Əzbərlənməsi gərəkən dualar


1.Yuxudan öncə 
“بِاسْمِكَ اللَّهُمَّ أَمُوتُ وَأَحْيَا”
«Bismikə-l-lahummə əmutu və əhyə» “
Allahım! Sənin adınla ölürəm və dirilirəm”.

2.Yuxudan qalxanda:
“الْحَمْدُ للهِ الَّذِي أَحْـيَانَا بَعْدَ مَا أَمَاتَنَا وَإِلَيْهِ النُّشُورُ
«Əlhəmdu li-l-ləhi-l-ləzi əhyənə badə mə əmətənə və ileyhi-n-nuşur» 
“Həmd – bizi öldürdükdən sonra dirildən Allaha məxsusdur, və biz Ona qayıdacağıq”.

3.Yuxuda qorxarsa
أَعُوذُ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ غَضَبِهِ، ومن َشَرِّ عِبَادِهِ، وَمِنْ هَمَزَاتِ الشَّيَاطِينِ وَأَنْ يَحْضُرُونِ”
«Əuzu bikəliməti-l-ləhi-t-təmməti min ğadabihi va iqabihi, va şərri ibədihi va min həməzəti-ş-şəyatıni va ən yahduruni» 
“Qəzəbindən və cəzasından, qullarının şərindən, şeytanın vəsvəsələrindən və onların mənə hazırladıqlarından Allahın kamil kəlmələrinə sığınıram”.

4.Yatan insan yuxu gördükdə
“Biriniz yuxusunda sevdiyi röyanı görərsə, bu Allahdandır. Buna görə Allaha həmd-səna etsin və yuxusunu insanlara danışsın. Əgər xoşuna gəlməyən yuxu görərsə, bilsin ki, bu şeytandandır. Belə yuxunun şərindən Allaha sığınsın və onu heç kəsə danışmasın. Bu halda ona ziyan verə bilməz”.

5.Mənzildən çıxarkən
“اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ أَنْ أَضِلَّ أَوْ أُضَلَّ ، أَوْ أَزِلَّ أَوْ أُزَلَّ ، أَوْ أَظْلِمَ أَوْ أُظْلَمَ ، أَوْ أَجْهَلَ أَوْ يُجْهَلَ عَلَيَّ
«Allahummə inni əuzu bikə ən ədillə, auv udall, auv əzillə, auv uzəll, auv azlım, auv uzlam, auv əchəl, auv yuchəl aleyyə» 
“Allahım, Sənin yolundan azmaqdan, azdırılmaqdan, insanlar qarşısında alçalmaqdan və alçaldılmaqdan, zülm etməkdən, zülm edilməkdən, başqasına qarşı cahillik etməkdən və mənə qarşı cahillik edilməsindən Sənə sığınıram”.

6.Məscidə girərkən
Məscidə sağ ayaq ilə daxil olub bu duanı deyirsən: 
“بِسْمِ اللهِ ، وَالصَّـلاَةُ وَالسَّلاَمُ عَلَى رَسُولِ اللهِ اللَّهُمَّ اللَّهُمَّ اغْفِر لي ذُنُوبي وافتح لي أبواب رحمتك”
«Bismi-l-ləh, va-s-salətu va-s-sələmu alə rasuli-l-ləh Allahummə-ğfir li zunubi və-ftəh li əbvabə rahmətikə» “Allahın adı ilə, salavat və salam Allahın Rəsuluna olsun. Allahım! Mənim günahlarımı bağışla və mənə rəhmətinin qapılarını aç”.

7.Məsciddən çıxarkən
Məsciddən sol ayaqla çıxıb bu duanı demək lazımdır: 
“بِسْمِ اللهِ ، وَالصَّلاَةُ وَالسَّلاَمُ عَلَى رَسُولِ اللهِ ، اللَّهُمَّ اغْفِر لي ذُنُوبي وافتح لي أبواب فضلك”
«Bismi-l-ləh, va-s-salətu va-s-sələmu alə rasuli-l-ləhi, Allahummə-ğfir li zunubi və-ftəh li əbvabə fadlikə.» “Allahın adı ilə, xeyir dua və salam Allahın elçisinə! Allahım! Mənim günahlarımı bağışla və mənə səxavətinin qapılarını aç”.

