11 ayın sultanı Ramazan gəlir

alt

Bu il Ramazan ayı avqusta təsadüf etdiyindən oruc tutanların sağlamlıqlarını da qoruması lazımdır


Avqustun 1-də müsəlmanların müqəddəs Ramazan ayı başlayır. Ramazan ayı 29, yaxud 30 gün olacaq. Ramazan ayının başa çatması ayın görünməsindən asılı olaraq, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən elan ediləcək. Nazirlər Kabinetinin qərarına əsasən, bu il avqustun 30 və 31-i Ramazan bayramı ilə əlaqədar qeyri-iş günüdür.


“Quran”-ın nazil olduğu ay


Qeyd edək ki, islam aləmində Ramazan axırıncı 10 gecələrinin birində, Qədr gecəsində “Quran”-ın nazil olduğu aydır. Ramazan ayını islamda məcazi mənada “11 ayın sultanı” da adlandırırlar. Müsəlmanlar bu ayda oruc tuturlar. Bu ayda günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, intim münasibətdə olmaq günahdır. Yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar bu tələblərdən azaddırlar. Döyüşdə və ya əsirlikdə olduğuna görə oruc tutmayanlar sonra münasib bir vaxtda onun əvəzinə (qəzasını) tutmalı və ya fitrə verməlidirlər. Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaqla yanaşı, tövbə etməli və kəffarəsini ödəməlidirlər. Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu yedirtməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza orucu da əlavə olunur. Orucluğun başa çatdığı gün fitr bayramı adlanır. Başqa sözlə, fitr bayramı Ramazan ayının sonunda, orucun sona çatması münasibəti ilə qeyd edilir. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar.


Ramazan bayramında hər ailənin başçısı ailə üzvlərinin sayı qədər fitrə payı çıxarmalıdır. Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq buğda, yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir. Həmin gün bütün imkanlı müsəlmanlar kasıblara yardım etməlidirlər. Bayramda kasıblar və yoxsullar yeni paltar geyərək bir yerdə namaza gəlməlidirlər. Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.


Onu da qeyd edək ki, islama görə dünyanın başlanğıcı və sonu da Ramazan ayı ilə bağlıdır. Məhəmməd peyğəmbər Hədisi-şərifdə buyurub ki, Ramazan ayında xəlq olunub və Ramazan ayının bir cümə günündə də qiyamət qopacaq. Yəni dünyanın sonu gələcək. Ancaq bununla bağlı konkret tarix açıqlanmır.


Yüngül və sulu yeməklər məsləhət görülür


Yeri gəlmişkən, bu il Ramazan ayı “qora bişirən” avqusta təsadüf edib. Belə isti günlərdə isə həm oruc tutmaq, həm də sağlamlığı qorumaq üçün böyük səy göstərmək lazımdır. Bu baxımdan oruc tutan insanların həkimlərin tövsiyələrinə əməl etmələri vacibdir. Həkimlər bildirirlər ki, oruc tutulan dönəmdə insanlar maye itkisinə diqqət etməzlərsə, halsızlıq, temperaturun artması və ürək döyüntülərinin artması halları ilə üzləşə bilərlər. Daha çox su itkisi isə təzyiqin aşağı düşməsinə və şüurun itirməsinə yol açır. Oruc tutan insan həm də günəş altda çox qalarsa, onun gün vurma ehtimalı daha yüksəkdir. Belə hava şəraitində həm tərləmə, həm də bədəndən buxarlanma yolu ilə böyük miqdarda maye xaric olunur. Ona görə də xüsusən isti havalarda çox maye qəbul etmək lazımdır. Yağlı, şirniyyatlı, duzlu yeməklərdən qaçmaq lazımdır. Oruc tutan insanların iftarı açarkən yüngül və sulu yeməklərə üstünlük verməsi, iftar və imsaq arası maye qəbuluna xüsusi diqqət yetirmələri məsləhətdir. Yay aylarında iftar zamanı çox yemək məsləhət deyil. İftar açarkən yüngül və sulu yeməklər seçmək, bunları da çox yeməmək, əvəzində iftardan 1-2 saat sonra yenə qida qəbul etmək yaxşı olardı. Yatmazdan 1-2 saat qabaq 1 meyvə yemək həm enerji, həm də tərkibindəki maye baxımından xeyirlidir.

Eyni zamanda oruc tutanlar zəruri olmadığı hallarda çölə çıxmamağa üstünlük verməlidirlər. Əgər zəruridirsə, çölə səhər, ya da axşam saatlarında çıxılmalıdırlar. Açıq havada çalışanların isə açıq rəngli geyimlərə üstünlük verməsi gərəkdir. Belə şəraitdə işləyənlərin mütləq imsaq vaxtı maye qəbul etmələri, normal qidalanmalıdırlar. Bu işçilərin günorta saatlarında hər 1-2 saatdan bir fasilə verib istirahət etmələri, kölgədə və sərin yerlərdə olmaları önəmlidir. Bürkülü havalarda isə sərin duş qəbul etmələri onlara müsbət təsir göstərəcək.


