Seni Sevirəm

alt
Ulduzlar idi sənin ürəyin, buna görə səmaya baxardım həmişə..
Səbəbini bilmədiyim bir dinclik idi, gecələri ay işığında ulduzları izləmək, orada məni çəkən bir şey vardı, səssiz, sirrli və də müəmmalı..
Rəngləri axtarırdım səmada, mavini, qırmızını, çəhrayıdakı bozu, qaraya məhbus yaşılı, sonra gözlərin gəlir ağlıma..
Dayanıram!.. Boğazıma bir şeylər düyünlənir..
Sənə dair minlərlə söz gəlir ağlıma, sonra sevməyə dair deyilmiş bütün sözləri söyləmək, dünyaya qışqırmaq istəyirəm, amma gülümsəyirəm yavaşca..
Bu nəyə yarayacaqdı ki?

Sevməyə dair yazılmış və deyilmiş bütün sözləri söyləsəm də içimdəki bu səni izah edə bilməzdi ki onlar..
Yaşamaq lazım idi səni anlamaq üçün, çünki sən yalnız məna idin..
Gecələri səmaya baxdığımda, ağılıma düşən bir məna idin sən..
Anlayıb da izah edə bilmədiyim bir məna, yan-yana qoyduğumda hər şeyi mənasızlaşdıran bir məna idin.

Səndən daha mənalısı vardırmı görəsən..?

Daha isti bir toxunuş..?
Daha isti bir öpüş..?
Daha içdən bir qucaqlama..?

Və səndən daha dərin baxa biləcək bir göz var idi.. ?
İndi gecənin qoynundayam, xəyalinla sevişirəm, təkliyimdə yastığımı qucaqlayıram, onunla dərdləşirəm hər gecə..
Aynalarda axtarıram sənin toxunduğun məni, aynalarda axtarıram bədənimdəki izlərini, aynalarda axtarıram itirdiyimi!

İndi sənə dair tək bir şey bilirəm..
” YASTIQDA QURUTDUĞUM GÖZYAŞIMSAN SƏN”

RED DEVIL

Şərhlər:

  1. DaRk_AnGeL dedi ki:

    ALLAH sevenleri qovuwdursun..Cox sagol xebere gore

  2. jasminka dedi ki:

    MEN AMMA YOOOOOOOOOOX

  3. Emo_Girl dedi ki:

    Amin herkese heyata xosbextlik arzu edirem

  4. Angel_a dedi ki:

    Emo_Girl,
    Amin heart heart

    tesekkur xebere gore

  5. ...::EMERALD::... dedi ki:

    ELİNE SAGLİK