8.Yeni evlənənə 
“بَارَكَ اللهُ لَكَ وَبَارَكَ عَلَيكَ وَجَمَعَ بَيْنَكُمَا فِي خَيرٍ”
«Bərakə-l-lahu ləkə va bərakə aleykə va cəməa beynəkumə fi xeyrin» “Allah mübarək etsin və bərəkət versin, Allah hər ikinizi xeyirlə birləşdirsin”.

9.Xoruz banını və ya uzunqulaq anqırtısını eşitdikdə
“Uzunqulağın anqırtısını eşitdikdə lənətlənmiş şeytandan Allaha sığının “Əuzu billəhi minə-ş-şeytani-r-rəcim” – deyin”. Çünki bu zaman o şeytanı görür. Əgər xoruzun banladığını eşitsəniz Allahın səxavətindən istəyin. Çünki bu zaman o mələk görür”. “Gecə vaxtı itlərin ulaşmasını və uzunqulağın anqırtısını eşitdikdə Allaha sığının, “Əuzu billəhi minə-ş-şeytani-r-rəcim” – deyin”.

10.Səni Allah üçün sevdiyini deyənə cavab:
Ənəs deyir ki, bir kişi Peyğəmbərin ق(s.a.v) yanında dayanmışdı. Başqa bir nəfər də oradan keçərkən Peyğəmbərə ق dedi: Ey Allahın elçisi, mən bu adamı sevirəm. Peyğəmbər ق dedi: “Bunu ona bildirmisənmi?” O dedi: Xeyr. Peyğəmbər ق dedi: “Bunu ona bildir!” Kişi özünü o adama yetişdirib dedi: “Mən səni Allah üçün sevirəm!” O adam isə dedi: Məni kimə görə sevmisənsə O, da səni sevsin.

11.Asqırdıqda
“Biriniz asqırdıqda “əlhəmdulilləh” desin. Dostu və ya yoldaşı da ona “Yərhəmukəllah” (Allah sənə rəhm etsin) desin. Əgər ona yərhəmukəllah deyilərsə, belə cavab versin: “Yəhdiyəkumullahu və yuslih baləkum”. Əgər kafir asqırıb Allaha həmd edərsə, sən ona: Yəhdiyəkumullahu de, yərhəmukəllahu demə.

12.Qəm-kədər duası
لا إله الا الله العظيم الحليم. لا اله الا الله رب العرش العظيم. لا اله الا الله رب السموات و رب الأرض و رب العرش الكريم”
“Lə iləhə illə-l-lahu-l-azimu-l-həlim. Lə iləhə illə-l-lahu rabbu-l-arşi-l-azim. Lə iləhə illə-l-lahu rabbu-s-səmavati və rabbu-l-ardi va rabbu-l-arşi-l-kərim” “Əzəmətli və mərhəmətli Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Əzəmətli ərzin rəbbi Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Göylərin, yerin və hörmətli ərşin rəbbi Allahdan 
başqa ibadətə layiq haqq məbud yoxdur.”
“الله الله ربي لا اشرك به شيئا”
“Allahu, Allahu rabbi. Lə uşriku bihi şey`ən” “Allah, Allahdır mənim Rəbbim. Mən Ona heç nəyi şərik qoşmuram.”

13.Düşmənə qarşı
“اللهم مجري السحاب منزل الكتاب سريع الحساب اهزم الأحزاب اللهم اهزمهم و زلزلهم”
“Allahummə mucriyə-s-səhab, munzilə-l-kitab, səriə-l-hisab ihzimi-l-əhzab. Allahumməhzimhum va zəlzilhum”. “Buludları hərəkət etdirən, kitab endirən, haqq-hesabı tez edən Allahım düşmənləri məhv et. Allahım onları məğlub et, onları ixtilafa sal”.

14.Çətinliyə düşdükdə
“اللهم لا سهل الا ما جعلته سهلا و انت تجعل الحزن اذا شئت سهلا”
“Allahummə lə səhlə illə mə cəaltəhu səhlən va əntə təcəlu-l-huznə izə şitə səhlən”. “Allahım Sənin asanlaşdırdığın işdən başqa asan iş ola bilməz və Sən istəsən kədəri də tahat edərsən.”

