Xoşbəxtlik..nədir?!

alt

Bundan bir neçə gün öncə Youtubeda TEDxBakı-da Şəbnəm Alməmmədovanın Mənim Xoşbəxtlik Formulam adlı prezentaçiyasını izlədim.Həqiqətən çox gözəl hazırlanmış bir işdir.Videodan sonra fikirləşdim.Həqiqətən xoşbəxtlik mənə görə nədir.?

Bunu yəqin ki hər insan bir cür qəbul edə bilər.Çünki hamı üçün xoşbəxtlik eyni bir nöqtədə birləşmir.Bəs onu necə əldə etmək olar.

Bir gün xoşbəxt olmaq istəyirsənsə içki iç…Bir həftə xoşbəxt olmaq istəyirsənsə istirahətə,səyahətə get…Bir neçə il xoşbəxt olmaq istəyirsənsə evlən..Bir ömür xoşbəxt olmaq istəyirsənsə torpaqla maraqlan ək becər…Bəs bədbəxt olmaq necə bu ki çox asandır..İnsanlarla yaxın ol,onlarla daha çox maraqlan…

Bir az ciddi,realistlikdən uzaq olmayan,zarafatcıl,azdan pessimitlik olan bu sözün mənşəyini tam dəqiq bilməsəm də Çinlilərdən gəldiyi deyilir.Amma bu çox önəmli bir şeydən xəbər verir.Bizə 2 şeyi ayırmağa kömək edir.Xoşbəxt olmaq,Xoşbəxt yaşamaq..Birinci çox asandır bəzən ani sərxoşluq bəzən ani həzz..Bəs ikinci?

Bu tam başqa bir hissdir…

Bir ömür xoşbəxtlik nədədir?Bizim üçün bu nə deməkdir?Ətrafımıza baxaq,uzağa getməyək.Facebookda,Twitterda xoşbəxt şəkillər…bədbaxt həyatlar…Bir insanı belə görmədim ki,yalnız o ən pis anlarının xatirələrini bölüşsün.Bu içimizdəki ‘’hər şey əladır” hissini niyə hiss elətdirmək istəyirik.Necəsən sualına Normal,Səndə nə var nə yox deyə cavab verilən bir cəmiyyətdə məncə bu asan deyil.Bəlkə elə indi başlayaq…Bizimçün nədir bir ömür xoşbəxtlik?Puldurmu,ad-sanmı,şan-şöhrətmi?Buna öz özümüzlüyümüzdə bir cavab tapaq.Yoxsa yerli kanalların səyyar kameralarının Bulvarda apardığı sorğuda xalqımızın 80 faizi öz həyatından mənmundur əvəzinə bundan illər sonra nəvələrin ətrafında xoşbəxt həyatından danışmağa hekayələrin olsun…

DaRk_AnGeL

Şərhlər:

  1. DaRk_AnGeL dedi ki:
    Reylerinize gore tewekkurler
  2. jasminka dedi ki:

    ALLAH HAMIYA XOWBEXT HEYAT QISMAT ETSIN!!!

  3. RED DEVIL dedi ki:

    ALLAH hamini xo6bext elesin…. twk

  4. TARKAN dedi ki:

    bu dunyada hami xowbext olmaq iste sag ol xebere gore

  5. bY_GenC dedi ki:

    Insanin xowbext Ve Ya Bedbext olmagi Ozunden Aslidi Mence !!!

  6. Optimist... dedi ki:

    insan o zaman xosbext olar ki, istediyi her sey istediyi sekilde olsun…