Ramazan ayiniz mubarek!

Ramazan ayiniz mubarek!

Bu gece müqeddes Ramazan ayının ilk gecesi – niyyet gecesi hesab olunur. Gecenin evvelinden sübh azanına qeder istenilen vaxt qelbde niyyet etmekle her bir müselman Ramazan ayına başlamış olur. Ramazan – müselman ay teqviminin doqquzuncusudur. Bu ay erzinde müselmanlar vacib olan oruc tuturlar. Bu ayda Müqeddes Quranın nazil edilmesi başlanmışdır ve böyük Bedr döyüşü baş vermişdir. Bu ayın son on günlüyünün bir gecesi ise Qedr gecesi adlandırılmışdır.

Oruc Allaha ibadet emelidir. Bu zaman insan özünü ancaq Allaha ibadete hesr edir, nefsini temiz saxlayır ve şeytan onun qelbine yol tapa bilmir. Eslinde bütün ibadetler Allah üçündür. Amma orucun Allah yanında xüsusi ehemiyyeti var. Cennetde bir qapı varki adı Reyyandır, ordan ise yalnız oruc tutanlar daxil olarlar. Peyğemberimiz (e.s.) and içerdi ki, oruc tutanın ağzının qoxusu Allah üçün müşkden de xoşdur. Bir hedisi-qüdsiye göre Allah-tebareke ve teala buyurub: “Adem övladı etdiyi her bir emeli özü üçün edir, orucdan savayı. Çünki oruc Menim üçündür, onun evezini Men vereceyem”. Oruc daxilden gelen sebre, dözüme söykenir, oruc tutan insan şüurlu suretde yemek-içmekden, dünya lezzetlerinden çekinir ve onun orucu öz içinde bir sirr olaraq qalır. Bunu yalnız Allah görür, oruc tutan insan öz emeli ile Allahın düşmenine – şeytana qalib gelir. Peyğember Salavatullahın kelamıdır: “Ramazan ayında cennetin qapıları açılar, cehennemin qapıları bağlanar, şeytanlar da zencirde olar. Kim Ramazanda oruc tutana bir iftar verse, oruc tutan qeder savab qazanar”. İftar süfrelerinin debdebeli olması vacib şert deyil. Hezreti Mehemmed (e.s.) oruclu insana iftarda bir içim su, bir xurma ve ya bir içim süd verenin Allah-tealanın savabını qazandığını buyurub. Allahın Elçisi hemçinin nesihet edib: “Oruc bir qalxandır, oruc tutduğunuz günde pis emellerden çekinin, sesinizi qaldırmayın, bir kimse ile dalaşmayın. Oruc tutan kes eger bir kimse onu söymeye başlayıb dava-dalaşa çekmek istese, qoy bele desin: “Men oruc tuturam”.

Camka

Şərhlər:

  1. MILAQROS dedi ki:

    SIZINDE BAYRAMINIZ MUBAREK.ALLAH RAZI OLSUN

  2. )(akker dedi ki:

    cox sag ol …..

  3. VeFaSiz_Giz dedi ki:

    MILAQROS,



    Cox saqol mas, xebere gore cox saqolun,
    Mende Haminin Bu Ramazan Bayramini Tebrik Edirem !!!
    Allah Oruc Tutanlarin Orucunu Gebul Etsin !!!

  4. the 13th Warrior dedi ki:

    Camka—-allah razi olsun.Sizinle bahem inwallah

  5. Angelocka dedi ki:

    Coxgallah razi olsun allah sizinde orucunuz qebul etsin amin

  6. wise_girl dedi ki:

    xebere gore cox sag olun.Bayraminiz mubarek.