15.Borcu qaytarmaq üçün dua
اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْهَمِّ وَالْحَزَنِ، وَالْعَجْزِ وَالْكَسَلِ، وَالْبُخْلِ وَالْجُبْنِ، وَضَلَعِ الدَّيْنِ وَغَلَبَةِ الرِّجَالِ 
«Allahummə inni əuzu bikə minə-l-həmmi va-l-həzəni, va-l-kəsəli, va-l-buxli va-l-cübni, va daləi-d-deyni va ğaləbəti-r-ricəl» “Allahım! Həqiqətən, narahatçılıqdan və kədərdən, acizlikdən, tənbəllikdən, xəsislikdən və qorxaqlıqdan (cəsarətsizlik), borc yükü altında qalmaqdan və insanların çərənçiliyindən (boşboğazlığından) Sənə sığınıram”.

16.Ayaqyolu, hamam
“اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْخُبْثِ وَالْخَبَائِثِ”
Ayaqyoluna girəndə: «Allahummə inni əuzu bikə minə-l-xubsi va-l-xabəisi» “Allahım, pislikdən və murdarlıqdan Sənə sığınıram!”
“غُفْرَانَكَ”
Çıxanda: «Ğufranəkə» “Allahım, məni bağışla”.

17.Namazda vəsvəsə gələrsə
“Namazda insana vəsvəsə verən şeytanın adı xinzəbdir. Əgər sənə vəsvəsə verdiyini hiss etsən, ondan Allaha sığın və sol tərəfinə üç dəfə tüpür”.

18.Səcdədə
اللَّهُمَّ اغْفِرْ ليِ ذَنْبِي كُلَّهُ ، دِقَّهُ وَجِلَّهُ ، وَأَوَّلَهُ وَآخِرَهُ ، وَعَلاَنِيَتَهُ وَسِرَّهُ”
«Allahummə-ğfirli zənbi kulləhu, diqqahu va cilləhu, va avvaləhu va əxirahu va aləniyətəhu va sirrahu» “Allahım! Günahlarımın hamısını – kiçiyini və böyüyünü, ilkini və sonuncunu, gizlini və aşkarını bağışla”.
“سبحانك ربي و بحمدك اللهم اغفرلي”
“Subhanəkə rabbi və bihəmdikə-l-lahummə-ğ-firli”.
“Ey Rəbbim, sən nöqsanlardan və eyiblərdən paksan. Sənə həmd 
olsun. Allahım məni bağışla.”
“اللَّهُمَّ إِنِّي أَعُوذُ بِرِضَاكَ مِنْ سَخَطِكَ ، وَبِمُعَافَاتِكَ مِنْ عُقُوبَتِكَ ، وَأَعُوذُ بِكَ مِنْكَ ، لاَ أُحْصِي ثَنَاءً عَلَيْكَ أَنْتَ كَمَا أَثْنَيْتَ عَلَى نَفْسِكَ”
كَمَا أَثْنَيْتَ عَلَى نَفْسِكَ”
«Allahummə inni əuzu birıdakə min səxatıkə va bimuafətikə min uqubətikə və əuzu bikə minkə, lə uhsı sənəən aleykə əntə kəmə əsneytə alə nəfə» “Allahım! Məndən razı qalmaq üçün Sənin qəzəbindən, bağışlanmaq üçün Sənin cəzandan və Səndən Sənə sığınıram, Sənə olan həmd-sənaların sonu yoxdur, Sən özünü həmd-səna edən kimisən”

19.Tilavət səcdəsində
»اللَّهُمَّ لَكَ سَجَدْتُ، وَبِكَ آمَنْتُ، وَلَكَ أَسْلَمْتُ، سَجَدَ وَجْهِيَ لِلَّذِي خلقه و صوره و َشَقَّ سَمْعَهُ وَبَصَرَهُ، تَبَارَكَ اللهُ أَحْسَنُ الْخَالِقِينَ«
«Allahummə ləkə səcədtu və bikə əməntu, və ləkə əsləmtu, əntə rabbi, səcədə vachiyə lilləzi şəqqa səmahu va basarahu, təbərakə-l-llahu əhsənu-l-xaliqin». «Allahım, Sənə səcdə etdim, Sənə iman gətirdim və Sənə təslim oldum. Üzüm onu yaradana, surət verənə, ona eşitmə və görmə qabiliyyəti verənə səcdə edir. Ən gözəl yaradan Allah, pakdır, müqəddəsdir»

