Orucu pozan amillər


Əziz və hörmətli müsəlmanlar! Orucu pozan yemək-içmək əsas amilləri çoxlarımız bilirik. Amma bəzilərimiz bu amillərin hamısını bilmirik, bəzilərimiz də şübhə içində olur, beynində fikirlər yaranır, dəqiq olaraq orucu pozan bütün amillərdən xəbəri olmur.

Müsəlman bacı və qardaşlarımız, orucu pozan ən əsas amillər aşağıdakılardır:

– yemək və içmək

– cinsi əlaqə

– bədəni qüvvətləndirən iynələr, buruna damızdırılan dərmanlar və başqa bu kimi yemək-içməyə bənzər şeylər

– özünü qusdurmaq

– heyz və nifas qanı

– şəhvətlə bilərəkdən məni (sperma) ifraz etmək

Qeyd etmək lazımdır ki, bunlar orucu yalnız üç şərtlə pozur. Şərtlər isə aşağıdakılardır:

1. Oruc tutan şəxs onu pozan şeylər barədə məlumatlı olmalıdır;

2. Oruc tutmaq onun xatirində olmalıdır;

3. O, orucu qəsdən pozmalıdır.

Bundan belə nəticə çıxır ki, elmsiz olaraq, yaxud unudaraq, yaxud da zorla vadar edilərək orucu pozan şəxsin orucu düzgün sayılır və həmin günün qəzasını tutmaq lazım gəlmir. Bu xüsusda Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Həqiqətən, Allah mənim ümmətimə bilməyərəkdən, unutqanlıqdan və məcburiyyət qarşısında etdiklərini bağışlamışdır.”(Bu hədisi ibn Macə rəvayət etmişdir)

Yuxarıda qeyd olunanlardan – cinsi əlaqə müstəsna olmaqla – hər hansı bir yolla orucu pozan şəxs bunun əvəzinə yalnız bir gün oruc tutmalıdır. Cinsi əlaqəyə gəlincə, qeyd etmək lazımdır ki, onun cəzası fərqlidir. Belə ki, bu günaha görə hər ikisi həm tövbə etməli, həm bir gün onun qəzasını tutmalı, həm də kəffarə olaraq ya qul azad etməli, ya altmış gün ardıcıl oruc tutmalı, ya da altmış kasıbı yedirtməlidir.

Öpüşmək orucu pozmur. Aişə rəvayət edir ki, Peyğəmbər səllallahu aleyhi və səlləm oruclu ola-ola zövcələrini öpərdi. (Bu hədisi Əhməd rəvayət etmişdir)

Dişlərin dibindən, burundan, boğazdan çıxan qanı udmaq orucu pozmur. Bunu məcburi halda qalıb və yaxud bilməyərəkdən etdikdə pozulmur, amma bunu bilərəkdən çıxarıb içmək orucu pozur. Eləcə də, tüpürcəyi, bəlğəmi və ya burundan axan seliyi udmaq orucu pozmur.

Analiz üçün qan vermək orucu pozmur.

Ağrı kəsici, sakitləşdirici və bu kimi iynələr vurmaq orucu pozmur, amma gərək iynə, bədəni qüvvətləndirən iynə olmasın.

Diş çəkdirmək, onu müalicə etmək, ona iynə vurmaq orucu pozmur. Misvakla dişləri təmizləmək, onun tərkibində olan suyu udmaq orucu pozmur. Amir ibn Rabiyə (r.a) deyir: “Peyğəmbərin səllallahu aleyhi və səlləm oruclu ola-ola misvakla dişlərini təmizlədiyini dəfələrlə görmüşəm.” (Bu hədisi Buxari rəvayət etmişdir)

Diş mə′cunundan onu udmamaq şərti ilə istifadə etmək olar.

Oruclu ola-ola ətir vurmaq və ya onu iyləmək olar.

Oruclu ikən sürmə, xına, lak, müxtəlif kremlər və yağlar və sair ənlik-kirşandan istifadə etmək olar.

Oruclu ola-ola çimmək olar.

Yeməyin dadına baxıb sonra onu tüpürmək orucu pozmur.

Saç qırxdırmaq, dırnaq tutmaq, qoltuqaltında və qasıqda olan tükləri qırxmaq orucu pozmur.

QENKA

Şərhlər:

  1. _Sia_ dedi ki:

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…

  2. Optimist... dedi ki:

    bunlari bilirdim, tesekkurler

  3. RED DEVIL dedi ki:

    e6idmi6dim bu xeberi..yende twk

  4. Lubov dedi ki:

    Insallah alla oruclarimizi qebul eder

  5. QENKA dedi ki:

    Deymez… Insanlari nece oruc tutmalari barede melumatlandirmaq borcumuzdur…. Allah butun oruc tutanlarin orucunu qebul etsin.. Aminnn…

  6. BEACH dedi ki:

    Melumata gore cox saol

  7. Ya Fatime dedi ki:

    Allah razi olsun Allah cemi muselmanlarin orucun qebul etsin Amin

  8. sirine dedi ki:

    bele gozel xebere gore thanks…

  9. AY_LIN dedi ki:

    ALLAH razi olsun

  10. ...::EMERALD::... dedi ki:
    ALLAH RAZI OLSUN
  11. polo dedi ki:

    bilirdim yenede cox sagol

  12. TARKAN dedi ki:

    sag ol dost ela xeberdi orucu tuta bilmeyenler tutmasin

  13. UNDERCOVER dedi ki:

    4ox saol Allah razi olsun

  14. nurlana77 dedi ki:
    xəbərçün təşəkkürlər