan yenə,
İstərəm ki, açam qəlbimi sənə.
Amma söyləyirəm mən dönə-dönə:
Əlvida, sevgilim, düşünmə məni!


 
  

Sənsizlik bağıma xəzan tez düşər,
Ağarar saçlarım, illər ötüşər.
Peşman olsam belə, de, nə dəyişər?
Əlvida, sevgilim, düşünmə məni!

Qışdan çıxmayacaq bizim sevgimiz!
Birgə vurmayacaq ürəklərimiz!
Yolumuz başqadır, ayrılırıq biz!
Əlvida, sevgilim, düşünmə məni!


 
  

jasminka

Şərhlər:

  1. DaRk_AnGeL dedi ki:
    Superrr elllerive sagliq)))
  2. ANGEL16 dedi ki:

    Super şeirdi cox sağ ol

  3. ...::EMERALD::... dedi ki:
    ELİNE SAGLİK
  4. jasminka dedi ki:

    haminiza tek tek tewekkurler

  5. Angel_a dedi ki:

    tesekkurler super şeirdi

  6. RED DEVIL dedi ki:

    ELA 6EIRDI twk