20.Namazda ilk təkbirdən sonra
اللَّهُمَّ بَاعِدْ بَيْنِى وَبَيْنَ خَطَايَاىَ كَمَا بَاعَدْتَ بَيْنَ الْمَشْرِقِ وَالْمَغْرِبِ اللَّهُمَّ نَقِّنِى مِنْ خَطَايَاىَ كَمَا يُنَقَّى الثَّوْبُ الأَبْيَضُ مِنَ الدَّنَسِ اللَّهُمَّ اغْسِلْنِى مِنْ خَطَايَاىَ بِالثَّلْجِ وَالْمَاءِ وَالْبَرَدِ »
«Allahummə bəid beyni və beynə xətayəyə, kəmə baədtə beynəl məşriqi vəl məğrib. Allahummə nəqqini min xətayəyə kəmə yunəqqəs sovbul əbyadu minəd dənəs. Allahumməğsilni min xətayəyə bis səlci vəl məi vəl bərəd». «Allahım, şərqlə qərbi biri-birindən necə uzaq etmisənsə, məni də günahlarımdan elə uzaq et. Ağ paltar çirkabdan necə təmizlənirsə, mənim günahlarımı da elə təmizlə. Allahım mənim günahlarımı qar, yağış və buz ilə yu».

21.Namazın sonunda
اللَّهُمَّ إِنِّي ظَلَمْتُ نَفْسِي ظُلْمًا كَثِيرًا ، وَلاَ يَغْفِرُ الذُّنُوبَ إِلاَّ أَنْتَ ، فَاغْفِرْ ليِ مَغْفِرَةً مِنْ عِنْدِكَ وَارْحَمْنِي ، إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ”
«Allahummə inni zaləmtu nəfsi zulmən kəsiran, va lə yəğfiru-z-zunubə illə ənt, fəğfirli məğfiratən min indikə varhamni, innəkə əntə-l-ğafuru-r-rahim» “Allahım! Mən nəfsimə çox zülm etdim. Günahları bağışlayan ancaq Sənsən. Bağışla və rəhm et. Şübhəsiz, Sən Bağışlayan və Mərhəmətlisən”.

22.Namazdan sonra
“اللَّهُمَّ أَعِنِّي عَلَى ذِكْرِكَ ، وَشُكْرِكَ ، وَحُسْنِ عِبَادَتِكَ”
«Allahummə əinni alə zikrik, va şukrik, va husni ibədətik» “Allahım! Sənə zikr etməkdə, Sənə şükr etməkdə və Sənə gözəl ibadət etməkdə mənə yardım et.”
اللهم إني أعوذ بك من الكفر و الفقرو عذاب القبر”
“Allahummə inni əuzu bikə minə-l-kufi və-l-fəqri və azəbi-l-qabr” “Allahım mən küfrdən, kasıbçılıqdan və qəbr əzabından Sənə sığınıram.”

23.Yaxşılıq edənə
Bir adama yaxşılıq edilər və o da yaxşılıq edənə “Cəzakəllahu xeyran” “Allah səni xeyirlə mükafatlandırsın!” – deyərsə, yetərincə tərifləmiş olar. Qarşı tərəf isə cavabında: “va cəzakə”, yaxud “və iyyəkə” “Sənə də!” – desin.

24.Yağış yağdıqda
“اللَّهُمَّ صَيّبًا نَافِعًا”
İki və ya üç dəfə: «Allahummə sayyibən nəfian» “Allahım, bu yağışdan bizə fayda ver”.
“مُطِرنَا بِفَضلِ اللهِ وَرَحمَتِهِ”
«Mutırnə bifadli-l-ləhi va rahmətihi» “Bizim üçün Allahın fəziləti və mərhəməti ilə yağış yağdı”. Bundan sonra istədiyi duanı edir. Bu zaman edilən dualar qəbul olunar.

