Həqiətən Allaha zikr edən şəxs mütidir


İmam Sadiq (ə) buyurmuşdur: “Subhanəllah demək insanın əməl tərəzisinin yarısını, “Əlhəmdu lillah” onu bütünlüklə, “Allahu-əkbər” isə yerlə göyun arasını doldurar.”

Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ölüm mələyi (Əzrail) hər gecə nida edib deyir: “Ey qəbir əhli, bu gün kimə və nə üçün qibtə edirsiniz? Artıq axirət işini aşkar şəkildə gördünüz?!” Ölülər cavabında deyərlər: “Biz möminlərə qibtə edirik. Onlar Ramazan ayında oruc tuturlar, biz tutmuruq, onlar sədəqə verir, biz vermirik. Onlar Allahı çox yad edir, biz isə yad etmirik. əfsuslar olsun dünya evində bizim əldən verdiklərimizə!”

Zikr etmək Allah-taalanı yad edib, Onun sifətləri haqqında fikirləşməkdir.

İmam Sadiq (ə) buyurmuşdur: “Həqiqətən Allaha zikr edən şəxs mütidir.”

İmam Baqir (ə) buyurmuşdur: “Allaha zikr etməklə məşğul olan mömin şəxs durduğu, oturduğu və uzandığı halda olsa da belə, daim namaz halındadır.”

İmam Baqir (ə) buyurmuşdur: “Kəlmeyi-şəhadətdən sonra “La ilahə illəllah” zikrini deməkdən üstün bir savab yoxdur.”

Allahdan uzaq düşməkdən qəmli bir ayrılıq yoxdur, belə isə həmişə qəlbinizi Allahı yad etməklə məşğul edin.

Allah-taala həmişə zikr halında olan şəxsə hikmət vermişdir. Çünki hikmət kökü qəlbdə, meyvəsi isə dildə olan bir ağaca bənzəyir.

Allahı yad etmək insan ruhunu təmizləyir.

Zikr etmək Allahla ünsiyyətdə olmağın rəmzi və açarıdır.

DaRk_AnGeL

Şərhlər:

  1. RED DEVIL dedi ki:

    ALLAH RAZI OLSUN….

  2. Vagya dedi ki:

    Cox sagol Allah razi olsun. Allah her kesin Imanina Kamilliy getirsin

  3. UNDERCOVER dedi ki:

    4ox saol dosim Allah razi olsun

  4. YEDiNKA dedi ki:

    SAG OL,ALLAH RAZI OLSUN ,AMIN twk

  5. ANGEL16 dedi ki:

    Cox gozəl xəbərdi Allah razı olsun

  6. polo dedi ki:

    İmam Sadiq (ə) buyurmuşdur: ”Həqiqətən Allaha zikr edən şəxs mьtidir.”

  7. DaRk_AnGeL dedi ki:

    Reylerinize gore tewekkurler

  8. jasminka dedi ki:

    ALLAH RAZI OLSUN

  9. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…