ÜRƏYİM TƏMİZ OLSUN

220;R399;Y304;MT399;M304;Z OLSUN

BİSMİLLƏHİR-RƏHMANİR-RƏHİM

Tez-tez belə bir söz eşidirik: “Nə olsun, qəlbim ki, təmizdir!”…

Siz belə bir şey eşitdiyiniz zaman onu söyləyənlərə cavab olaraq “Qəlbləri təmizləyən ibadətdir!” deyin. Özü də bunu heç çəkinmədən söyləyin! Hələ bu harasıdır!

Cəmiyyətimizdə bəzən elə ifadələrə (məsələn, “Mən namaz qılan bir çox insandan daha yaxşıyam” və s.) ifadələrə rast gəlirik ki, insan onlar qarşısında susmaya bilmir. Bu cür ifadələr axmaqlığın son həddində namazın fərz olduğunu unudaraq deyilən acı kəlmələrdir…

Əslində bu, bir az da bizdən qaynaqlanır. Minarəni oğurlayan onu gizlətməyə çalışdığı kimi biz də, çox təəssüf ki, bu cür faydasız şeylərə baş vurur, bəhanələr uydururuq. Xahiş edirəm, səhv başa düşməyin. Məqsədim əxlaqı cılızlaşdırmaq deyil. “Qəlbim təmizdir” deyərək ibadəti tərk edənlərə bir-iki kəlmə söz demək istəyirəm. Mən əxlaqın iman və ibadətin yarısı olduğunun fərqinə varıram.

Unutmayaq ki, Peyğəmbəri (s) peyğəmbər edən onun yüksək əxlaqı və ibadəti idi. Deməli, əxlaqın ucalmasına səbəb ibadətdir. Allaha qarşı borcunu yerinə yetirməyən, ona təşəkkür etməyi özünə çox bilən insanın qəlbi necə təmiz ola bilər?! Həyat nə qəribədir?

Anamız Hz. Aişədən “Biz haçan yaxşı, xeyirxah hesab edilə bilərik?” soruşulduğu zaman “Pis olduğumuzu hiss etdiyimiz zaman” deyər, “Nə zaman pis olduğumuzu dərk edərik?” deyə soruşulduqda isə “Yaxşı olduğumuzu zənn etdiyimiz zaman” cavabını verərdi.

Bu misal qeyd etdiyimiz problemə – “Mən yaxşıyam” deyənlərə çox mükəmməl bir cavabdır. Bəli, biz müsəlmanıq və ətrafımız bizi dindar kimi tanıyır. Üzərimizdə tər-təmiz bir paltar – dindarlıq sifəti var. Əgər o, tər-təmiz, ağappaq paltarda kiçik bir ləkə olsa “göz çıxarar”. Biz nəzərlər altındayıq. Gəlin, İslamın yüksək əxlaqını əhatəmizdə olanlara, müsəlman olmayanlara və sonradan İslama daxil olmalarına vəsilə olacaq şəxslərə göstərək.

Əgər biz İslam əxlaqını və imanın həqiqətini öz əməllərimizlə nümayiş etdirsək, digər dinlərin mənsubları da, təbii ki, İslama meyl edəcəklər. Bəlkə də Yer kürəsinin bir çox dövləti İslamla şərəflənəcəkdir.

Bəli, bizim əxlaqımız Peyğəmbərin (s) əxlaqına bənzəməlidir. Çünki, onun əxlaqı Quran əxlaqı idi. Quranın göstərdiyi əxlaq isə Rəbbin istədiyi kimi olmaqdır:

“Ey nəfsim! Səni Yaradanın istədiyi kimi bir qul olmaq istəməzsənmi?”

Bəzi insanlardan “Namaz qılırsanmı?”, “Oruc tutursanmı?” – deyə soruşduğumuzda “Xeyr” cavabını verir və bunun müqabilində isə “Bizim qəlbimiz təmizdir, bizim heç kimin malında, namusumda gözümüz yoxdur” deyirlər.

Sizcə “Qəlbim təmizdir” demək kifayətdirmi?

Bir şeyi yadda saxlamaq lazımdır: insan heç bir şey etməməklə məsuliyyətdən yaxa qurtara bilməz.

Tutaq ki, siz avtobus sürücüsüsünüz. Yol sola doğrulduqda sükanı sola, sağa doğrulduqda sağa hərlətmək, yol bitdikdə və ya qarşınıza maneə çıxdıqda isə dayanmaq zəruridir. Əgər sürücü kimi “mənim qəlbim təmizdir” deyərək heç bir şey etməsəniz, ya birbaşa divara toqquşacaqsınız, yaxud da avtobusu qəzaya uğradıb birbaşa cəhənnəmə vasil olacaqsınız.

P.S. a) “Qəlbim təmizdir” deyərək ibadət etməyən müsəlmanlar nəzərə almalıdırlar ki, onların qəlbi Peyğəmbərin (s) qəlbindən təmiz deyildir. Ancaq Peyğəmbər (s) heç vaxt bundan istifadə edərək ibadətdən imtina etməmişdir.

b) Allah təala Quranda ibadəti (namaz qılmaq, oruc tutmaq və s.) əmr etdikdə insanların qəlblərinin təmiz olub-olmaması kimi şərt qoymayıb. İlahi əmr hamıya şamildir. “Qəlbim təmizdir” deyənlər özləri bilmədən Allahın iradəsinə qarşı çıxdıqlarını heç düşünürlərmi?

the 13th Warrior

Şərhlər:

  1. MILAQROS dedi ki:

    ALLAH razi olsun

  2. VeFaSiz_Giz dedi ki:

    Allah Razi Olsun Dostik

  3. Angelocka dedi ki:

    Cox sagol canim dostum allah senden razi olsun cox maraqli ve duwundurucu xeber idi ellerin yorulmasin applause

  4. Badi_Seba dedi ki:
    coox tewekkurler…Allah savaba yazsin….
  5. the 13th Warrior dedi ki:

    Cox sag olun. haminizdan Allah razi olsun. Wukur ki, beyenilen movzu oldu.

  6. aznetin_gozeli dedi ki:

    ALLAH RAZI OLSUN!

    VAR BELELERI..OZLERI NAMAZ QILMADIGI BS DEYILMIS KIMI, HELE BIR OZ GUNAHLARINI ORT-BASDRI ETMEK UCUN BASQALRININ NAMAZINA SUBHE EDIR,EWWI ELE , ONU KIMI NAMAZ QILMAQDANSA ELE NAMAZ QILMARAM DEYIRLER.AMMA QELBITEMIZ , ALLAHI SEVEN BENDE MUTLEQ SEKILDE IBADETDEDIR.

    MEN ALLAHIMI SEVIREM AMMA NAMAZ QILMIRAM–BU BIR AZ SEGIYE MENDE SBHE YARADIR.SEVIRSNE AMMA ONUN BUYURDUGUNU ETMIRSEN..

    COX XOSUMA GELDI XBEREIN