Allahım…


Allahım yer üzünü ağzınacan doldurmuş zülmdən, haqsızlıqdan, ədalətsizlikdən, əxlaqsızlıqdan bütün qəlbimlə sənə şikayət edirəm.Allahım, haqqın hər yerdə süsdü olmasından, nahaqqın gurlamasından şikayət edirəm.Allahım, hər yerdə şeytanın bayrağının dalğalanmasından şikayət edirəm.Allahım, tapdanan haqqlardan, tökülən qanlardan, axan yaşlardan,cavabsız qalan dualardan sənə şikayət edirəm,Allahım. Allahım, zülmün, əxlaqsızlığın tüğyan etməsindən, fitnə-fəsadın hər yeri bürüməsindən şikayət edirəm.Allahım, sənin dinini tanınmaz hala salanlardan, öz çirkin simaları ilə bəndələrini sənin gözəl dinindən qaçıranlardan sənə şikayət edirəm.Haramlarının halal,halallarının haram sayılmasından, haqq əhlinin zillətdə, nahaqq əhlinin izzətdə olmasından, haqqın nazilib sapdan da nazik olmasından sənə şikayət edirəm, Allahım. Allahım, yer üzü zülmlə dolu olduğu halda gəlib onu eyni şəkildə haqq-ədalətlə dolduracaq olan, gəlişini bütün ktablarında, bütün peyğəmbərlərinin, bütün imamlarının, bütün övliyalarının dili ilə möhkəm şəkildə vəd etdiyim Mehdinin (ə) zühurunu tezləşdirməni istəyirəm səndən Allahım.Bütün haqq əhlinin dilindən istəyirəm.Haqqa sevgisinin, nahaqqa qəzəbini qoruyan bütün qəlblərin adından, haqqsızlıqla barışmayan qəlblərin adından istəyirəm.Əhli-Beytin tapdanan haqqı üçün acığından ilan kimi qıvrılanların, halallarının haram sayıldığı üçün yaralı pələng kimi çırpınanların adından istəyirəm.Sənin və dostlarının sevgisindən başqa bütün sevgiləri özünə haram edənlərin adından istəyirəm, Allahım.Bütün məzlumluların, bütün yaxşıların, bütün qeyrətlilərin, bütün mərdlərin, bütün ghaqqpərəstlərin adından istəyirəm, Allahım.İstədiyi verilməyincə heç bir şeylə ovunmayan körpə kimi istəyirəm, Allahım.Allahım, onun gəlişinə susuz torpaq suya möhtac olan kimi möhtacam, bir ömür qaranlıqda yaşayan işığa möhtac olan kimi, bir ömür qış yaşayan bahara möhtac olan kimi, bir ömür üşüyən istiyə möhtac olan kimi, vəhşi heyvandan qaçan sığınacağa möhtac olan kimi, suda boğulan tutacağa möhtac olan kimi möhtacam,Allahım.Dərdli qəlblərin təsəllisini göndər Allahım, Yaralı sinələrin məlhəmini, bütün dərdlərin dərmanını göndər Allahım.Bütün qaranlıqların işığını, 100 illərin qışının baharını göndər Allahım.Haqqı dirildib ucaldanı, bütün gözyaşlarını siləni, yaraları sarıyanı, bütün əyrilikləri düzəldəni, yanıqları bərpa edəni, məzlumların intiqamçısını, haqqları qaytaranı, yaxşıların mükafatını, pislərin bəlasını verəni göndər Allahım.Ey vədi vədlərin ən gerçəyi olan Allahım.Ey gözyaşlarına rəhm edən , peşman olanı bağışlamağı sevən Allahım.Ey məzlumun intiqamını zalımdan almağı sevən Allahım.Ey nahaqqla yüksələni alçaltmağı, haqq üstündə əziləni ucaltmağı sevən Allahım.Ey haqqın mükafatını, nahaqqın cəzasını verməyi sevən Allahım. Ey hamı ümidsizləşəndə dada çatmağı, pənah yeri görsənməyəndə pənah verməyi sevən Allahım.Ey sevindirməyi sevən Allahım.Səni and veririk peyğəmbərinə və Əhli-Beytinə, onların fədailərinə və sadiqlərinə,Onların sənin yolunda çəkdikləri bütün müsibətlərə və udduqları qəhərlərə, onlarla sənin aranda yaşanmış və ancaq sənin və onların bildiyi, keçə bilmədiyim bütün qapıları.Sevindir bizi! Sevindir bizi! Sevindir bizi!

Ya Fatime

Şərhlər:

  1. polo dedi ki:

    canim bajiwim cox sagol ellerin derd gormesin

  2. yAgmurlar dedi ki:

    Allah savabina yazsin

  3. Optimist... dedi ki:

    XEBERE GORE TESEKKURLER…

  4. RED DEVIL dedi ki:

    ALLAH razi olsun..ela

  5. _SAFURA_ dedi ki:

    Allah razi olsun tewekkurler girl_ang

  6. muri dedi ki:

    cox sagolun twkler

  7. ...::EMERALD::... dedi ki:

    Allah razi olsun…

  8. ADMIRAL-711 dedi ki:
    cox sag ol bele gozel dini xebere gore
  9. jasminka dedi ki:
    TEWEKKURLER ALLAH RAZI OLSUN!!!
  10. Angel_a dedi ki:

    Cox sag ol Allah razi olsun

  11. gulshan dedi ki:

    aqshin fatehin ifasinda qulaq asmisham bu sozlere cox gozel sozlerdi Allah razi olsun

  12. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir.

    ALLAH Razi olsun !…