Həsrət smsləri


Hesret smsleri
1) Gəl sevdalım, çöldə susuz qalmış bir çiçək kimi özlədim səni. Artıq bitir bu ürəyimdə alov kimi həsrətini, bir dəfə olsa belə sarılsam boynuna, qoxlasam o gül qoxan tənini, heç ayrılmasaq bir omür boyu eşqim mənim.

2) Deyirlər zaman keçdikcə unudursan, geriyə dönüb baxarsan və gülərsən, amma elə olmur. Zaman keçdikcə daha çox sevirsən və daha çox həsrətini çəkirsən!

3) Sevmək xatırlamaqsa ağlımdasan, ağlamaqsa gözlərimdəsən, yanmaqsa ürəyimdəsən, bir tək yanımda deyilsən, amma daima qəlbimdəsən.

4) Gedişini görməmək üçün yumdum gözlərini bərk-bərk. Elə ağrıtdı ki, qolumu, ayağımı goparsaydılar bu gədər ağrı duymazdım. Ağrı yaş olub axmalıydı gözlərimdən. Amma ağlaya bilmədim..

5) Nə alçalacaq gədər günahkaram, nə göylər çöxacaq qədər məsum, nə yaşadığlarımdan huzursuzam, nə bu an etdiklərimdən məmnun. Sirrlər içində bir dünyam var. Bir sən varsan. Nə səni itirəcək qədər cəsuram, nə də qazanacaq qədər güclü. Amma səni qazandım və heç zaman itirməyəcəyəm..

6) Səni özləyiş yalvarış kimidir, sənsiz gülmək ağlayış kimidi, harda nə vaxt olursan ol, səni xatırlamaq yaşayış kimidir..

7) Həsrətini çəkmək acı çəkməksə o acıyı seve-sevə çəkirəm. Sənə bağlanmaq günahsa heç çəkinmədən o günaha girirəm. Səni sevmək olməksə, al canımı sənə verirəm. Səni çox sevirəm
Həsrətdir insani yeyib bitirən, həsrətdir çəkdikcə acısı keçməyən, sevgidir qəlblərdən gözlərə keçən, eşqdir yan yana olmasaqda bitməyən..

8) Bir ölüm olur sənsiz keçən hər gün, bir ah olur səndən uzaq qalmağım və bir göz yaşı olur bütün govuşmalarım..

9) Bir dəniz düşün susuz, bir gecə düşün yuxusuz, bir ürək düşün sevgisiz, bir başar düşün çiçəksiz, bir də məni, məni düşün sənsiz..

10) Yanımda, ya da uzaqda. Harda olursan ol! Sən hər an qəlbimdə, sən hər an dilimdəsən! Niyə və ya nə üçün? deyə sorma, birdənəmsən, ürəyimsən..
Yoxluqun yağışa yazı yazmaq qədər çətin, sənsizlik ölüm qədər acı. Sən nəfəs kimi önəmli, canım qədər dəyərlisən, sevgilim!

11) Uzaqda olmağın bir şey dəyişdirməz. Günəş də məndən uzaq ay da. Amma heç bir günüm günəşsiz, heç bir gecəm aysız keçmir. Ürəyimin sənsiz olmadığı kimi..

12) Bir gün özümdə bilmədən aldın məni məndən, içinə bir az sən qatdın, başqa bir mən düzəltdin və bu mən mənə soz verdi: olsa belə tükəndirməyəcək səni!

13) Gecənin səssizliyini dinlə içində məni görəcəksən. Qaranlığa bax üzümü görəcəksən. Əlini qəlbinə qoy, gözlərini yum, ruhumu yollayıram bir azdan öpüləçəksən sevgilim!!

14) Bilirəm bu gün qulaqların bir başqa cür cingildəyəcək, anlayacaqsan səni yenə necə andığımı, özlədiyimi. Əllərin titrəyəcək, gözlərin yollarda qalacaq, sən də hiss edəcəksən, ürəyimdə nələr hiss etdiyimi!

Firuze

Şərhlər:

  1. choSen dedi ki:

    9) Bir dəniz dьşьn susuz, bir gecə dьşьn yuxusuz, bir ьrək dьşьn sevgisiz, bir başar dьşьn зiзəksiz, bir də məni, məni dьşьn sənsiz…

    super ama….

  2. BadBoy dedi ki:

    Cox Sag Olun Minnetdaram Size!!!!

  3. QEMLI_GECE dedi ki:

    cox sagol xebere gore

  4. ...::EMERALD::... dedi ki:

    ALLAH HEC KIME HESRET SMS-I CEKDIRMESIN

  5. Бакинка dedi ki:

    elaaa suppppppppaaaaaaa

  6. Tix_Tix_Xanim dedi ki:

    Tesekkurler

  7. Optimist... dedi ki:

    BELE SMSLERE HELEKI EHTIYACIM YOXDUR. INSALLAH OLMAZ DA…