Mənimlə qal SEVGİLİM!

Mənim yaşadığım şəhər başqa SEVGİLİM, mənim şəhərim də başqa insanlar var. Mənim şəhərimin ağacları başqadır. Çiçəkləri belə başqa açar mənim şəhərimin. Mənim şəhərimin yolları həmişə bir yerdə qovuşar SEVGİLİM. Məsələn hansı yolu seçsəm seçim sənə çıxar bütün yollar. Hər künc başında sən gözləyir olarsan məni. Mənsə nə vaxt səni görsəm qaçaraq boyuna sarılaram. Sonra sən qulağıma “Səni sevirəm” deyə pıçıldayarsan. Mən gülümsəyərəm sənə və sonsuz bir xoşbəxtliklə “Mən də mən də səni sevirəm” deyərəm

Mənim yaşadığım şəhərdə başqa bir sən varsan. Sən belə məndəki səni görsən tanımazsan özünü çünki o daha dünən andlar etdin mənə. “Səni əsla buraxmam əsla qorxma, səndən başqası haram mənə” dedi. Dizlərimə yatdı, sonra gözlərini bağladı, əllərimi tutdu. Yatmış qalmışıq amma heç üşümədik SEVGİLİM. O qədər böyük idi ki sevgimiz; heç üşümədik. Mən sənin eşqinlə heç üşümədim ki; hələ isti ürəyim. Kimsənin toxunmasına icazə vermirəm. İnan kimsəni aparmam şəhərimə. Çünki qapıları kilidli. Xatırladınmı ən son sən qonaq olmuşdunu mənim şəhərimə, ürəyimə. O qədər sevdim ki sənin qonaqlığını; şəhərimin açarlarını sənə verdim. “Al sən də dayansın nə vaxt istəsən gəl artıq sənin bu şəhər” dedim. Sonra sən heç getmədin ürəyimdən ta ki o günə qədər SEVGİLİM

Hanı arxandan belə baxmağa cəsarət edə bilmədiyim hər yerin zülmət qaranlığa büründüyü günü xatırlayırsanmı? İstəsəm də baxa bilməzdim arxandan, çünki şəhərimin qapılarını kilidləyib getmişdin. Dəfələrlə vurdum qapının ardından; “Məni buraxma getmə” dedim, ağladım amma səndən gələn tək səs ayaq səslərin idi. Eşidirdim 1. adım-addım 2. adım-addım 3. adım-addım və məhrum. Özümlə bir oyuna başladım olmayan səninlə. Təkrar başqa bir sən götürdüm yanıma. Sənin xəyalini götürdüm, onunla yaşayıram artıq. Bu şəhər də, ürəyimdə bir xəyalla yaşayıram, sən varmışsan kimi edirəm həmişə. Onsuz da mən olmazsam mənim şəhərim olmazsa səndə olmazsan ki SEVGİLİM səni mən yaşadıram.

Bir evçilik oynayıram özümlə. Nə vaxt bitər bu oyun, mən nə vaxt böyüyərəm bilməyirəm. Müəyyən bir yaşı varmı, bir il iki il sonra keçərmi, bilməyirəm. Amma mən bu oyun bitsin istəmirəm SEVGİLİM. Çünki oyunun bitdiyi o gün mən böyüsəm əgər SƏNİ kim sevəcək? Heç düşündünmü; kim şəhərimin yollarında səninlə qovuşacaq SEVGİLİM? Kim yatırdacaq səni dizlərində? Sən kədərlənməzsənmi, ağlamazsanmı arxamdan? Mən incidə bilmərəm ki səni. O qədər sevirəm ki səni, xəyalını belə incidə bilmərəm SEVGİLİM

Getdiyin gün güc-bəla getmişdin. Sən də söyləyə bilməmişdini gedəcəyini. Ya mən, ya mən Sevgilim; dodaqlarından çıxacaq bir sözə elə ümid bağladım ki; ömürümü verə bilərdim bir sözünə. Desəydin ki “yalan getmirəm”. Bir söz Sevgilim, bir sözünü gözlədim, heç bir şey demədin. Mən də ümidlərimi sənin sözlərinə deyil bir ipin ucuna bağladım, sonra şəhərin küncündə eynilə mənim kimi tək qalan bir ağaca asdım. Halbuki o ağacda ümidlərimi öldürməyi deyil sevdamızı yaşatmağı istəyərdim. Amma olmadı, edə bilmədim SEVGİLİM. Sevdamızı ağaclara yaza bilmədim amma indi səhifə səhifə səni yazıram. Şeirlərimiz var sənə dair yazılan, sevda sözlərimiz var, amma heç mahnımız yox. Əslində mən bir mahnı seçəcəkdim amma bütün mahnılarda ayrılıq vardı seçə bilmədim. Amma necə səhifə səhifə səni yazıramsa bir mahnı belə edə bilmirəm səni.

jasminka

Şərhlər:

  1. Tix_Tix_Xanim dedi ki:

    Tesekkurler djan

  2. RED DEVIL dedi ki:

    xebere gore twk

  3. Emo_Girl dedi ki:

    cox sagol ele xebere gore

  4. jasminka dedi ki:

    HAMINIZA TEWEKKURLER

    opucuk opucuk opucuk
  5. Optimist... dedi ki:

    emeye gore tesekkurler…

  6. polo dedi ki:

    TARKAN,
    cani dostuma qosuluram cox sagol

  7. bY_GenC dedi ki:

    Chox Sag Ol Yorulmayasan !!! twk twk

  8. Angel_a dedi ki:

    tewekkur canim

  9. TARKAN dedi ki:

    sag ol yayminka sene bu heyatda xosbextlik arzulayiram

  10. BAYACAM dedi ki:

    HEMISHE MENIMLE QAL SEVGILIM,CANIM,HEYATIM.

    TWK XEBERE GORE