Gedəcək bir adamı sevirəm

Siz heç gedəcəyinə əmin olduğunuz birini sevdinizmi?
Yanlız sevdiyiniz üçün yanınızda olmasını istəmənin haqsızlıq olacağını,
sizinki qədər olmasa da,onun ürəyində yeriniz olduğuna 
inandığınız bir adamı sevmənin nə qədər çətin olduğunu bilirsinizmi?

Nə mənə nə başqasına aid olan:bir çinar kimi tək yaşayan,özgürlüyünü
əllərinə qandal etməmiş bir adamı sevdim.Hər düşündüyümdə ürəyimi 
sızladır sevgim.Necə izah etməli bu duyğunu bilməm ki?
Həkimlərin öləcək dediyi xəstənin başında gözləmək kimi,
əlinizdən bir şey gəlməz,yanlız onunla keçən zamana şükür edərsiniz.
Nə qədər hazır ola bilər ki insan?

Ayrılığın çox uzaq olmadığını bilə-bilə sevmək.Ürəyinin qaldıracağından daha 
ağır bir yük kimi amma elə dayanıqlı ki bu ürək sanki ətdən qandan deyil də dəmirdən.
Nə vaxt ürəyə eşq atəşi düşsə bil ki canın yanacaq,elə böyük alov topları yanacaq ki,
içində hər yan kül duman olacaq.Gözündən yaş yerinə ömrün axacaq.

Birinə tutuldunsa,söz keçirə bimirsənsə ürəyinə,özünü yanğınlara hazırlayacaqsan.
Gedəcək bir adamı sevdim.Özünə zülüm etmək belə olmalı,amma
bu zadəgan olanı.Qarşılıq gözləmədən sevməyi öyrədirəm ürəyimə.
Olduğu qədəriylə kifayətlənərək dadını çıxarıram.

Sonu ayrılıq olacaq bir eşqə qaçıram.Üstüm başım nə qədər çirkli olsa da,
sevgimi tərtəmiz təqdim edirəm sənə.İstər al istər alma.
Amma mən eşqə inancını itirənlərə inad və eşqə baxmayaraq.
Dimdik sevdamın arxasında dururam.
Hər həyat xoşbəxt bitəcək deyil ki?Mən payıma düşəni götürdüm.
Gedəcək bir adamı sevirəm.

WiRiNiM

Şərhlər:

  1. polo dedi ki:

    ilk rey menden super idi

  2. Optimist... dedi ki:

    xebere gore tesekkur…

  3. DaRk_AnGeL dedi ki:

    Cox sagol xebere gore

  4. RED DEVIL dedi ki:

    maragliydi twk

  5. UNDERCOVER dedi ki:

    4ox saol dosi

  6. Tix_Tix_Xanim dedi ki:
    Tesiredici movzudur,tesekkur
  7. jasminka dedi ki:

    ELA YAZIDIR SUPPA CHOOX BEYENDIM

  8. BAYACAM dedi ki:

    TWK XEBERE GORE