ALLAHım Dualarımızı qəbul et..
ALLAHım!
Mənə bir insanın əlindən tutmadan əvvəl, ürəyindən tutmanın sirlərini öyrət,
ALLAHım!
Oxuma, öyrənmə, öyrəndiklərimizi tətbiq eşqimizi, gözəl bir xəstəliyə çevir,
ALLAHım!
Dinimizi dünyanın mehri etməkdən, acınca da inanclarımızı yeməkdən cümləmizi mühafizə et,
ALLAHım!
Məni, məni mənim önümə mane olmaqdan,
Məni, mənim həyatımın gəmiricisi olmaqdan,
Məni, mənə yalan danışmaqdan mühafizə et,
ALLAHım!
Baxışımızı ibrət,
Sükutumuzu hikmət,
Danışmamızı sənət və bacarığa çevir,
ALLAHım!
Boşa baxanlardan,
Boşa susanlardan,
Boşa danışanlardan eyləmə,
ALLAHım!
Zənginlərimizi hissiyatsız,
Kasıblarımızı hərəkətsiz,
Alimlərimizi əməlsiz,
İdarəçilərimizi ədalətsiz buraxma,
ALLAHım!
İdarəçilərimizin, fərasət, mərhəmət və bəsirətini,
Xalqımızın da hörmət, xidmət və hamiyətini artır
ALLAHım!
Səmalarımızı bayraqsız, bizləri azadlıqsız, məscidlərimizi camaatsız, camaatımızı da elm və hikmətsiz buraxma,
ALLAHım!
Daxili və xarici düşmənlərdən sənə sığındığımız kimi; cəhalətin, tənbəlliyin, zaman israfının şərindən də sənə sığınırıq, bizləri mühafizə et,
ALLAHım!
Əvvəl Haqqdan, sonra haqsızlıqdan qorxmağı nəsib et,
ALLAHım!
Qabiliyyət israfından,
Tutum israfından,
Zaman israfından və israfın hər cüründən mühafizə et
ALLAHım!
Təxirə salmaqdan, təmbəllikdən, qorxmaqdan, imtina etməkdən, sabaha buraxmaqdan və buna bənzər xəstəliklərin şərindən mühafizə et.
Bu xəstəliklərə qarşı Alim, Hakim və Şafi adlarından təcili olaraq şəfalar ehsan et
ALLAHım!
Beynimizi, məlumat ishalı olmaqdan,
Ağlımızı, hirsin əsiri olmaqdan,
Bədənimizi, şəhvətin köləsi olmaqdan,
Mədəmizi, anbar halına gəlməkdən mühafizə et
Yenilənib: Noyabr 30, -0001
AMIN INSALLAH
ALLAHım!
Beynimizi, məlumat ishalı olmaqdan,
Ağlımızı, hirsin əsiri olmaqdan,
Bədənimizi, şəhvətin kцləsi olmaqdan,
Mədəmizi, anbar halına gəlməkdən mьhafizə et
AMIN,AMIN,AMIN,AMIN
Allah Razi Olsun….
Amin insallah
Amin, cox sag ol Allah razi olsun
cox sagol
4ox Allah razi olsun
AMIN INWALLAH !! cox sag ol canim bele xebere gore
Nurlu kelmelerdir.
ALLAH Razi olsun !…