İslam

alt
Allah – Bütün varlıqları yaradan və ümumilikdə idarə edən ilahi Varlıq.Sözün özü “İlah”dır.İlah sözü nəzərdə tutduğumuz Allah – yaradan, yaşadan, yardım edən, ən uca, ən böyük və s. kimi mənaları özündə əks etdirir.

Bismillah “Allahın adı ilə” yaxud “Allahın istəyi ilə” deməkdir.Yola çıxdıqda, evə daxil olduqda, yeməyə-içməyə başladıqda, kitab oxuduqda, yataga uzandıqda, hətta cinsi əlaqəyə girdikdə belə əvvəlcə “Bismillah” demək bütün işlərdə Allaha sığınmaq, onu özünə arxa, yardımçı, dayaq bilməkdir.

Əl-Həmdülillah “Bütün təriflər Allaha məxsusdur” deməkdir.Yemək yeyib yaxud su içib bitirdikdə, səfərdən evə döndükdə və ya hər hansı başqa bir işi sona yetirdikdə müsəlman olan hər bir şəxs bu imkanları ona bəxş edən Allahını yad edib “Əl-Həmdülillah” deməlidir.

Maşallah – Bu ifadə “Allahın istədiyi kimi olmuş” mənasını verir.

İnşallah – Bu ifadə “Allah istəsə”, “Allahın istəyi ilə” deməkdir.Hər hansı bir işin nəticəsi haqqında gələcək planlar barədə danışdıqda bu ifadəni söyləmək lazımdır.Bu sözü söyləməklə insan hər şeyin yalnız Allahın izni ilə baş verdiyini bir daha təsdiqləmiş olur.Belə ki, istisnasız hər bir iş məhz Allahın əlindədir.İnşallah bu mövzunu oxuyandan sonra siz də bu ifadədən tez-tez istifadə edərsiniz.

hearts

Şərhlər:

  1. TARKAN dedi ki:

    sag ol allah komeyin olsun amin maraqli idi cox sag ol

  2. ANGEL16 dedi ki:

    Xəbərə gorə sağ ol ALLAH razı olsun

  3. DaRk_AnGeL dedi ki:

    Cox sagol ALLAH razi olsun senden

  4. RED DEVIL dedi ki:

    Allah – Bьtьn varlıqları yaradan və ьmumilikdə idarə edən ilahi Varlıq.Sцzьn цzь ”İlah”dır.İlah sцzь nəzərdə tutduğumuz Allah – yaradan, yaşadan, yardım edən, ən uca, ən bцyьk və s. kimi mənaları цzьndə əks etdirir.

    ALLAH RAZI OLSUN….

  5. gulshan dedi ki:

    gozel xeber ucun cox saq ol Allah razi olsun

  6. hearts dedi ki:

    rey yazan elleriniz var olsun!!!!

  7. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…