“Fuzuli ve Cebrayilin isgalindan 16 il otur”…


alt

Bu gün Füzuli rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 16 il ötür.

1993- cü ilin avqustun 23 – də Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən işğal olunub, 55 min nəfərə yaxın sakin doğma torpaqlarını tərk edib.

Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub- şərq ətəklərindən Araz çayınadək sahələri əhatə edir, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.

Rayonunun ərazisi 1386 kv.km, əhalisi təxminən 105 min nəfərdir. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var.

Füzuli rayonu 1988 -ci ildən başlayaraq mütamədi olaraq ermənilərin hücumuna məruz qalıb. İşğal nəticəsində 1100 – dən çox füzulili şəhid olub, 113 nəfər girov düşüb, 1450 nəfər müxtəlif dərəcəli əlill olub.

Sahəsi 104980 hektar olan Cəbrayıl rayonu 1993-cü il 23 avqust tarixində erməni işğalçıları tərəfindən zəbt olunub.
Zəngin yeraltı sərvətlərə və təbii gözəlliyə malik Cəbrayıl rayonu 1930-cu ildə yaradılıb.
Cəbrayıl rayonunda mişar daşı istehsalına yararlı və istismara cəlb edilmiş ehtiyatları 2937 min kubmetr olan Tulus tuf, ümumi ehtiyatları 5434 min kubmetr olan Çaxmaqçay, Soltanlı tikinti qumu, ehtiyatları 296 min kubmetr olan kərpic istehsalına yararlı Qaracallı gil, ehtiyatları 6644 min ton olan sement istehsalına yararlı Göyərçin-Veysəlli vulkan külü, ehtiyatları 1325 min ton olan Minbaşlı gəc, ehtiyatları 5226 min ton olan əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı, ehtiyatları 4130 min kubmetr olan Cəfərabad qum-çınqıl qarışığı, ehtiyatları 504 ton olan Sahverdi yəşəm və ehtiyatları 1348 ton olan Çaxmaqqaya xalsedon yataqları vardır.

Rayonda yaşı 200-1600 olan 14 ədəd iri diametrli Şərq çinarı və digər qiymətli ağaclar, həmçinin Dağtumas kəndində “Divlər sarayı” adlanan mağara təbiət abidəsi kimi qorunurdu.

Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib.

2006-2007-ci illər ərzində erməni işğalçıları tərəfindən rayonun 16 min hektardan artıq ərazisində yanğınlar törədilib.

Cəbrayıllılar arasında 351 nəfər şəhid ailəsi var. Ölkənin 58 bölgəsinə səpələnən cəbrayıllılar daha çox Beyləqan, İmişli, Sabirabad, Biləsuvar rayonlarında məskunlaşıblar.

Angelocka

Şərhlər:

  1. MILAQROS dedi ki:

    eyib olsun mene,unutmusham,cox sagol ki,xatirlatdin bacihskam
    ALLAH butun shehidlerimizin mekanin cennet elesin,onsuzda bu beledir

  2. Angelocka dedi ki:

    the 13th Warrior,
    Cox sagol canim dostum girl_ang

    aznetin_gozeli,
    Reyine gore cox sagol baciwka opucuk

    )(akker,
    Cooxxx sagol dostikim

  3. aznetin_gozeli dedi ki:

    mende dunenden FACEBOOKDA statusum da budur…

    BAGIWLAMA BIZI VETEN!-ANCAQ BUNU DEYE BILEREM!

  4. the 13th Warrior dedi ki:

    Angelocka———Allah razi olsun. Allaha wukur ki senin kimi vetenperver ve diqqecil bir dostum var. Elhemdulillah. gul

  5. Angelocka dedi ki:

    )(akker,
    Coxxx sagol dostik sende reyin ucun

  6. )(akker dedi ki:

    cox saqol xebere gore

    applause bash sleep

  7. Angelocka dedi ki:

    MILAQROS,
    Admin,

    Aydaaa besdirin indi her ikinizide doyecem haaaa))) o ne sozdu elbette ki yadimizdan cixmamalidi guya men butun iwgal olunmuw rayonlarimizi yadimda saxlamiwam ki bezileri var ki unutmuwam canlarim olan iwdi inwallah gelen defe yadinizdan cixmaz cox sagolun ki rey yazdiniz canlarim menim

    vefasiz_giz,
    Sende sagol bitanem

  8. VeFaSiz_Giz dedi ki:

    cox saqol canik

  9. Admin dedi ki:

    Coooox sag ol ELELRIN yorulmasin.Cox sag ol xatirlatdigin ucun .Menimde yadimdan cixmiwdi.Daw duwsun bawima dash

  10. МиниК_Сердце dedi ki:

    ——