SEN YALNIZLIQ BILIRSEN NEDI?

alt

Əvvəlcə dünyaya göz açdım, həyata təmiz pəncərədən baxmaq üçün…

Xoşbəxt bir ailə istərkən əvəzində atamı itirdim, o zaman onun sifət cizgilərini yadımda saxlaya bilməyəcək qədər körpə idim…

Uşaq evi – bura mənim həyata döyüşçü kimi hazırlayan bir məktəb idi. Burda ac qalmamaq üçün boyumuz qısa, gördüyümüz işlər isə böyük idi. O zaman biz bu həyat tərzinə nifrət etsək də, hardan bilərdik ki, bu yaşam tərzi nə vaxtsa kiməsə möhtac olmamağı bizə öyrədəcək…

Uşaq evi bizə hər şeyi öyrətsə də bir şeyi öyrətmədi, hansı ki, hər uşağa o lazım idi, hər bir uşağın onu dadmağa ehtiyacı var idi, hiss etməli idi…

Biz bu dünyada yaşayarkən ana məhəbbətini hiss etmədik, ana məhəbbətini hiss edərkən isə dünyada yaşamırdıq…

Mən də istərdim yuxudan səssiz, səmirsiz oyanmayım, mənim anam oyatsın yuxudan, ”dur bala, səhər açıldı” desin mənə. Ama o səsi eşitmədim…

Siz bəlkə də bezərdiniz ananızın sizə ”evə gecikmə, tez gəl” deməsindən, ama kaş mən anamdan heç bir sözü yox, sadəcə o sözü eşidərdim, təki eşidərdim…

Bizim də bir günümüz xoş, bir günümüz acılarla keçirdi. Şahmatdakı atın gedişi kimi, bir gediş ağ xanaya, o biri gediş isə qara xanaya düşürdü…

Bizə orada bir cümləni tez-tez eşidirdik, ” hər qaranlıq gecənin işıqlı bir sabahı var”. Ama biz o işığı görə bilmədik… Beləcə ümidlərlə yaşayaraq o işığı gözlədik, ama gəlmədi o işıq, görə bilmədik o işığı. Bəzən uzaqlarda kiçicik bir işığı görürdük, qaçırdıq ona sarı, biz qaçdıqca o işıq böyümək əvəzinə kiçilirdi, o işığa hər yaxınlaşdığımızda gözdən itirdi, yox olurdu…

Mən bu sözləri demirəm ki, kimsə mənə acısın, mən bu sözləri deyirəm ki, öz valideynlərinizin qədrini o yanınızdaykən bilin. Hər gününüzü ömrünüzün son günü kimi yaşayın, hər aldığınız nəfəsin qədrini bilin…

Sən anasız böyümək nədir bilirsənmi?

Sən hər yuxudan duranda baş ucunda ananı görməməyin necə bir hiss olduğunu bilirsənmi?

Allah eləməsin biləsən…

Sən bir ailən olduğu üçün hər yatanda Allaha şükr etdinmi?

Sən yalnızlıq nədir bilirsənmi?

TARKAN

Şərhlər:

  1. merry-girl dedi ki:

    Allah hec kese yalnizliq gostermesin xebere gore tesekkur

  2. jasminka dedi ki:

    BILMEK ISTEMIREM!!!

  3. TARKAN dedi ki:

    jasminka,
    yaxsi ozun bil yayminka

  4. jasminka dedi ki:

    TARKAN,
    bayaja wen beye xebeyyeyi haydan biyiywen he???
    fool

  5. TARKAN dedi ki:

    jasminka,
    icimde vay da

  6. DaRk_AnGeL dedi ki:

    Cox sagol xebere gore

  7. Angel_a dedi ki:

    SATAP,
    kimi terifleyib Tarkan?

  8. Saida hosted dedi ki:

    hech vaxt yalniz olmadigima gore bilmiram… twk

  9. ...::EMERALD::... dedi ki:

    SAG OL TARKAN

  10. TARKAN dedi ki:

    sag olun dostlarim canlarim

  11. YEDiNKA dedi ki:

    twk
    YALNIZLIQ ALLAHA MEXSUSDUR,WUKURLER OLSUN YANIMDA OLAN HER BIR YAXINLARIMCUN,AMIN

  12. bY_GenC dedi ki:

    Bu Haqda Daniwmaq 1Az Chetindi AmmA Neyse !!Chox Sag Ol Xebere Gore !!!

  13. Murik.. dedi ki:

    Ehh yanlizliq cox pis weydi

  14. Angel_a dedi ki:

    Chox Sag Ol canim

  15. SATAP dedi ki:

    sag ol dostum tarkan sizi cox terifleyib applause applause

  16. polo dedi ki:

    tarkan super idi ellerin derd gormesin cox sagol

  17. UNDERCOVER dedi ki:

    4ox saol maraqli xebere gore

  18. RED DEVIL dedi ki:

    ALLAH he4 kime yalnizlig gosdermesin…. twk

  19. gozel_qiz dedi ki:

    TARKAN xebere gore twkkurler