25.Külək əsdikdə
اللَّهُمَّ إنِّى أسْألُكَ خَيرَهَا ، وخَيرَ مَا أُرسِلَتْ بِهِ ، وأعُوذُ بِكَ مِن شَرِّهَا ، وشَرِّ مَا فِيهَا ، وَشَرِّ مَا أُرسِلَتْ بِهِ”
«Allahummə inni əsəlukə xeyrahə, va xeyra mə ursilət bihi va əuzu bikə min şərrihə va şərri mə fihə, va şərri mə ursilət bihi» “Allahım, Sən¬dən onun xeyrini, onda olanın xeyrini, onunla göndərilmiş hər şeyin xeyrini diləyirəm. Onun şərindən, onda olanın şərindən, onunla göndərilmiş hər şeyin şərindən Sənə sığınıram.”

26.Təzə doğmuş ayı gördükdə
“اللَّهمَّ أَهِلّهُ عَلَينَا بِالأمنِ والإيمانِ والسَّلاَمةِ والإسلاَمِ هلال خير و رشد رَبُّنَا وَرَبُّكَ اللهُ”
«Allahu əkbər, Allahummə əhilləhu aleynə bi-l-əmni va iməni va-s-sələməti va-l-isləm. Va hilalu xeyrin və ruşdin. Rabbunə va rabbukə-l-lah» “Allah hər şeydən böyükdür. Allahım bizə təhlükəsizlik, iman, salamatlıq və islam bəxş et. Xeyir və düzgünlüklə dolu hilal, bizim də Rəbbimiz Allahdır, sənin də”.

27.Müsafirlə vidalaşarkən
أستَودِعُ اللهَ دِينَكَ وأمَانَتَكَ وَخَوَاتِيمَ عَمَلِكَ”
«Əstavdiu-l-lahə dinəkə va əmənətəkə va xavatimə a`məlikə» “Sənin dinini, əmanətini və işinin nəticələrini Allaha əmanət edirəm”.
“أستَودِعُكَ اللهَ الَّذِي لاَ تَضِيعُ وَدَائِعُهُ”
«Əstavdiukumu-l-ləhi-l-ləzi lə tədıu vadəiuhu» “Sizi əmanətləri itməyən Allaha əmanət edirəm.”

28.Səfər duası
“اللهُ أكْبَرُ، اللهُ أكْبَرُ، اللهُ أكْبَرُ،  سُبحَانَ الَّذِي سَخَّرَ لَنَا هَذا وَمَا كُنَّا لَهُ مُقْرِنِينَ وَإِنَّا إلى رَبِّنَا لَمُنقَلِبُونَ اللَّهُمَّ إنَّا نَسألُكَ فِي سَفَرِنَا هَذَا البِّرَ والتَّقوَى وَمِنَ العَمَلِ مَا تَرضَى، اللَّهمَّ هَوِّنْ عَلَينَا سَفَرِنَا هَذَا واطْوِ عَنَّا بُعدَهُ، اللَّهمَّ أنْتَ الصَّاحِبُ في السَّفَرِ والخَلِيفَةُ في الأهِلِ، اللَّهمَّ إنِّي أعُوذُ بِكَ مِن وَعَثَاءِ السَّفَرِ، وكَآبَةِ المنَظَرِ، وسُوءِ المُنقَلَبِ فِي المَالِ والأهْلِ”
«Allahu əkbər, Allahu əkbər, Allahu əkbər! Subhanə-l-ləzi səxxara lənə həzə va mə kunnə ləhu muqrınin va innə ilə rabbinə 
ləmunqalibun. Allahummə innə nəsəlukə fi səfərinə həzə-l-birra va-t-təqva va minə-l-aməli mə tərda, Allahummə həvvin aleynə səfəranə həzə vatvi annə budəhu, allahummə əntə-s-sahibu fi-s-səfəri va-l-xəlifətu fi-l-əhli, Allahummə inni əuzu bikə min vasəi-s-səfəri, va kəəbəti-l-mənzari va sui-l-munqaləbi fi-l-məli va-l-əhli» “Allah hər şeydən böyükdür. Allah hər şeydən böyükdür. Allah hər şeydən böyükdür. Bunları bizə ram edən Pak və Nöqsansız Allahdır. Bizim onlara gücümüz çatmazdı. Həqiqətən, biz Rəbbimizin yanına qayıdacağıq. Allahım, bu səfərimizə Səndən möminlik və Allah qorxusu, Sənin razı qaldığın işləri görməyimizi diləyirik. Bu səfərimizi bizim üçün rahat et, onun uzaqlığını bizə bildirmə. Allahım, səfərdəki adamın özünə yoldaş, ailəsinə hami Sənsən. Allahım, yol yorğunluğundan, kədərli mənzərədən, mal və ailədə pis hadisədən Sənə sığınıram”. Qayıdanda da eyni sözləri demək və əlavə etmək lazımdır: 
“آيِبُونَ تَائِبُونَ عَابِدُونَ لِرَبِنَا حَامِدُونَ”
«Əyibunə, təibunə, abidunə, lirabbinə hamidunə» “Evimizə qayıdırıq, tövbə, ibadət və öz Rəbbimizə həmd edənlərdənik.”