Həkimlər bildirirlər ki, imsaq zamanı erkən yuxudan qalxmaq, ağır yeməklər əvəzinə qidalı və bitki mənşəli yeməklərə üstünlük vermək lazımdır. Ağır heyvan mənşəli qidalardan xüsusən uzaq durmaq gərəkdir. Balıq və toyuqdan hazırlanan yeməklər yalnız iftar zamanı yeyilməlidir.


Yay aylarında oruc tutan bəzi xəstələrin də xüsusi diqqət yetirmələri olduqları hallar var. Yüksək təzyiqi, xroniki problemləri olan insanlar, ürək və böyrək xəstələri isti havalarda oruc tutmaq istəyərlərsə, mütləq həkimlərlə məsləhətləşməli, müayinədən keçməlidirlər. Bu insanlar qidalanma rejimlərində böyük dəyişiklik etməməli, dərmanların qəbulunu gecikdirməməlidirlər. İsti hava və mey itkisi səbəbindən bu xəstələrin səhhətində ciddi problemlər üzə çıxa bilər. Maye itkisi və istiyə həssas olduqlarını yaddan çıxarmamalıdırlar.

P.S Kecen Ramazan ayinda oldugu kimi bu ilde gundelik Ramazan teqvimi FORGENC.NET-de olacaq.

Allah tutdugunuz oruclari ve etdiyiniz dualari qebul etsin AMIN!!

Leonel-207

Şərhlər:

  1. YEDiNKA dedi ki:

    twk
    Allah tutdugunuz oruclari ve etdiyiniz dualari qebul etsin AMIN

  2. Optimist... dedi ki:

    ALLAH HAMININ ORUCUNU QEBUL ETSIN…

  3. Tix_Tix_Xanim dedi ki:
    Allah tutdugunuz oruclari ve etdiyiniz dualari qebul etsin AMIN!!
  4. QENKA dedi ki:

    Allah razi olsun… twk..

  5. DaRk_AnGeL dedi ki:

    ALLAH oruc tutanlarin orucunu qebul elesin ne niyyetleri varsa yerine yetirsin icinde mende olmaqla inwALLAH

  6. RED DEVIL dedi ki:

    ALLAH razi olsun….ALLAH tutulan butun oruclari qebul elesin..AMIN

  7. UNDERCOVER dedi ki:

    yayda oruc tutmaq 4ox 4etin olacaq Allah oruc tutacaq insanlara dozum versin.tutacaq oruclari qebul olsun.4ebere gore de 4ox saol qaqaw Allah razi olsun

  8. Gucci dedi ki:
    Allah her kesin duasini orucunu namazini qebul etsin insaallah bu il de tutacam gorekde
  9. Angel_a dedi ki:

    Allah tutdugunuz oruclari ve etdiyiniz dualari qebul etsin AMIN!!
    Allah qoysa bu ilde oruc tutacam

  10. polo dedi ki:

    COX sagol allah butun aruc tutanlarin arucunu qebul elesin allah komeyimiz olsun

    he birde ki , ilk rey menden Leonel-207 cox sagol ellerin derd gormesin allah razi olsun

  11. jasminka dedi ki:

    INWALLAH QISMET OLSA BU IL ISTERDIM BIR NECE GUN TUTUM ALLAH ORC TUTANLARINIKI QEBUL ETSIN TUTMAYANLARA DA KI NESIB ETSIN

  12. _Cinbala_ dedi ki:


    Prime,
    cox sagol Vuska =) sende tutarsan qarnun imkan verse =)ama butun gun agentde otur yadindan cixardacam oki =)indiden qebul olsun opucuk

  13. Prime dedi ki:

    Hamini qarşıdan gələn Mьbarək Ramazan Bayramı mьnasibətilə təbrik edirəm…
    Allah orucunuzu qəbul etsin…
    Amin…

    OPTİMUS PRİME

  14. _Cinbala_ dedi ki:

    Coooooooooooox sagol ay yuskaaaa Allah senden razi olsune…Allah haminin tutdugu oruclari qebul etsin,haminin ureyinin arzusunu metlebini bu ramazan,muqqedes ayda qebul etsin…Allahmiza milyon wukur 4 ildi orucumu tuturam bu il ise 4 ilden ferqli olaraq…Namazimla orucumu tutacam,Allahin isdeyiyle,Allah butun oruc tutanlarin iradesini mohkem etsin…Allah hamina nesib etsin….

    Allah bu muqeddes ayda haminin Namazlarini + Oruclarini + Arzularini + Isdeklerini + Niyyetlerini qebul etsin bizde icinde olmaqla…Amin

  15. gulshan dedi ki:

    cox saq ol rusi

  16. TARKAN dedi ki:

    sag ol allah butun dileklerivizi qebul etsin amin isteklerivizi qebul etsin ruslan sene de allah omruvu uzun etsin sag ol xebere gore

    _Aynur_,
    seninde orucun qebul olsun amin

  17. _Aynur_ dedi ki:

    Cooox saq ol Ruslan maraqli ve lazimli xebere gore…Allah razi olsun…
    Inwallah qismet olsa mende Oruc tutacam…

  18. ...::EMERALD::... dedi ki:

    Sag ol Leo Allah razi olsun.Bu yaxshiligiva gore…give_rose