Qadın məntiqinin 10 sirri


Niyə onlar səbəbsiz ağlayırlar?
Əslində heç bir qadın səbəbsiz yerə ağlamır..sadecə ürəyində narahatçılığları var, ya da nəyəsə görə narahat olurlar və istəyirlər ki buna fikir verilsin..və əgər siz sakit ağlamağa fikir verməzsəniz, onda qışqırıqlar əlavə olunacaq. O zaman siz mütləq vicdan əzabı çəkməli olacaqsınız.. Və o arzu olunan nəticəyə nail olacaq.

Niyə onlar həmişə soruşurlar: “Sən məni sevirsən?”
Bəzən məhz ona görə ki, bunu eşitmək istəyirlər, çünki siz çoxdan bunu demirsiz.. Bəzən isə elə olur ki, qadın nədənsə şübhələnməyə başlayır, ona görə istəyir ki, məhz siz onun şübhələrinə son qoyasız. Axı qucaqlamaq onu özünə sıxmaq və “Bəli, səni sevirəm əzizim” demək tamamilə çətin deyil.. ama bunu eliyib nə qədər problemdən qaçmaq olar..

Niyə onlar elektrik cihazlarına təlimatı oxumurlar?
Sirr deyil ki, qadın beyini belə təşkil edilmişdir ki, texniki informasiyanı ona qəbul etmək daha çətin, nəin ki kişiyə. Hətta qəribədir ki, bu kimsə qıcıqlandıra bilər. Ama sizdə özünü tərifləmək üçün bir səbəb artıq olur..

Niyə onlar səbəbsiz küsürlər?
Yalan, səbəb həmişə var: belə baxmadı, onu demədi və ya ümumiyyətlə heç nə demədi, vaxtında zəng vurmadı və s. Məsələ ondadır ki, qadın küsəndə, gözləyir ki, siz üzr istəməyə başlayacaqsınız, deməli, bir az artıq ona diqqəti ayıracaqsınız. Bəlkə, sadəcə onunla bir az artıq zərif olmağa dəyər və hər şey öz qaydasında olacaq?

Niyə onlar həmişə istəyirlər ki onlara gül hədiyyə edək?
Bununla siz bir daha sübüt edə bilərsiz ki, ancaq ondan düşünürsüz. Çünki hər bayramda bütün kişilər gül hədiyyə edir, adi günlərdə isə ancaq ona.. Hər dəfə bahalı gül almaq şərt deyil, hərdən sadə nərgiz gülü bəs edər. Ama arada “boş” inciliklər daha az olacaq..

Niyə onlar həmişə zəng gözləyirlər?
Yeri gəlmişkən bu, qadın aşıq olub ya yox başa düşmək üçün, ən doğru üsullardan biridi. O, mobil telefondan bir dəqiqə belə ayrılmır, düşünür “Birdən zəng vuracaq, mən isə eşitməyəcəm”. Bunlar hamısı baş verir çünki siz zəng eləməyə söz vermisiz. Fikir verin, əgər siz zəngləşməyə razılaşdınızsa, o onsuz da gözləyir. Təəsüf ki, sevən qadınlar belədi.

Niyə onlarda geyinməyə heçnəyi olmur?
Qadın həmişə gəşəng görünmək və sevdiyi insanın xoşuna gəlmək istəyir. İnsan təzə bir şey geyinəndə özünü daha rahat hiss edir.. Qarderobun yeniləməsinə artıq xərclərdən qaçmaq üçün, “Sən istənilən geyimdə çox gözəlsən” deməy olar. Kifayət qədər sadədir, ama çox təsir edir..

Niyə onlar həmişə belə cəld danışırlar?
Təsəvvür edin ki, elə sözlər var ki, siz öz dostuna deyə bilməzsiz, çünki bu mənasızdı, artıqdı, ya da ona görə ki, siz sadəcə bu haqda düşünmürsüz. Onları birlikdə toplayıb qadın söhbətini ala bilərsiniz, sadəcə qısadılmış variantda. Həm də ki, unutmaq olmaz ki, qadılar kişilərə nisbətən daha emosionaldı.

Niyə onlar bu qədər telefonla danışırlar?
Qadınların əksəriyyəti işləyir, onlar işləməsə də onların rəfiqələri işləyir. Ona görə də görüşməyə vaxtları olmur. Görüşmək alınırsa da, hər şeyi danışmaq üçün vaxt çatmır, ona görə məcbur olub telefonlar danışırlar. İndi özünüz düşünün, rəfiqəsinə dediklərinə qulaq asmağa sizin səbriniz çatacaq?

Niyə qadınlar sevəndə istəyir ki o dəqiqə bunu elan edəsiz?
Çünki qadın kimisə sevəndə, yemeydə, işləyəndə hər yerdə sevdiyi haqqında danışacaq – o an bilinəcək ki, onun ürəyi boş deyil.. Ama sizin bir sevdiyiniz var etiraf eləməyi üçün çox vaxt keçməlidi. Nədənsə kişilər onlar azaddılar deyə fikirləşməyə üstünlük verirlər..

Beləliklə, bir az da olsa, sizə qadınları başa düşməkdə köməklik elədim =)

jasminka

Şərhlər:

  1. polo dedi ki:

    bezileri mende de var cunki mende qadinam cox sagol

  2. Optimist... dedi ki:

    xebere gore tesekkurler…

  3. MURAD_X dedi ki:
    twk Bunlari bilirdim.. Qadinlar daha cox onlara diqqetli yanasmagi sevirler..
  4. DaRk_AnGeL dedi ki:

    Tewekkurler xebere gore Qadin boyuk quvvedir

  5. Prime dedi ki:

    Qadin qəribə varliqdi ))

    by Vusal İsmayılov

  6. jasminka dedi ki:

    TARKAN,
    pah wen cani wen uwaqsan bilmezsen beye seyyeyi

  7. TARKAN dedi ki:

    jasminka,
    sizi bawa salmax olmur cooox qisqancsiz ona gore de
    xebere gore sag ol

  8. UNDERCOVER dedi ki:

    4ox saol maraqli xebere gore

  9. RED DEVIL dedi ki:

    axirincisinnan ba6qa her 6ey mene aiddi)) twk

  10. Angel_a dedi ki:

    cox sagol hamisi duzdu

  11. YEDiNKA dedi ki:

    cry BIZI NIYE HEC KIM BAWA DUWMUR,OFFFFFF cry cry cry

  12. jasminka dedi ki:

    AX BIZ QADINLAR QADINLAR

  13. FERISH dedi ki:

    twk yenede maraqlidi