Qızıl dəqiqədə arzu tut..

alt

Arzuları istəmək üçün münasib vaxt, xoş dəqiqə tapmaq lazımdır. Hər günün bir sehrli dəqiqəsi var, o dəqiqəni tapsanız, həmin an nə istəsəniz olacaq. Maraqlıdır ? Əgər niyyətiniz saf və gözəldirsə irəli !!!!

Həyat özü magiyadan ibarətdir. Magiyanı təkcə görücülər bacarmır. O hər insanın öz içində, öz əlindədir.

Hamımız bilirik ki, ilin ən gözəl arzu-dilək vaxtı Orucluq ayına təsadüf edən Qədr gecələri və bir də Yeni ilin təhvil olduğu an saat əqrəblərinin vurduğu vaxtdır.

Amma arzuları bitib tükənməyən insana sən demə, hər gün belə şanslar verilir. Necə ???

İlk dəfə bu sirri mətbuata Rusiyada “Bitva ekstrasensov 5” yarışmasının finalçısı Anna Boqata açdı.

Həqiqət ondadır ki, hər sutkada elə bir dəqiqə var ki, o günün bütün saat və dəqiqələrindən daha özəl, qiymətlidir, yəni QIZIL DƏQİQƏDİR.

Ən əvvəl kağızda hesablama aparın-ayın tarixi və ay. Tutaq ki ay fevraldır, tarix isə fevralın 15-i. Bu belə yazılır.15.02. Bu yazlışa bir də baxın. O tarixdən başqa daha nəyə bənzəyir?? Əlbəttə ki, bu saat və dəqiqədir. Bizim saatlarımız 15.02-ni göstərir. Bütün məna və məğz də bundadır. Yəni o tarixdə, o gündə Qızıl dəqiqə 15.02-ni vuran anda yetişir. Həmin dəqiqədən növbəti 15.03 dəqiqəyə kimi olan 60 saniyə içində sizin vaxtınız var ki, bir arzunuzu istəyəsiniz.

Amma bu ritualda qarşınıza belə bir sual çıxacaq: bəs 25.10 və ya 31.12 kimi tarixlərdə nə edək? Axı buna uyğun saat və dəqiqə yoxdur. O zaman hesablama dəyişir. Ayın özü saat, ayın tarixi isə dəqiqəni göstərir. Yəni 10.25 və 12.31 31.01 və 25.03 tarixlərdə gec yatmaq lazım gələcək. Çünki o tarixlərdə qızıl dəqiqə gecə yarı olacaq.

Bu maraqlı açıqlama və təklifdə əsrlərin araşdırması və böyük astronumeroloji sirr gizlənib. Rəqəmlərin vibrasiyası və onun tarix və saatla uzlaşması mütləq nəticə verir.

Diqqət !!! Qızıl dəqiqə ziyanımıza da işləyə bilər. Ehtiyatlı olun ..Necə ???

Tutaq ki, siz bu yazını oxuduqdan sonra dəqiqəni ayı hesabladınız və bir dəfə arzunuzu istədiniz, amma o biri günlərdə bu ritualı etmirsiniz və ya yaddan çıxıb. Təsəvvür edin ki, kanal açılıb, saniyələr işləyir və siz həmin an dünyadan xəbərsiz halda telefonla danışırsınız ya da ki, mesaj yazırsınız.”Ah bu gün başım problemlərdən ayılmadı, mən işimdən bezmişəm, bircə canım qurtarsaydı” və STOP. Sizin bu istəyiniz tərslikdən elə qızıl dəqiqə ilə üst-üstə düşdü. Bəli, o arzu kimi qəbul olundu. Odur ki, həmin sehirli dəqiqələrdə dilinizdən çıxan arzulardan, hətta adi sözlərdən giley və qarğışlardan ehtiyatlı olun.

DaRk_AnGeL

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    maraqli xeberdir yoxlamaga deyer.. amma butun arzular bele heyata kecseydi onda her wey maraqsiz olardi axi=)) xebere gorede cox sag ol)
  2. Optimist... dedi ki:

    arzunu istediyin vaxt tuta bilersen…

  3. _SAFURA_ dedi ki:

    maraqlidi tewekkurler

  4. UNDERCOVER dedi ki:

    4ox 7aol dosi maraqli xebere gore

  5. Agresiv_qiz dedi ki:

    wau maraxli xeberdi ama inandirici gelmedi nese tesekkurler. twk

  6. Gunes dedi ki:

    maraqlidi tewekurler

  7. RED DEVIL dedi ki:

    maragli xeberdi elicem bunu,in6ALLAH alinar twk