Orucun Hikmətləri

Orucun Hikmətləri


1…Oruc tutmağın hikmətlərindən birincisi.

Oruc Allahın Razılığını qazanmaq üçün edilən ibadətdir,bununla qul yemək,içmək,cinsi əlaqə kimi sevdiyi və tələb etdiyi şeyləri tərk etməklə öz Rəbbinə daha da yaxınlaşır.Bunları etməklə qulun imanının doğruluğu və Allaha qarşı qulluğunun kamilliyi,həmçinin Allaha qarşı sevgisi və Allah Təalanın onun üçün hazırladığı bol xeyrə nail olmaq istəyi,arzusu nəzərə çarpır.Bu belədir,çünki oruc tutan kəs onun üçün sevimli olan bir şeyi yalnız ( yemək,içmək,cinsi əlaqə və s) sevdiyi şeydən daha böyük olan bir şeyə görə tərk edirki, bu da Allahın rizasıdır.Mömin oruc tutmaqla Allahın qulundan razı qalacağını dərk etdikdə təbii olaraq sevdiyi şəhvətləri tərk etməklə Rəbbinin razılığını öz şəhvətlərinə üstün tutacaqdır.Ona görə də,şəhvətləri etmək üçün nə qədər istəkli olsa da və həsrətində olsa da öz şəhvətlərini tərk edir.Çünki, onun sevinci və ruhun rahatlığı Allah rizası üçün arzuladığı bütün şeyləri tərk etməklə hasil olur.Bundan dolayı,möminlərin çoxları həqiqi bir üzr olmadan Ramazanda orucunu pozmaq üçün döyülsə və yaxud məcbur edilsə orucunu pozmayacaqdır.Bu da öz növbəsində orucda olan hikmətlərin ən böyüyü və ən dərin yönlərindən biridir.

♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

2…Oruc tutmağın hikmətlərindən ikincisi.

Oruc tutmaq Taqvaya nail olmaq üçün vasitədir.Allah Təala buyurur:” Ey İman Gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildiki,bəlkı pis əməllərdən çəkinəsiniz ( təqvah olasınız)” ( Bəqərə,183).Çünki oruc tutan kəs fərz əməlləri yerinə yetirmək və günah işlərdən əl çəkmək üçün əmr olunmuşdur.Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur:” Kim yalan danışmağı,ona əməl etməyi və cahilliyi tərk etmirsə, Allah təala onun tərk etdiyi yemək-içməyə baxmaz.” ( Buxari rəvayət edir) .
İnsan oruclu olduğunda,nəfsi hər dəfə günah etməyə meyl etdikdə,o oruclu olduğunu yadına salır və beləcə ğzünü günahdan çəkindirir.Ona görə də,Peyğəmbər sallallahu aleyhi və səlləm oruc tutan kəsə əmr etmişdirdirki,bir kəs onu söyəndə və təhqir edəndı belə söyləsin: “Mən Orucam.”Bununla,(söyüş söyən və təhqir edən kəsi) xəbərdar edirki,Allah təala oruc tutan insana söyüş söyməkdən,təhqir etməkdən çəkinməyi əmr etmişdir və həmçinin oruc tutanda oruclu olduğunu və söyüş söyənə,nalayiq sözlər işlədənə qarşı eyni cür hərəkətlə verəməyəcəyini xatırladır.

♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

3…Oruc tutmağın hikmətlərindən üçüncüsü.

Oruc zəngin insanın Allahın ona bəxş etdiyi yemək,içmək və cinsi əlaqə kimi nemətləri başa düşməsinə səbəb olur.Bir çox insanlar bu şeylərdən məhrumdurlar,ona görə Allaha həmd etməli və nemətləriona bəxş etdiyinə görə Rəbbinə şükür etməlidir.Həmçinin kasıb olan və ola bilsinki,bütün gününü aclıqla keçirən,acından ölən və ac qalan qardaşlarını xatırlamalıdır.Onlara qarşı səxavətli,ürəyiaçıq,böyük qəlbli olmalı və qardaşının çılpaqlığını örtmək,onu geydirmək və aclığını aparmaq üçün ona sədəqə verməlidir.

♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

4…Oruc tutmağın hikmətlərindən dördüncüsü.

Oruc tutmaq nəticəsində insanın səhhətinin sağlamlaşması ilə fydalar hasil olur.Az miqdarda qida qəbul etməklə,müəyyən bir müddət üçün həzm sisteminin dincəlməsinə şərait yaratmaqla buna nail olunur.Bununla da,həzm sistemi bədən üçün zərərli olan artıq maddələri və ifrazatları kənar edir.
Baxın,Allah təalanın hikmətləri necə əzəmətli və necə də genişdir! onun məxluqatı üçün qoyduğu əmrləri necə də faydalıdır!
Ey Allahım!Sənin dinini başa düşmək üçün bizlərə anlayış (fəhm) bəxş et və Sənin əmrlərinin gizli sirrlərini başa düşməyə kömək et.Din və dünya işlərimizi,bütün müsəlmanları öz rəhmətinlə bağışla,Ey Rəhmlilərin Rəhmlisi!
Və sonda Allahın salamı və xeyir- duası Muhəmmədə sallallahu aleyhi səlləm ailəsinə və onun bütün səhabələrinin üzərinə olsun.

ALLAH Oruc Tutanların Oruclarını Qəbul Edər İnşALLAH


)(akker

Şərhlər:

  1. Angelocka dedi ki:

    Cooxxxx sagol canim dostum allah razi olsun cox gozel xeberdi.Minnetdaram,nwallah allah herkesin orucunu qebul etsin sende onlarin icinde amin inwallah.Allah savaba yazsin Amin.Allah imanini kamil etsin inwallah

  2. Badi_Seba dedi ki:
    tewekkurler….Allah razi olsun… thank_you
  3. VeFaSiz_Giz dedi ki:

    )(akker

    Cox Saqol Xebere ve Eziyyete Gore, Allah Senden Razi Olsun ))

  4. the 13th Warrior dedi ki:

    : )(akker——Cox sag ol.Deyerli melumatlardi. EEEEEEEELLLLLLLLLLLAAAAAAAAA applause