Bir qadınım olsun istədim…

Bir qadınım olsun istədim… bu dunyaya o mənim üçün gəlsin, sadəcə mənə aid olsun.Onunla gəzərdim bu dünyanı,sonra göstərərdim ona onun dünyasını.Mən çox şey istəmədim ki…sadəcə bir qadınım olsun istədim!

Baxsın saatlarla seriallara,mən isə ona baxım.Sonra danışsın mənə serialları,dinləyim onu böyük maraqla.Mən çox şey istəmədim ki…sadəcə bir qadınım olsun istədim!


Boyasın hər gün saçlarını bir rəngə,gah olsun sarışın,gah qaraşın,gah da bir başqa.Mən hər rəngi ilə sevim onu doya-doya.Mən çox şey istəmədim ki…sadəcə bir qadınım olsun istədim!

Gəzək onunla bütün Bakının dükanlarını,alsın özünə istədyini,bəyəndiyini, gördüyünü.Saatlarla geyinsin,dəyişsin,seçsin,mən də baxım ona doya -doya. Daşıyım onun aldıqlarını sevə-sevə.Mən çox şey istəmədim ki…sadəcə bir qadınım olsun istədim!


Etsin hər cür dəcəllik,gah dondurmanı üzümə sürtsün,gah da colanı üstümə dağıtsın.Baxım gülüm ona doya-doya.Mən çox şey istimədim ki…sadəcə bir qadınım olsun istədim!

Onun hər öpüşü zəhər olsa,razıyam ölüm mən hər gün,hər gecə.Yaşayım ölümü onun həyat bəxş edən o məsum dodaqları ilə.Mən çox şey istəmədim ki…sadəcə bir qadınım olsun istədim!


Naz etsin mənə saatlarla,nazından dünyadakı bütün çiçəklər qurusun, bir hə sözünü alana qədər Fərhad tək qayaları yarım,istəsə bütün dünyanı yandırım.Mən çox şey istəmədim ki…sadəcə bir qadınım olsun istədim!

Yatardım onun balkonun altında,bütün sevgi mahnılarını oxuyardım onun üçün,gitara çalardım ay işığı altında,o bir tək eyvana çıxsın onu görüm deyə.Mən çox şey istəmədim ki…sadəcə bir qadınım olsun istədim!


Onun mənə toxunuşu günah olsa belə mən bu günahı qazanmaq istərdim, onun baxışları qəlb yandırsa belə mən qəlbimi yandırmaq istərdim.Mən çox şey istəmədim ki…sadəcə bir qadınım olsun istədim!

Hər baxdığım gözəllikdə,hər olduğum məkanda,hər qarşıma çıxan qızda mən sadəcə onu görmək istədim,mən çox şey istəmədim ki…sadəcə bir qadınım olsun istədim!


Hər yatdığımda,hər qalxdığımda ilk edəcəyim şey ona sms yazmaq olmasını istədim.Mən çox şey istəmədim ki… sadəcə bir qadınım olmasını istıdim!

Mənə açılan müsahibələrdə,mənə verilən suallarda qoy soruşsunlar bu dunyaya nə üçün gelmişik,mənsə deyim sizi bilmirəm,mən onu sevmək üçün gəlmişəm.Mən çox şey istəmədim ki…sadəcə bir qadınım olsun istədim!


Bir qadınım olsun istədim.Bir milyon qızılgül olmasa da,hər gün bir qızılgül hədiyyə edim ona.Mən çox şey istəmədim ki…sadəcə bir qadınım olsun istədim!

Üzümü ona tutub deməzdim mən hər kəsdən çox səni sevirəm,tutardım üzümü hər kəsə deyərdim mən hər kəsdən çox onu sevirəm.Mən çox şey istəmədim ki…sadəcə bir qadınım olsun istədim!


Silərdim bütün ayrılıq,bütün lezva mahnıları,cırardım daha sevgiyə inanmıram kimi yazıları…bütün dünyaya sübut edərdim ki,o sevginin tam özüdür.Mən çox şey istəmədim ki…sadəcə bir qadınım olsun istədim!

Qoy hər gün danşsın mənə nağıllar,inanım qırmızı papağa,
Məlikməmmədə.Mən olum Qvazimoda,o olsun Esmiralda.Mən çox şey istəmədim ki…sadəcə bir tək qadınım olsun istədim!


Mən çox şey istəmədim ki…anam qədər sitayiş edə biləcək ikinci bir qadın olmasını…və o qadının mənim olmasını istədim!!!

new_frend

Şərhlər:

  1. DaRk_AnGeL dedi ki:
    Cox sagol ellerine sagliq
  2. YEDiNKA dedi ki:

    twk maraqli idi applause

  3. UNDERCOVER dedi ki:

    4ox saol maraqli xeber4un

  4. SoN_NeFeS dedi ki:

    guya indi bele kiwiler vardaa yoxdu elbette((neysee maraqli xebere gore twk

  5. Agresiv_qiz dedi ki:

    o qadin olanda indi yazdiqlarinin hec birin elemiyeceysen.=)))xebere gore twk

  6. merry-girl dedi ki:

    mmmmmmm maraqlidi bacus ellerine sagliq redakte superrrrrrrrr,xebere gore thanks

  7. polo dedi ki:

    ellerin derd gormesin