Ya Rəbb!!!

alt
Aləmlərə Rəbb olan sənsən
Görürsən hər şeyi sən öyrətdin mənə görməyi
Eşidirsən hər səsi sən öyrətdin mənə eşitməyi
Bilirsən hər nə varsa sən öyrətdin mənə bilməyi
Mən “heç nə” idim, sən var etdin, var oldum.
Varlığı sənlə bildim, yoxluğu sənlə öyrəndim
Sən ki, mənə saysız nemətlər baxş etdin.
Adlarla təciz etdin batinimi və zahirimi, həm var, həm yar etdin
Sən ki, məni dünya evinə buyur etdin, ağırladın, ikram etdin
Həmd də, şükür də tək sənədir!
Sən ki, mənə
Danışmaq üçün “dil”
Sevmək üçün “Ürək”
Düşünmək üçün “ağıl” verdin
Sən ki, mənə
Görmək üçün “göz”
Eşitmək üçün “qulaq”
Toxunmaq üçün “əl” verdin.
O qədər kasıbam ki, zənginliyin qarşısında, qəbul et acizliyimi
O qədər zəifəm ki, gücün qarşısında geri çevirmə çarəsizliyimi
O qədər qulam ki, elə bir Rəbbsən sən.
Sözləri lütfkarlıq etdin mənə
Ən gözəl sözlər sənindir, ən gözəl sözlər sənin üçündür
Məni bağışla səhvlərim, qüsurlarım, günahlarım üçün.
Bilirəm ki, sənin mərhəmətin
Comərd torpaqdan daha çoxdur.
Bilirəm ki, sənin rəhmətin
Yağan yağışdan daha çoxdur.
Yenə bilirəm ki, sənin şəfqətin
Ananın uşağına duydiğundan daha çoxdur.
Qapına qul olaraq gəldim, şərəfdir bu mənim üçün
Qarşındayam Ya Rəbb!
Qapından girməyə layiq et məni
Qapından girib qərq olum sonsuz rəhmətinə imdad et!
Məni özünü bilənlərdən et, özündən xəbərsiz etmə məni.
Məni gözəl bir vasitə et bu yalan dünyada salma şər yollarına.
Məni İmana əhil, İslama dəlil,həqiqətə ram,səadətə məram et
Yaratdığın “Su” və “Torpaq” və “Hava” və “Atəş” hikmətinə
“Əşrəfi məxluqlar” sirrinə çatdır məni Ya Rəbb!
“Əlif”-dən “Ya”-ya anlamağı və başa düşməyi nəsib et
AMİN…


Ya Fatime

Şərhlər:

  1. mirashka dedi ki:

    AMİN…

    twk

  2. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir.

    ALLAH Razi olsun !…

  3. _SAFURA_ dedi ki:

    Allah razi olsun

  4. UNDERCOVER dedi ki:

    4ox saol Allah razi olsun

  5. Angel_a dedi ki:

    cox sagol gozel yazi idi

  6. Jelannaya_013 dedi ki:

    supeeeeeeeeeeer ellerine saglix inan ele beyendim 4ox sagol…

  7. DaRk_AnGeL dedi ki:
    Cox sagol Allah razi olsun
  8. Ya Fatime dedi ki:

    Hamiya tesekkurler

  9. TARKAN dedi ki:

    sag ol maraqli idi xosum geldi minnetdaram

  10. ...::EMERALD::... dedi ki:
    ELINE SAGLIK…
  11. EQoiSTKa dedi ki:

    …SUPER PUPER…SPOSiBKi…

  12. _SAFURA_ dedi ki:

    ela weirdi, ellerin derd gormesin twk

  13. merry-girl dedi ki:

    Allah razi olsun
    men birinci defe oxudum redakte edende cox xosuma geldi

  14. Imperator dedi ki:

    Allah razi olsun give_rose give_rose give_rose

  15. Ya Fatime dedi ki:

    Allah cumlemizden razi olsun cox sagolun

    SoN_NeFeS,
    bu xeber mene aiddi gonderenden sonra gordum saytda var basqa sayta da qoymusdum ordan orda goturub kimse

  16. SoN_NeFeS dedi ki:

    bunu oxumusam taniw geldi

  17. _Anonimka_ dedi ki:

    ALLAH RAZI OLSUN

  18. polo dedi ki:

    ela cox sagokl bele gozel seire gore