“Ramazan orucu”

alt

İslamın müqəddəs bayramları arasında orucluq mühüm yer tutur. Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır.

Oruc ramazan ayında tutulduğu üçün ona “Ramazan orucu” da deyirlər.

İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir.

Onu məcazi mənada “on bir ayin sultanı” da adlandırırlar, çünki bu ayın gecələrindən birində müqəddəs kitabımız olan Qurani-Kərim nazil olub. Həmin gecə “qədir” və ya “əhya” gecəsi adlanır.

Qədir gecəsinin konkret olaraq hansı gün olduğu bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər var.

Amma ümumi fikir belədir ki, qədir gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir.

İslamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-si gecələrindən biridir.

Qurani-Kərimdə “Qədir surəsi” vardır. Bu surədə qədir gecəsi haqqda belə yazılır: “Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aylardan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sübhdür”.

Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənməyincəyə qədər yeyib-için, sonra gecəyə kimi orucunuzu tamamlayın”.

Orucluq vaxtı gündüz yemək, içmək, siqaret çəkmək olmaz.

Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, döyüşçülər, əsirlikdə olanlar və səyyahlar azad olunurlar.

Oruclu adam sürmə çəkməməli, ətirlənməməli, tütün, gül iyləməməli və orucu pozan digər hərəkətlərdən imtina etməlidir.

Orucluq dövründə adam dünya ləzzətindən çəkinir, gündəlik fəaliyyətini davam etdirsə də, özünü Allaha ibadətə həsr edir, nəfsini təmiz saxlarır və bu vaxt şeytan onun qəlbinə yol tapa bilmir.

Peyğəmbərimiz (s.ə.s) buyurur ki, Ramazan ayı gələndə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar da zəncirdə olar.

Döyüşdə və ya əsirlikdə olduğuna görə oruc tutmayanlar sonra münasib bir vaxtda onun əvəzinə (qəzasını)tutmalı və ya fidiyə verməlidirlər.

Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaqla yanaşı, tövbə etməli və kəffarəsini ödəməlidirlər. Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu yedirtməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza orucu da əlavə olunur.

Orucluğun başa çatdığı gün fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir- birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar.

Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq buğda,yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir.

Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.

Orucluq bayramı ölkəmizdə Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən dövlət səviyyəsində qeyd olunmağa başladı.

QENKA

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    Allah butun muselman baci qardawlrin oruc ve dualarini qebul etsin!!! vacib ve lazimli xebere gorede cox sag ol …
  2. _Sia_ dedi ki:

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…

  3. RED DEVIL dedi ki:

    ALLAH razi olsun….

  4. Tix_Tix_Xanim dedi ki:
    Allah razi olsun
  5. QENKA dedi ki:
    ADMIRAL-711,
    Estafrullah, eger bu saytda varamsa, her sheyi sizinle bolushmeliyem…

    twk

  6. _Cinbala_ dedi ki:

    Cox sagol canik..Allah senden ve butun bendelerinden razi olsun,Amin!
    ALLAH butun Oruc tutanlarin Oruclarini + Dualarini + Niyyetlerini + Namazlarini bu Muqeddes ayda qebul etsin Insallah! girl_ang

  7. ADMIRAL-711 dedi ki:
    Allah savabina yazsin … cox sag ol boluwduyun ucun…
  8. QENKA dedi ki:

    Admin,
    oooooo…. twk…

  9. Admin dedi ki:

    Allah razi olsun qewweengg.Oruc tutanlari ALLAh qebu letsin orucunu

  10. AY_LIN dedi ki:

    ALLAH razi olsun

  11. QENKA dedi ki:

    Allah butun oruc tutanlarin orucunu qebul etin…. Allah haminizdan razi olsun….. pray

  12. FATIME_AZERI dedi ki:

    Sen resulun mujdesi ulvu ibadetin vehtetisen
    Allahin qullarina en boyuk tovhesisen
    Vucudda ruh bedende qan
    Haqq ayi SHEHRI RAMAZAN!
    Ey beni adem bu ay Ramazandir! sheytanlarin zencirlendiyi rehmetin ucdugu cehennemin sonub cennetin qapilarinin acildigi aydir!
    Oyan!
    Oyan shahurlarla sharlandir ibadetini meleklerle bir cergeye dur ! Sende ellerini ac haqqa dogru qucaq-qucaq azuqe yig ebediyyet dunyasina!

  13. Angel_a dedi ki:

    cox sag ol Allah razi olsun

  14. polo dedi ki:

    allah komeyin olsun cox sagol bele deyerli xebere gore

  15. yAgmurlar dedi ki:

    Allah her kesin orucunu qebul etsin Amin
    twkler

  16. nurlana77 dedi ki:
    xəbərçün təşəkkürlər