29.Yatmaq istəyərkən
اللَّهُمَّ أَسْلَمْتُ نَفْسِي إِلَيْكَ ، وَفَوَّضْتُ أَمْرِي إِلَيْكَ ، وَوَجَّهْتُ وَجْهِي إِلَيْكَ ، وَأَلْجَأْتُ ظَهْرِي إِلَيْكَ رَغْبَةً وَرَهْبَةً إِلَيْكَ ، لاَ مَلْجَأَ وَلاَ مَنْجَا مِنْكَ إِلاَّ إِلَيْكَ ، آمَنْتُ بِكِتَابِكَ الَّذِي أَنْزَلْتَ وَبِنَبِيِّكَ الَّذِي أَرْسَلْتَ”
«Allahummə Əsləmtu Nəfsi Ileykə, Va Fəvvadtu Əmri Ileykə, Va Vaccəhtu Vachi Ileykə, Va Əlcətu Zahri Ileykə, Rağbətən Va Rahbətən Ileykə, Lə Məlcəə Va Lə Məncə Minkə Illə Ileykə, Əməntu Bikitəbikə-L-Ləzi Ənzəltə Va Bi Nəbiyyikə-L-Ləzi Ərsəltə» “Allahım! Nəfsimi Sənə Təslim Etdim. İşimi Sənə Həvalə Etdim. Üzümü Sənə Çevirdim. Sənə Ümid Edərək Və Səndən Qorxaraq Sənə Kürəyimi Çevirərək Sənə Arxalandım. Sənə Pənah Gətirmək Və Səndən Çəkinmək Ancaq Sənə Üz Çevirməkdədir. Endirdiyin Kitaba Və Göndərdiyin Peyğəmbərə Iman Gətirdim”.
“الْحَمْدُ للهِ الَّذِي أَطْعَمَنَا، وَسَقَانَا، وَكَفَانَا، وَآوَانَا، فَكَمْ مِمَّنْ لاَ

Angel_a

Şərhlər:

  1. Sabiw dedi ki:

    Allah razi olsun

  2. hisham dedi ki:

    ezberlenesi en qisa ve lazimli dua;rebbena atina fiddunya hesene ve fil axireti hesene ve ghina ezabennar.butun o dediklerin burada cemlenib

  3. Angel_a dedi ki:

    UNDERCOVER,
    RED DEVIL,
    cox sag olun

  4. RED DEVIL dedi ki:

    ALLAH RAZI OLSUN,HAMSINI KOPIRAVAT ELEDIM

  5. UNDERCOVER dedi ki:

    4ox saol allah razi olsun

  6. jasminka dedi ki:

    ALLAH RAZI OLSUN

  7. Ya Fatime dedi ki:

    Allah razi olsun Allah her bir mominin duasini qebul etsin InseAllah
    Sagol bacim ellerin derd gormesin

    Allahim! Senin adinla olurem ve dirilirem

  8. _SAFURA_ dedi ki:

    Allah razi olsun

  9. polo dedi ki:

    cox sagol ellerin drd gormesin duzdu hec birini ezbere bilmirem lazim olduqda burdan yazib ezberleyerem

  10. DaRk_AnGeL dedi ki:
    Cox sagol ALLAH senden razi olsun
  11. YEDiNKA dedi ki:

    twk ALLAH razi olsun,Amin

  12. Agresiv_qiz dedi ki:

    vau bu qeder duani oyrenmey olar?neyse xebere gore tesekkurler allah razi olsun allahqoysa ezberliyerem hamisini twk

  13. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir.

    ALLAH Razi olsun !…